Keçid linkləri

Təcili xəbərlər

Başdan ayaga şumlama gedir...


Əvvəl düşuncəmizi şumlamaga çalisdilar. Tam olmasa da buna nail oldular. Sonra çoxluqda olan bir xalqın kimliyini yaddaşlardan silməyə başladılar. Guya azlıqda olan xalqlar kimliyini etiraf edə bilər, amma coxluqda olan xalqın kimliyini etiraf etməsi hansısa bir fəlakət ola bilər. Təbii ki, məntiqə sığmayan bir iddiadir.

Atəşkəs rejiminə uygunlaşdırdılar bizi. Hətta torpaqları işgal olunmuş bir xalqin atəşkəs ucun minnətdarliq hissi ilə yaşadiqlarının görüntüsü yaradıldı.

Atəşkəs rejiminə uygunlaşdırdılar bizi. Hətta torpaqları işgal olunmuş bir xalqin atəşkəs ucun minnətdarliq hissi ilə yaşadiqlarının görüntüsü yaradıldı. Amma atəşkəs dövründə ölənlərimizin sayı müharibədə ölənlərin sayından heç də az deyil. Milli hökumətin bizə bir dəfə dadızdırdıgı Azad Seçkini əlimizdən aldılar. O seçkinin ki, hələ də dadı damağımızdan getməyib.

Rüşvət və korrupsiya halları çiçəklənmə dövrünu yaşamağa başladı. Elə çiçəkləndi ki, (elə çiçək-çiçək də dərdilər) heç bar verməyinə ehtiyac qalmadı. Artıq rüşvətin miqdari yüz dəfələrlə artdi. Xalqın və gələcək nəsillərin təbii sərvəti olan neftin az qala quyuları da şumlanaraq, pulu lazmsız layihələrə silindi və xalqdan gizlədildi. Qaz da o cümlədən.

Zavodlar, fabriklər sokülərək dəyərindən yüz dəfələrlə aşağı qiymətə özlərinə yaxin bir qrup tərəfindən özününküləşdirildi. Səhiyyəni yerli dibli şumladılar. O qədər ki, həkimlər sağ qol əvəzinə sol qol kəsərək məsuliyyətdən belə yayına bildilər.

Zavodlar, fabriklər sokülərək dəyərindən yüz dəfələrlə aşağı qiymətə özlərinə yaxin bir qrup tərəfindən özününküləşdirildi.

Səhiyyəni yerli dibli şumladılar. O qədər ki, həkimlər sağ qol əvəzinə sol qol kəsərək məsuliyyətdən belə yayına bildilər. Məmurlar Avropa və İsrail səhiyyəsinə, Kicik bir zümrə olan ortabablar İran səhiyyəsinə, kasiblar isə xalq təbabətinə üz tutmali oldular.

İşçiləri 150-200 manat əmək haqqı alan təhsildən və elm sahəsindən heç danışmağa dəyməz (bir alim dostum mənə Azərbaycan elminin Afrikanın ən geridə qalmış olkəsindən də pis durumda oldugunu etiraf edib). İndi də Milli hökumətin yaratdigi TEST-in ləğv edilməsindən gedir söhbət. Çox şeylərdən yazmaq olar...

Sanki bu rejim hər şeyi, hər yeri şumlamağı qarşısına meqsəd qoyub.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG