Bakının rus-erməni işğalından azad edilməsinin ildönümü münasibətilə məqalə yazmaq barədə düşünməmiş deyildim. Lakin sonda gələn il, bu əlamətdar hadisənin 100 illiyi zamanı yazmağa üstünlük verdim. Bununla belə, sosial şəbəkələrdə əsasən solçu və anti-Türkiyə mövqeli şəxslərin paylaşdığı bəzi materiallar və fikirlər planlarımda korrektələr etdi. Düşündüm ki, 99 il öncə baş verən proseslərin təsvirini növbəti ilə saxlamaqla, əsassız fikirlərə, ittihamlara cavab vermək lazımdır.
İddia olunur ki, erməniləri Osmanlı dövləti sürgün edib və bununla da bizim gələcək problemlərimizin əsası qoyulub. Halbuki ermənilərin məlum köçü 1828-1829-cu illərin rus-türk müharibəsindən sonra bağlanan Ədirnə sülh müqaviləsinin XIII maddəsinə əsasən baş verib.
İttihamlardan ən köhnə tarixlisi ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə bağlıdır. İddia olunur ki, erməniləri Osmanlı dövləti sürgün edib və bununla da bizim gələcək problemlərimizin əsası qoyulub. Halbuki ermənilərin məlum köçü 1828-1829-cu illərin rus-türk müharibəsindən sonra bağlanan Ədirnə sülh müqaviləsinin XIII maddəsinə əsasən baş verib.
Həmin müharibə Rusiyanın qələbəsi ilə nəticələnmişdi və şərtləri diqtə edən tərəf də o idi. Məğlub Osmanlının özünün xristian təbəələrini sürgün etməsi tamamilə ağlasığmaz versiyadır. Üstəlik, ermənilərin o zaman artıq Rusiyanın tərkibində olan Cənubi Qafqazda türklər yerləşdirə bilməzdilər, bu, Rusiyanın seçimi idi. Eyni proses 1828-ci ildə Qacar xanədanı ilə bağlanmış Türkmənçay müqaviləsi əsasında İran erməniləri ilə bağlı cərəyan edirdi. Təbii ki, bu məsələdə nə İran, nə Osmanlı günahkar deyildi.
Gələk 1918-ci il hadisələrinə. Öncədən qəbul etmək lazımdır ki, Bakının azad olunmasında Osmanlının öz maraqları da vardı. Heç bir dövlət hətta qardaş xalqa belə öz maraqlarının ziddinə kömək etməz. Hətta Azərbaycanın Osmanlıya birləşdirilməsini arzulayanlar da vardı. Ölkəmizdə də belələri yox deyildi. Panislamist mövqe tutan ittiihadçılar bu baxımdan xüsusilə fərqlənirdilər. Lakin sonralar sovet tarixşünaslığında pantürkist, turançı kimi qələmə verilən müsavatçılar bunun qəti əleyhinə idilər. Müsavatçılara qarşı barışmaz mövqe tutub onları dinsiz, kafir elan edən ittihadçılar isə 1920-ci ildə ateist bolşevikləri belə məmnuniyyətlə qarşıladılar. Lakin bu, artıq başqa mövzudur.
Osmanlıdan hərbi yardım istərkən Müsavat Partiyasının rəhbərliyi müstəqilliyə xələl gələ biləcəyi perspektivini də nəzərdən qaçırmırdı. Lakin onlar Azərbaycanın müstəqilliyində heç bir güzəşti qəbul etmirdilər.
Qeyd edək ki, Osmanlıdan hərbi yardım istərkən Müsavat Partiyasının rəhbərliyi müstəqilliyə xələl gələ biləcəyi perspektivini də nəzərdən qaçırmırdı. Lakin onlar Azərbaycanın müstəqilliyində heç bir güzəşti qəbul etmirdilər. Sonralar cümhuriyyətin baş naziri olmuş Nəsib bəy Yusifbəyli bir türk hərbçisi ilə söhbətində aşağıdakıları söyləmişdi:
“ Azərbaycanın sosial quruluşu bambaşqadır. Bakı sənaye və fəhlə mərkəzidir. Sultan rejimi buradakı əhvala uyğun gəlməz. Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyi üzərində dayanan bir hökumət qurmaq fikrindəyik. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son qoyacağıq. Milli və demokratik bir idarə istəyirik. Halbuki Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç də fərqlənmir. Əlbəttə, bu mövzu irq məfhumundan ayrılır. Əlbəttə ki, Osmanlı türkləri azəri türklərinin qardaşıdırlar. Ancaq Bakı İstanbuldan idarə oluna bilməz, bunun üçün Müsavat Partiyasının federalizm prinsipi daima Osmanlı idarəsinə qarşı qoyulmalıdır”.
Sonralar da, artıq türk ordusu Azərbaycanda olarkən düşmən üzərində qələbə və ümümi mənafelər naminə idarəetmə ilə bağlı onlara müəyyən güzəştlər edilsə də, bəzi səlahiyyətlər verilsə də, Azərbaycanın müstəqilliyi heç zaman mübahisə mövzusu olmadı.
Səslənən ittihamların bir çoxu sovet dövrü tarixşünaslığına istinad edir. Bunların bir çoxu açıq-aşkar yalandır, digərləri isə bilərəkdən təhrif edilir. Məsələn, Osmanlı ordusunun xərclərinin ödənilməsi “təzminat” kimi xarakterizə edilir...
Səslənən ittihamların bir çoxu sovet dövrü tarixşünaslığına istinad edir. Bunların bir çoxu açıq-aşkar yalandır, digərləri isə bilərəkdən təhrif edilir. Məsələn, Osmanlı ordusunun xərclərinin ödənilməsi “təzminat” kimi xarakterizə edilir. Halbuki, təzminatı müharibədən sonra məğlub tərəf qalibə ödəyir. Azərbaycan Demokratik Respublikası isə Osmanlı ilə müharibə aparmırdı. Əksinə, türk əsgərləri legitim hakimiyyət orqanlarının dəvəti əsasında Azərbaycana gəlmişdilər.
Azərbaycan torpaqlarının azad edilməsi üçün döyüşən ordunun xərclərinin ödənilməsindən daha təbii nə ola bilərdi ki? Üzücü Birinci cahan savaşında iştirak edən, iqtisadi vəziyyəti ağır olan Osmanlı dövlətinin bizə yardım üçün gəlmiş əsgərlərini yeyəcək-içəcəklə, zəruri əşyalarla təmin etmək, sərf edilmiş silah-sursatın əvəzini ödəmək Azərbaycanın borcu idi. Təsəvvür edin ki, hansısa ordu bizə Qarabağın alınmasında kömək edir, onun xərclərini ödəmək bizim öhdəmizə düşməzmi?
Ağ yalanlardan biri Gəncədən Bakıya istiqamət götürmüş Osmanlı ordusunun yolda dinc əhaliyə divan tutmasıdır. İddia olunan “minlərlə qurbanın” müqabilində bir neçə nəfərin adı çəkilir. Bu zaman da həmin insanların nəyə görə cəzalandırılması aydın olmur. Halbuki onların hansısa əməllərinin müqabilində cəza alması mümkündür. Kimisi ordudan heyvan oğurlaya bilər, kimisinin casus olması mümkündür, kimisinin də bayağı məişət cinayəti törətməsi. 1917-ci ilin Fevral inqilabından keçən ilyarım ərzində heç bir dövlət nüfuzunun olmadığı, xaosun hökm sürdüyü ərazilərdə asayişi bərpa etmək heç də asan deyildi.
... bu ittihama ən yaxşı cavab Azərbaycan əhalisinin həlak olmuş türk hərbçilərinin xatirəsinə, məzarlarına göstərdiyi münasibətdir. 70 il sürən sovet hakimiyətinə, nəsillərin dəyişməsinə baxmayaraq, o məzarların bir çoxu xalq tərəfindən müqəddəs məkan kimi qorunub saxlanıldı.
Ümumiyyətlə, bu ittihama ən yaxşı cavab Azərbaycan əhalisinin həlak olmuş türk hərbçilərinin xatirəsinə, məzarlarına göstərdiyi münasibətdir. 70 il sürən sovet hakimiyətinə, nəsillərin dəyişməsinə baxmayaraq, o məzarların bir çoxu xalq tərəfindən müqəddəs məkan kimi qorunub saxlanıldı. Vəhşilik törədən ordunun əsgərlərinə belə münasibət heç zaman göstərilməzdi.
İttihamlardan biri Bakının azad edilməsindən sonra baş verən hadisələrdir. İddia olunur ki, bütün əhali qarət olunub, Bakı düşmən şəhəri kimi yağmalanıb, qan su yerinə axıb. Həqiqətən də Bakıda sonralar Fətəli xan Xoyskinin “xoşagəlməz, təəssüf doğuran” adlandırdığı hadisələr baş verib. Lakin bunu türk hərbçilər törətməyib. Mart qətliamından keçən 6 ay ərzində öz doğma şəhərində hüquqsuz vəziyyətdə salınmış, acıqlı müsəlman əhali tərəfindən ermənilərə qarşı törədilib. Sentyabrın 17-də şəhərə daxil olan hökumət talanların qarşısını almaq, asayişi bərpa etmək üçün sərt tədbirlər görüb. F.Xoyski bu zaman 100-ə qədər adamın edam olunduğunu qeyd edir.
Daha sonra Cənubi Qafqazda erməni dövlətinin yaradılmasının Osmanlı layihəsi olduğu iddia edilir. Guya türklər bununla öz torpaqlarında Ermənistan dövlətinin yaranmasının qarşısını alırmışlar. Bu məntiqə görə, İraqın şimalında Kürdüstan dövlətinin yaranması da Türkiyənin maraqlarına uyğun olmalı və dəstəklənməlidir. Halbuki əksini müşahidə edirik. Sayca Qafqazın üçüncü böyük xalqı olan ermənilərin fəallıqları nəticəsində siyasi çəkiləri saylarından daha böyük idi. Cənubi Qafqaz federasiyası dağılarkən ermənilərin dövlətiz qalmaları fikri kimsənin ağlından keçmirdi. Azərbaycanlılar da, gürcülər də qəbul edirdilər ki, ermənilərin də öz dövləti olmalıdır. Mübahisə mövzusu yalnız həmin dövlətin ərazisi ilə bağlı idi.
Başqa bir ittiham Osmanlı hərbçiləri ilə Azərbaycan siyasiləri arasında zaman-zaman təzahür edən fikir ayrılıqları, türklərin bəzən öz səlahiyyətlərindən kənara çıxmaları, daxili işlərə müdaxilələri ilə bağlıdır. Bu ittihama bir nümunə ilə cavab vermək istəyirəm.
1877-1878-ci illərdə Rusiya bolqarları Osmanlı əsarətindən xilas etmək üçün müharibə apardı, qurbanlar verdi. Daha sonra bolqarların bütün işlərinə müdaxilə edildi. Çar II Aleksandr öz qaynı oğlu Aleksandr Battenberqi Bolqarıstana knyaz təyin etdi. 1887-ci ildə bolqarlar özlərinə alman zadəganlarından Ferdinandı yeni knyaz seçəndə Rusiya kəskin, lakin nəticəsiz etiraz etdi. Bundan sonra rus-bolqar münasibətləri heç də hamar olmadı. Lakin belə hal 1907-ci ildə, elə həmin Ferdinandın hakimliyi davam edərkən Sofiyada rus çarı II Aleksandrın şərəfinə “Xilaskar çara abidə” (bolqarca: Паметник на Цар Освободител) ucaltmağa mane olmadı.
Azərbaycanlılar daha mütərəqqi, daha demokratik baxışlara sahibdilər. Bu səbəbdən də fikir ayrılıqlarının olması, türklərin bəzən daxili işlərimizə müdaxiləsi qaçılmaz idi. Lakin bütün bunlar Osmanlı ordusunun yardımı ilə qazandıqlarımız müqabilində çox cılız hallardır.
Birinci cahan savaşı zamanı Bolqarıstan Osmanlı ilə müttəfiq olub Rusiyaya qarşı savaşdı. İkinci cahan savaşı zamanı SSRİ-yə qarşı hərbi əməliyyatlarda iştirak etməsə də, Balkan teatrında nasist Almaniyasının müttəfiqi oldu. Sonra ölkədə kommunist hakimiyyəti quruldu. Moskvanın təzyiqlərinə baxmayaraq, bolqarlar II Aleksandrın abidəsini uçurmaqdan imtina etdilər. Çünki anlayırdılar ki, baş verən bütün ziddiyyətlər, ideoloji məsələlər müstəqillik qazanmaqda Rusiyanın yardımı müqabilində çox xırda qalırlar. Məncə, bu yanaşma bolqarların rus yardımından daha çox öz azadlıqlarına verdikləri dəyərin təzahürüdür.
Azərbaycan Demokratik Respublikasının xadimləri və Osmanlı hərbçilərinin dünyagörüşü, siyasi baxışları arasında ciddi fərqlər vardı. Azərbaycanlılar daha mütərəqqi, daha demokratik baxışlara sahibdilər. Bu səbəbdən də fikir ayrılıqlarının olması, türklərin bəzən daxili işlərimizə müdaxiləsi qaçılmaz idi. Lakin bütün bunlar Osmanlı ordusunun yardımı ilə qazandıqlarımız müqabilində çox cılız hallardır.
Hamıdan Türkiyəni sevməyi tələb etmək yersiz olardı. Amma gəlin öz azadlığımızı sevək, ona dəyər verək. Bolqarlar kimi...
Mənbə: Meydan.tv