Keçid linkləri

Təcili xəbərlər

Saray təlxəkləri və gələcək nəsillər...


Bu yaxınlarda bir xalqsız xalq yazıçısı (adını çəkməyə ehtiyac yoxdur, onsuz da hamısı bir-birinin tayıdır, al birini vur o birinə!) müsahibə verib, deyib ki, özü haqqında yazılan tənqidləri bir kitaba toplayıb çap etdirəcək, qoy gələcək nəsillər oxuyub hansı “iftiralara, böhtanlara” tuş gəldiyini görsün və lənətləsin.

Ümumiyyətlə, bizdə psevdoziyalıların, sovetdənqalma “aydınların” ən sevimli vərdişlərindən biri budur: gələcək nəsillər adından ehkam kəsmək! Onların fikrincə, gələcək nəsillərin bunlara mütləq bir hörmət, ehtiram borcu var.

Ümumiyyətlə, bizdə psevdoziyalıların, sovetdənqalma “aydınların” ən sevimli vərdişlərindən biri budur: gələcək nəsillər adından ehkam kəsmək! Onların fikrincə, gələcək nəsillərin bunlara mütləq bir hörmət, ehtiram borcu var. Üzsüzlüyn bu qədərinə də, Anadolu türkləri demiş, “pes yani”! Günümüz Azərbaycanında ictimai-siyasi mənada sırtıqlığın, həyasızlığın həddi-hüdudu yoxdur, bu heç, bunu bilirik, amma sovet tör-töküntüsü olan, qəlblərindən, beyinlərindən hələ də sovet düşüncəsini, tərbiyəsini silib, söküb atmağı bacarmayanlar, hətta ürəklərinin dərinliyində “bəlkə də qaytardılar” deyə xiffətlənən psevdoziyalılar sırtıq və həyasız da deyillər, nəsə başqa bir şeydilər. Adam adlarını qoymağa çətinlik çəkir.

Bu tiplərin utanmadan gələcək nəsillərindən mədət umması qarşısında insan nə deyəcəyini bilmir?

Axı siz hansı haqla gələcək nəsillərdən özünüzə hansısa sayğı, sevgi, ehtiram gözləyirsiniz?

25 ilə yaxındır bu torpaqlarda zülm at oynadır.

25 ilə yaxındır bu vətən dünyadakı bütün çağdışı rejimlərin ən pis tərəflərini özündə birləşdirən bir şər sisteminin caynağında çapalayır.

25 ilə yaxındır bu ölkənin yalnız yeraltı-yerüstü sərvətləri deyil, yalnız insanların xoş arzuları, gözəl idealları, ümidləri deyil, həm də gələcəyi oğurlanır.
25 ilə yaxındır gələcək nəsillərin də çiyinlərini əzəcək, onlar üçün də ağır, məşəqqətli bir yükə çevriləcək dəhşətli miras hazırlanır.

25 ilə yaxındır bu ölkənin yalnız yeraltı-yerüstü sərvətləri deyil, yalnız insanların xoş arzuları, gözəl idealları, ümidləri deyil, həm də gələcəyi oğurlanır.

25 ilə yaxındır gələcək nəsillərin də çiyinlərini əzəcək, onlar üçün də ağır, məşəqqətli bir yükə çevriləcək dəhşətli miras hazırlanır.

Və siz bir yol buna etiraz səsinizi yüksəltmirsiniz.

Etiraz səsini yüksəltməməyiniz cəhənnəm, böyük məmnuniyyətlə, sırf merkantil maraqlar naminə, özünüzə və övladlarınıza komfort həyat və karyera qurmaq üçün bu şər maşınının vintciyi və təkərciyi kimi çıxış edirsiniz.

Hakimiyyətdən maddi imtiyazlar qoparmaq adına bu şər sisteminin mənəvi tətikçisi olmağa böyük məmnuniyyətlə razılaşırsınız.

Saray təlxəkliyini sanki böyük mərifətfətmiş kimi misilsiz zövq və şövqlə yerinə yetirirsiniz.

Beləcə, yalnız bugünki deyil, gələcək nəsillərin də azad, xoşbəxt, işıqlı, ləyaqətli yaşam haqqına hücum edənlərin səfində yer almısınız, bu çirkin hücumun bir parçasına, iştirakçısına çevrilmisiniz.

Yaxşı, soruşmağa ayıb olmasın, bundan sonra hansı haqla, hansı üzlə gələcək nəsillər adına ehkam kəsməyə çalışır, onlardan özünüzə hörmət, ehtiram-zad gözləyirsiniz.
Sizə bir söz deyimmi?

Yaxşı, soruşmağa ayıb olmasın, bundan sonra hansı haqla, hansı üzlə gələcək nəsillər adına ehkam kəsməyə çalışır, onlardan özünüzə hörmət, ehtiram-zad gözləyirsiniz.

Sizə bir söz deyimmi?

Siz şükür edin ki, bu gün ayda-ildə bir-iki tənqidi yazı ilə bizdən canınızı qurtara bilirsiniz.

Bu kirli tərcümeyi-halınızla, şər qarşısında bu xidmətlərinizlə, bu geriçi, bu dar düşüncələrinizlə, bu kiflənmiş, üfunətli dünyagörüşünüzlə işdi-şayət, gələcək nəsillərin əlinə salamat düşsəniz, başınıza gələcəkləri təsəvvür belə edə bilmirəm.

Unutmayın: hər şeyə baxmayaraq, artıq bu torpaqlarda zövqləri, həyata, dünyaya, insanlara baxışları fərqli bir gənclik yetişir. Qiyaslar, Bayramlar, İlkinlər yetişir... Bu gün azdırlar, amma dünənkindən çoxdurlar. Sabah daha çox olacaqlar. Çoxaldıqca çoxalacaqlar. Dünyanı hər cür köləliyin, mütiliyin başına dar edəcəklər.

Və siz psevdoziyalılar, bax onda olsa-olsa, çirkli keçmişin unudulmuş personajlarından başqa bir şeyə çevrilməyəcəksiniz.

Odur ki, elə bəri başdanca gələcək nəsillərdən ümidinizi kəsmək məsləhətdir. Buna görə isə heç kimi qınamağa haqqınız yoxdur. Çünki bunu özünüz belə istəmisiniz.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG