Keçid linkləri

Təcili xəbərlər

Yaxın Şərq dəyişə bilərmi?


Neçə vaxtdı Səudiyyə Ərəbistanın yeni və cavan şahzadəsinin fəaliyyətini izləyirəm, deyim ki, getdikcə daha çox rəğbətimi qazanmaqdadı. Əvvəla onu deyək ki, Səudiyyənin əsası qoyulandan indiyə qədər onun şahzadə-varis kimi irəli çəkilməsi özü bir yenilik idi. Ondan əvvəl şahzədələr sonra kral olanlar yaşlarının ahıl yaşlarında fəaliyyət qabiliyyətlərini və zamanın ruhunu və nəbzini itirmiş və mühafizəkarların tam nəzarətində olanlar olurdu.

Onun uğurlu olmasından ilk növbədə dünyada müsəlmanların gələcəyi asılıdır. Buna bənzər əvvəllər müsəlman dünyasının digər ölkələrində cəhdlər və addımlar həmişə gerici və qaragüruh qüvvələr tərəfindən (bəzən xarici qüvvələrin dəstəyi ilə) sapdırılmış və iflasa uğradılmışdır.

Onu da deyim ki, onun üçün qorxuram, çünki, dünyanın bu hissəsində islahatçı olmaq, cəmiyyətin daşlaşmış tabularına qarşı getmək həyat üçün çox təhlükəli bir yoldu. Hər halda ona ancaq uğurlar və başladığı işi məntiqi sona çatdırmaqla regionu, İslam dünyasının və dünyanın simasını dəyişməyə başlamaq yolunda böyük uğurlu yolun başlanğıcı olmasını arzu edirəm. Onun uğurlu olmasından ilk növbədə dünyada müsəlmanların gələcəyi asılıdır. Buna bənzər əvvəllər müsəlman dünyasının digər ölkələrində cəhdlər və addımlar həmişə gerici və qaragüruh qüvvələr tərəfindən (bəzən xarici qüvvələrin dəstəyi ilə) sapdırılmış və iflasa uğradılmışdır. Onun da eyni aqibətlə üzləşməyəcəyini deyə bilmərəm.

İndiki zaman kəsiyində yeni şahzadənin uğurlu olmasını zəruri (məcburi) edən və şansını artıran bir sıra faktorlar var.

1. Neft erası bitir, sonudu və bu artıq heç kimdə şübhə doğurmur. Kürdüstan ətrafında gərginlikdən sonra neftin bir neçə dollar oynayaraq, müvəqqəti maksimum 58-60 dollara qədər oynamasına aldanmayın. Müvəqqətidi. Bu gün İraq neftinin istismarında Rusiya şirkətləri önə çıxıb. Sizcə bölgənin nefti əvvəlki strateji əhəmiyyətini gələcəkdə saxlasaydı, ABŞ və ya Çin Rusiyaya İraq neftini yedizdirərdilər?

2. Neft - bölgəyə strateji əhəmiyyət verən amil kimi aradan qalxdıqca ABŞ və Qərbin bölgəyə nəzarət etmək zərurəti də azalacaq. Eləcə də, bölgənin siyasi işlərinə müdaxilə etmək zərurəti də azalacaq. Bunu bölgədə ayrı-ayrı avtoritar monarxik rejimlərə dəstəyin azalacağı, eləcə də bölgədə hansısa münaqişələrin yaradılmasına ehtiyac olmaması kimi də başa düşə bilərsiniz. Bu o demək deyil ki, münaqişə, müharibə olmayacaq. Burada qanlı müharibələr Qərb maraqları gəlməmişdən əvvəl də vardı, sonra da olacaq yəqin ki. Bəli, bölgənin yeganə strateji dəyəri enerjidir, qalan hamısı, mədəniyyət və dini simvolik ərazilər Qərb maraqları üçün boş şeydi. Səhradı və neftdən başqa heç nə yoxdu, nə təbii sərvəti nə də keyfiyyətli insan resursları var. Bu siyasətin başlanğıcını, regiondan çəkilməyi Obama vaxtından görməyə başladıq ("no boots on the ground", "pulling back")

Ən vacib məqam İranla rəqabətdi. Fakt odur ki, son on illərdə Yaxın Şərqdə İranla Səudiyyə Ərəbistanı arasında amansız mübarizə gedir və bu mübarizə gələcəkdə daha çox amansız forma alacaq. Və fakt da odur ki, Səudiyyə Ərəbistanı İrana bu mübarizədə bütün cəbhələrdə uduzmaqdadır.

3. Yuxarıdakı amillər Səudiyyəni post neft dövrünə ciddi şəkildə hazırlaşmağa məcbur edən faktorların ancaq bir hissəsidi. Ən vacib məqam İranla rəqabətdi. Fakt odur ki, son on illərdə Yaxın Şərqdə İranla Səudiyyə Ərəbistanı arasında amansız mübarizə gedir və bu mübarizə gələcəkdə daha çox amansız forma alacaq. Və fakt da odur ki, Səudiyyə Ərəbistanı İrana bu mübarizədə bütün cəbhələrdə uduzmaqdadır. Təəssüf ki, bu mübarizə Suriyada və Yəməndə milyonlarla insanın faciəsi ilə nəticələnir. Bu mübarizədə Səudiyyə təkcə özünün bütün yaxın ətrafındakı coğrafiyada uduzmurdu, bütün dünyada uduzurdu.

İran Səudiyyə Ərəbistanı ilə müqayisədə Qərbin bütün liberal dairələrinin və intelektualların rəğbətini qazanıb. CNN-də Fərid Zəkəriyyə başda olmaqla ən məşhur liberalların və liberal mətbuatın İrana heyranlıqlarını və mədhiyyələrinə qulaq asmalısınız. Qərbdə və ABŞ-da elmi dərəcələr almış İran prezidenti və xarici işlər nazirinə və digər rəsmilərə münasibəti görməlisiniz. Məhz bu simpatiya İrana nüvə sazişi üzrə müqaviləni imzalamaqda çox böyük dəstək oldu və indi də onu İran əleyhdarlarının hücumlarından qoruyur.

Əvəzində Fərid Zəkəriyyə və digər liberal şərhçilər əsl düşmənin İran yox, Səudiyyə olduğunu Amerikanın "gözünə soxurdular". Buna əlavə olaraq hər fürsətdə 11 sentyabrı törədənlərin Səudiyyədən olduğunu göstərirlər. Qısaca İran modernləşmənin nümunəsi kimi udurdusa, Səudiyyə hər cürə uduzurdu. Trampla imzalanan 100 milyardlıq silah müqaviləsi də heç kömək edə bilmədi.

Hər şey Səudiyyənin imicinin əleyhinə işləyirdi. Elə bilirsiz, Səudiyyədə qadınların avtomobildən istifadəsinə məhdudiyyət qoyulması və digər məsələlərin dünyada populyarlaşdırılması təsadüfi idi? Hamısı bir informasiya müharibəsinin tərkib hissəsidir.

... bu təzyiqlərin və məğlubiyyətlərin qarşısında və artıq ölkənin gələcəyi məsələsinə görə Səudiyyə özünü qoruma instinktindən irəli gələrək əvvəl gənc şahzadə önə çıxardı, daha sonra ölkə daxilində güzəştlər və yumşalmalar başladı. Şahzadənin siyasəti davam edəcəksə bu yumşalmalar daha da davam edəcək.

Beləliklə, bu təzyiqlərin və məğlubiyyətlərin qarşısında və artıq ölkənin gələcəyi məsələsinə görə Səudiyyə özünü qoruma instinktindən irəli gələrək əvvəl gənc şahzadə önə çıxardı, daha sonra ölkə daxilində güzəştlər və yumşalmalar başladı. Şahzadənin siyasəti davam edəcəksə bu yumşalmalar daha da davam edəcək.

Bu günlərdə şahzadə 500 milyard dollarlıq Səudiyyənin Misir və İordaniya ilə sərhəddində gələcəyin böyük fantastik layihəsini elan etdi. Bu layihə nəinki Səudiyyəni, bütün regionu dəyişə biləcək lakomotiv və transformativ bir şey ola bilər. Rəhbərini də gətirib Siemensin keçmiş icraçı direktorunu qoydular. Özünüz oxuyun haqqında ayrıca. Demək tamamilə alternativ enerji ilə təchiz edilən, İsveçrənin ərazisinin yarısı qədər ərazidə İslam qaydalarını yumşaq formada tətbiq edildiyi bir şəhər salınacaq. Şahzadə çox böyük simvolik addımlar atır. Məsələn, həmin investisiya konfransında Səudiyyə Ərəbistanı Sofiya adlı robota vətəndaşlıq verməklə bu addımı atan ilk ölkə oldu. Bundan əlavə şahzadə açıq şəkildə bildirdi ki, "onlar ekstremizmə tezliklə son qoyacaqlarını, ilımlı İslama qayıdacaqlarını və bütün dünyaya və dinlərə açılacaqlarını" da bildirdi. Çox cəsarətli iddiadı.

Sözün qısası odur ki, İranla rəqabət nəhayət ki, sonunda üçüncü ölkələrdə "assymetric" müharibələr formasından proqresiv və inkişafı tətikləyən rəqabət formasına keçir. Ancaq yəqin ki, eyni zamanda hələ uzun müddət Səudiyyə və İran arasında aşağı səviyyəli məzhəbçi doqmatiklərin qanlı toqquşmaları davam edəcək. Üçüncü ölkələrdə doqmatik fanatik sünnilər və şiələr, İran və Səudiyyə tərəfdarları bir birilərini kafir deyərək öldürəcəklər, bir birlərinə nifrətlə baxacaqlar, orta əsrlərdə katolik və protestantlar kimi. Çox təəssüf! Böyük kütlələrin bunları anlaması üçün hələ çox vaxt keçəcək.

Yaxın Şərqdə, müsəlman dünyasında modernləşməyə cəhdlər və buna can atan qüvvələr həmişə olub. Ancaq onların qarşısını həmişə yerli qaragüruh və mühafizəkarlar, xarici qüvvələrin dəstəyi ilə alıb. Yaxın Şərqin tarixi belə faktlarla doludur.

Sonda bir məqama da toxunmaq lazımdı. Yaxın Şərqdə, müsəlman dünyasında modernləşməyə cəhdlər və buna can atan qüvvələr həmişə olub. Ancaq onların qarşısını həmişə yerli qaragüruh və mühafizəkarlar, xarici qüvvələrin dəstəyi ilə alıb. Yaxın Şərqin tarixi belə faktlarla doludur. Əfqanıstanda Əmənulla xanın Atatürk nümunəsində islahatlar cəhdi və onun ingilislərin Ərəbistanlı Lourensin iştirakı ilə devrilməsi faktı. Əfqanıstanın taleyi məhz onda 1929-da Əmənulla xanın devrilməsi ilə döndü. Və ya İranda 1953-cü ildə CİA baş nazir Müsəddiqi devirməsə idi, İranda bu günkü rejim hakimiyyətdə olmazdı və yəqin ki, İranın siması tamam başqa olardı. Çox gözəl bir film var, baxmağı tövsiyyə edirəm - "Syriana". Filmdə ərəb ölkələrində bir tərəfdə islahatlara can atan qüvvələr və insanlar və onlara qarşı yerli qaragüruh və özlərinin neft maraqlarını qoruyan böyük şirkət. Və nəticədə yeniliyə can atan şahzadənin faciəli sonu.

İmperialistlər istər ingilis, istər rus olsun, yerli qaragüruhla proqresə can atan qüvvələrin qarşısında maneəyə çevrilməsi dəyişməz metoddu. Vaxtilə çar Rusiyası zamanında Azərbaycanda yerli ruhanilər imperiyanın əsas dayağı idi, məscidlərdə mollalar xristian padşaha xütbələr oxuyurdular. Yəni, onu demək istəyirəm ki, tarixdə, müsəlman dünyasında yüz illərdən bəri ilk dəfədi ki, yerli inkişafa can atan qüvvələrin qarşısında xarici maneə yoxdur, yalnız yerlidir. Bu özünü çox yaxşı formada Ərəb baharında da göstərdi. Ərəb baharı da Səudiyyə üçün yaxşı dərs oldu, anlaşıldı ki, islahatlara gedilməsə, əhalinin böyük hissəsi gənclərdən ibarət ölkənin gələcəyi sual altına düşə bilər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG