Keçid linkləri

Təcili xəbərlər

Təhsil aldığınız ‘gəminin’ batdığını görürüsüzsə…


Təəsüf ki, ali təhsil almaq mentalitetimizin əsas bəlalarından birinə çevrilib. Minlərlə insan gələcək həyatında heç bir rola malik olmayacaq 2 rəngli vərəqdən ötəri (dipLOM) çox şeyi qurban verib, verir və verəcək. Halbuki, o olmadan da uğura nail olmaq mümkündür. Bu ayrı bir mövzu.

Məşədi İbad demişkən: ÜÇ MANAT PUL, BİR KƏLLƏ QƏND… Ali təhsiliniz MÜBARƏK.

1991-ci ildə gözəl məmləkətimiz müstəqillik əldə etdikdən sonra ölkəmizdə təhsil də müstəqillik qazandı. Təhsildən az-çox başı çıxan bir bina, 3-5 müəllim görütürüb universitetlər açmağa başladı. Məşədi İbad demişkən: ÜÇ MANAT PUL, BİR KƏLLƏ QƏND… Ali təhsiliniz MÜBARƏK.

Geridə qoyduğumuz müstəqilliyimizin 26 ilində 26-dan çox yeni universitet açıldı, bağlandı. Onlar yüz minlərlə insanların gələcəkləri, taleləri ilə oynadılar, özlərinin maddi qazancları məqsədi ilə. Hələdə minlərlə insanın ABU ilə problemi davam edir… 2014-cü ilə qədər kimlərsə xarici ölkələrə və ya daxildə hansısa universitetlərə qəbul olurdu. Sonradan isə qeyri-şəffaf olan proseslə universitetini-ixtisasını dəyişirdi. Təbii ki, bu zaman əsassız tələblər olurdu və bunu yerinə yetirənlərə yaşıl işıq yanırdı, yerinə yetirməyənlər, maddi imkanı çatmayanlar isə arzularına çata bilmirdilər.

Əlbətdə ki, universitetin fəaliyyətini dayandırması normal haldır. Bu bir sıra səbəblərdən ola bilər. Bildiyiniz kimi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirmişdi. Bu təhsil ocağında təhsil alanların taleyi ilə bağlı aiddiyati qurumlar qanunvericilik çərçivəsində lazimi addımları atdılar. Lakin bir neçə gün öncə məlumat yayıldı ki, bəs bu bağlanma ilə bağlı xəbərin əsası yoxdur. Lap yaxşı. Amma reallıq nədir? Niyə konkret olaraq həmən təhsil müəssisəsi çıxıb tələbələrin taleyinə sahib çıxmır? İndi onlar fəaliyyət göstərirmi? Biri deyir ki, hə, o biri deyir ki, yox. Yəni Şap elə bilir, şupdadı, şup elə bilir şapdadı.

Son bir həftə ərzində ümumilikdə bütün ali təhsil müəssisələrində təhsil alan tələbələr, onaların valideyinləri övladlarının universitet, ixtisas dəyişmələri ilə bağlı mənə müraciət edib. Onlar arasında “Təfəkkür” Universitetinin tələbələri də var.

Son bir həftə ərzində ümumilikdə bütün ali təhsil müəssisələrində təhsil alan tələbələr, onaların valideyinləri övladlarının universitet, ixtisas dəyişmələri ilə bağlı mənə müraciət edib. Onlar arasında “Təfəkkür” Universitetinin tələbələri də var. Bilirsiz, kimlərinsə maddi və ya kommersiya fəaliyyətinə mane olmaq, qarışmaq istəmirəm, amma burda insan taleyindən söhbət gedir. İnsanlara təminat vermək lazımdır. Ortada problemli situasiya var. Yenidən ABU-nun, Moskva Açıq Universitetinin Azərbaycan filialının və s. fəaliyyəti dayanmış universitetlərin yaşağıdı tarix təkrar oluna bilər.

Ona görə də, dostlar, tələbələr, hansı universitetdə, ixtisasda təhsil almanızdan asılı olmayaraq, əgər siz həmən yerdən narazısınızsa, heç bir pul ödəmədən, məmurla ünsiyyət qurmadan, problemsiz transfer.edu.az saytından qeydiyaytdan keçib arzularınızı reallaşdıra bilərsiz. Məhz bütün təhsil müəssisələrinin tələbələrinə imkan yaradılıb ki, avqust ayının 22-sinə qədər “bataqlıqdan” xilas olsunlar. Bundan artıq sizə kim şərait yaradacaq: buyurun şəffaf, obyektiv, heç bir məmurun üzünü görməyəcəyiniz sistemdən istifadə edib normal təhsilinizi davam etdirin.

İki ildir ki, ali təhsil, orta ixtisas təhsil alan, amma oxuduğu yerdən narazı qalanlar bu portal vasitəsi ilə problemlərindən xilas olurlar. Əgər gəmi batırsa, kapitan özünü gizlətdiyi qayığa minib xilas edəcək, taleyi şübhə altına alınacaq sərnişinlərdir. Ona görə də siz əgər təhsil aldığınız “gəminin” batdığını görürüsüzsə, transfer.edu.az – da qurtuluş biletinizi alıb xilas olun. Yoxsa 1912-ci ildəki ən bahalı Titanik gəmisinin sərnişinlərinin taleyini yaşayacaqsız.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG