“Sağ olsun hökumət, istəyinə çatmağa başlayıb artıq. “Kars”dakı ciddi rütubətdən, soyuqdan, nəmişlikdən sonra yataq yerimin də küləkli, üfunətli, soyuq yerə dəyişdirilməsindən sonra mənim sağlamlığımda problemlər ortaya çıxıb”.
Bu mesaj NİDA üzvü, “heykəl məhbusu” Bayram Məmmədovdandır.
Dostlar, hakimiyyət sonuncu variantları sınaqdan keçirir. Ölümlə təhdid edirlər. Həm zindandakı dostlarımızın iradəsini sındırmaq, alınmazsa onlara qəsd etmək istəyirlər, həm də NİDA-nın, bütövlükdə müxalifətin fəaliyyətinə zərbə vurmaq istəyirlər. Ətrafımızda keçilməz qorxu səddi yaratmağa çalışırlar.
İndiyə qədər olanlara və bütövlükdə keçmişi avtoritarizmlə bağlı xalqların təcrübəsinə görə, müxalif adamlara təzyiqlər, kəskin repressiyalar çıxış yolu olmayıb. Əksinə, insanlarda rejimə qarşı hiddət yaradıb.
İndiyə qədər olanlara və bütövlükdə keçmişi avtoritarizmlə bağlı xalqların təcrübəsinə görə, müxalif adamlara təzyiqlər, kəskin repressiyalar çıxış yolu olmayıb. Əksinə, insanlarda rejimə qarşı hiddət yaradıb.
Bir həftədən çoxdur ki, Bayrama, ondan qabaq İlkinə, Qiyasa olan eyni məzmunlu hədələr haqda yazılır, hər kəs məlumatlandırılıb. Media qurumları yazıb, vəkil Elçin Sadıqov bir neçə dəfə bu haqda danışıb. 13 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyi Bayram Məmmədova deyib ki, Heydər Əliyevin heykəlinə hörmətsizlik etdiyinə görə cəzaçəkmə müəssisəsində daima cəzalandırılacaq və ordan sağ çıxmayacaq.
Ölkənin prokurorluq orqanları isə bu olayı görməzdən gəlir, heç bir hərəkətililik nümayiş etdirmirlər. Biz ölüm mesajını ictimailəşdirdikdən sonra Ombudsman, Milli Preventiv Qrup həbsxanaya baş çəkib vəziyyətlə maraqlanıblar. Növbə prokurorluğundur. Məhbus Bayram Məmmədova qarşı ölüm təhdidi araşdırılmalıdır, onu təhdid edənlər məsuliyyətə cəlb olunmalıdır.
Vəkilin sözlərinə görə, Bayramı ölümlə kalonun rəhbərliyi hədələyib. Həbsxana rəhbərliyi hüquq mühafizə orqanı işçisidir, dövlət məmurudur. Bəs o zaman bu adamlar özlərini niyə qatil kimi təqdim edirlər? Niyə məmur yox, cinayətkar kimi davranırlar? Dövlətin məmuru nədən öz vətəndaşını ağır xəstəliyə yoluxdurmaq istəyir? Bəlkə onlar da Səməd Seyidov kimi düşünürlər ki, ermənilər Azərbaycan torpaqlarını işğal etdiyi üçün siyasi məhbuslar azadlığa buraxılmamalıdır. Hətta öldürülməlidir, türmədə işgəncəyə məruz qalmalıdır.
Bəlkə onlar da Səməd Seyidov kimi düşünürlər ki, ermənilər Azərbaycan torpaqlarını işğal etdiyi üçün siyasi məhbuslar azadlığa buraxılmamalıdır. Hətta öldürülməlidir, türmədə işgəncəyə məruz qalmalıdır. Amma belə münasibət nə Azərbaycan hakimiyyətinə, nə də həmin məmurlara müsbət heç nə vəd etmir.
Amma belə münasibət nə Azərbaycan hakimiyyətinə, nə də həmin məmurlara müsbət heç nə vəd etmir.
Kimsə düşünə bilər ki, belə rəftar qaydaları mövcud hakimiyyəti ictimai rəydə qorxu yaratmağla möhkəmləndirəcək. Belədirsə, biz təklif edirik: hakimiyyətin facebookda xeyli troll dəstəsi var. Hər şeyi izləyirlər, dəxlisiz və şər dolu rəylər yazırlar. Hərdən adam təəccüblənir ki, bu qədər adam niyə “fake” hesablarda gizlənib virtual avaralıq edirlər?
İndi virtual avaralar bir anlığa əllərin saxlayıb Bayram Məmmədovla bağlı yazılanlara diqqət etsinlər. NİDA-nın, başqa təşkilatların, media qurumlarının səhifəsində etdikləri qaragüruhçuluğu saxlayıb, heç bir siyasi, ictimai təşkilatın üzvü olmayan azərbaycanlıların rəylərini öyrənsinlər. Görəcəklər ki, heç kim 13 saylı həbsxananın rəhbərliyinin Bayrama olan təhdidlərini təqdir etmir. Demək olar ki, hər kəs nifrətlə qarşılayır. Bayramın halına yanırlar, ona hansısa formada dəstəklərini ifadə edirlər, qəzəblərini ifadə edirlər. Həmin rəyi “çılğın və fədakar trollar” öz rəhbərlərinə təqdim etsinlər. Görəcəklər ki, həbsxana rəhbərliyi və onlar kimi məmurlar insanlarda ədavət yaradır. Əliyev iqtidarına bu münasibət lazımdırmı?
Bir gün bu ədavət hiddətə, qəzəbə çevrilində, nə suvuran maşınlar, nə də çevik polis alayı onun qarşısında duruş gətirə bilməyəcək.
Əlbəttə, burası da bizə aydındır ki, hansısa həbsxana rəisi özbaşına bu cür qərarlar vermir. Hətta Səməd Seyidovun Azərbaycan-Avropa Şurası münasibətləri ilə bağlı çıxışında siyasi məhbuslara qərəzli yanaşması belə təkcə onun düşüncəsinin məhsulu deyil. Bütün bu davranışlar yuxarı səviyyələrdə sanksiyalaşdırılır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.