Keçid linkləri

Təcili xəbərlər

Avtoritarizmin məhdudlaşdırma strategiyası


Hakimiyyət bütün işıq gələn yerləri qapadır. Nəfəslikləri bağlayır. Avtoritar rejimlərdə qayda belədir: azacıq “faydalılığı” olan bütün ideyalar, azad ruhlu, cəmiyyəti inkişaf etdirəcək təşəbbüslər, fəaliyyət növləri yerindəcə boğulmalıdır.

Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərin də motivasiyası bu strategiyadan irəli gəlir. İllərdir bu strategiya əbədi hakimiyyət arzusuna xidmət edir, mərhələli qaydada bizi məhdud dairəyə sıxışdırır.

Ölkə üzrə bütün sahələrdə məhdudiyyətlər, qadağalar tətbiq olunmalıdır. Danışan, yazan, müdafiə edən, təşkilatlandıran fəaliyyət sahələri nəzarət altına alınmalıdır. İnhisarçı strukturlara dəstək verilməlidir ki, onlar həm də imitasiya edə bilsinlər. Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərin də motivasiyası bu strategiyadan irəli gəlir. İllərdir bu strategiya əbədi hakimiyyət arzusuna xidmət edir, mərhələli qaydada bizi məhdud dairəyə sıxışdırır.

Gəlin, məhdudlaşdırma və qadağalar strategiyasının taktiki addımlarını təxmini də olsa xatırlayaq:

– Proporsional seçki sistemi ləğv olunur – məqsəd siyasi partiyaları sıradan çıxarmaq və seçkilərdə iştirakçılıq üçün partiyalara meyllənmələrin qarşısını almaq;

– partiyaların ofisləri zəbt olunur – məqsəd partiyaları maksimum dərəcədə zəiflətmək;

– kütləvi aksiyalarda iştiraka görə cərimələr yüksək həddə qaldırılır – məqsəd şəhərin mərkəzində razılaşdırılmamış tədbirlərin qarşısın almaq, fəalları qorxutmaq;

– mitinq meydanlarına yalnız və yalnız bir qapıdan girmək, üstəlik detektorlu yoxlama – məqsəd qorxu yaratmaq, bunun üçün hamını nəzarətə götürmək;

– QHT-lərə hücumların başlanması, xarici donorların, beynalxalq QHT-lərin ölkədə fəaliyyətinin dayandırılması.

– mediaya maliyyə, inzibati üsullarla sanksiyalar və nəhayət, saytların bloklanması;

– Vəkilləri müxtəlif bəhanələrlə VK-dən uzaqlaşdırmaq, hüquq müdafiə institutunu tamamilə çökdürmək;

– Nəhayət, növbəti addım nümayəndəlik institutunun ləğvidir.

Deputatların iddia etdiyi kimi məqsəd peşəkar vəkillik institutunu formalaşdırmaq deyil. Hakimiyyətin belə nəcib iddiası varsa, ilk növbədə müxtəlif bəhanələrlə VK-dan uzaqlaşdırdığı hüquqşünasları geri qaytara bilər.

Bu məhdudlaşdırma addımı da ümumi strategiyanın tərkib hissəsidir və hakimiyyətin uzun ömürlülüyünə xidmət edir. Deputatların iddia etdiyi kimi məqsəd peşəkar vəkillik institutunu formalaşdırmaq deyil. Hakimiyyətin belə nəcib iddiası varsa, ilk növbədə müxtəlif bəhanələrlə VK-dan uzaqlaşdırdığı hüquqşünasları geri qaytara bilər.

Ən başlıcası, məhkəmələri notarius xidmətinə çevirməsinlər, məhkəmələr ədalətli qərarlar versin. Xeyli sayda hüquqşünas nümayəndə kimi vətəndaşların hüquqlarını qoruyur. Əsasən də gənclərdən ibarət olan bu adamlar həm peşəkarlaşır, tanınırlar, həm də heç kimdən, heç bir strukturdan asılı olmadan maddi təminatlarını həll edə bilirlər.

Başqa bir məsələ də var. Nümayəndələr əsasən mülki və inzibati işlərə çıxır. Cinayət işlərində isə onların yalnız zərərçəkənləri təmsil etmək hüququ var. Siyasi işlər kimi bir çox hallarda mülki işlər də hakimiyyət üçün başağrısına çevrilə bilir. Bu da əlbəttə ki, işinə peşəkarcasına yanaşan, prinsipial nümayəndələrin əməyinin nəticəsidir.

Görünür, hakimiyyət daha mülki işlərdə də başağrı istəmir. Ümumiyyətlə, müşahidələr göstərir ki, hakimiyyət avtoritar üsul-idarəni möhkəmləndirmək üçün absurd qadağalara da imza atmaqdan çəkinmir.

Məsələn, bir müddət öncə avtomobillərin üzərinə onun satışı ilə bağlı yazılan elanlar qanundan kənar elan edildi. Buna görə cərimə tətbiq olundu. Qərar kimi izahatı da absurd idi: ...

Məsələn, bir müddət öncə avtomobillərin üzərinə onun satışı ilə bağlı yazılan elanlar qanundan kənar elan edildi. Buna görə cərimə tətbiq olundu. Qərar kimi izahatı da absurd idi: Guya sürücülər bu elanları oxuyurlar, ordakı nömrələrə zəng edirlər, nəticədə diqqət yayınır və qəza baş verir. Əslində isə demək istəyirlər ki, avtomobili satmaq istəyirsənsə, keç, bizim bazara, cibimizə 10 man ödə, orda sat.

Bu ölkədə bütün təşəbbüslər boğulur və boğulacaq. Biz müqavimət göstərməsək, Şimali Koreya da qurmaq istəyəcəklər. İndi də növbəti məhdudlaşdırmaya- nümayəndəlik institutunun ləğvinə mümkün formalarla etiraz etməliyik. Yoxsa vətəndaşımız da, özümüz də “paykovoy vəkil”lərin ümidinə qalacağıq. Normal hüquqi xidmət olmayacaq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG