Əziz dostlar!
Atletizm üzrə dünya çempionatın nəticələrinə qayıtmaq istəyirəm.
Bu yarışın güzgüsündə özümüzü tanıya bilərik, bu yarış bir növ indiki durumumuzun rəmzidi. Həm müsbət, həm mənfi mənalarda.
Səhv eləmirəmsə deyilən yarışda iki idmançı ölkəmizi təmsil etdi. Biri kubalı idi,.. o birisi ukraynalı...
Səhv eləmirəmsə deyilən yarışda iki idmançı ölkəmizi təmsil etdi. Biri kubalı idi, kişilər arasında 3 təkanla tillanmaqda, o birisi ukraynalı idi, qadınlar arasında çəkic atmaqda. Görünür onu dəvət eləyəndə düşündülər ki, bizim qadınlar çəkic atmağı çox sevir, imkan tapan kimi çəkici göyə vızıldadırlar.
İkisi də kubalı da, ukraynalı da, uğur qazanmadılar, amma şübhə yox ki ikisi də qonorarlarını alacaqlar. Və hətta lazım olarsa məmurlarımız fərəhlə deyəcəklər ki, nə bilim, erməniləri, türkmənləri, çililəri xal hesabı ilə ötmüşük.
Bu barədə heç danışmağa dəyməzdi, bu yarışlarda Ramil Quliyev iştirak etməsəydi.
Yadınızdadırsa çempionata qədər yazmışdım ki, çox istəyərdim Ramil 200 metrə qaçışda 20 saniyəni ötsün, hansı yeri tutursa tutsun. Ramil 200 metr qaçışda 20 saniyəni ötmədi, amma nəticədə qələbə qazandı.
Düzünü deyim bunu heç gözləmirdim, axı son zamanlar ağdərililər sprint yarışlarında nəinki qızıl, bürünc medal belə qazana bilmirdilər. İndi isə Ramil Quliyev, azərbaycanlı hamını keçir. Möcüzə desəm, təəcüblənməyin.
Düzünü deyim bunu heç gözləmirdim, axı son zamanlar ağdərililər sprint yarışlarında nəinki qızıl, bürünc medal belə qazana bilmirdilər. İndi isə Ramil Quliyev, azərbaycanlı hamını keçir. Möcüzə desəm, təəcüblənməyin. Ruh yüksəkliyi verən, gözlənilməz möcüzə.
İndi sakit düşünək.
Paradoksal fikir söyləyəcəyəm.
Özümüz haqqında adekvat düşünməyi bacarmırıq. Ya həddindən artıq tərifləyirik ya həddindən artıq söyürük, nə məğlubiyyətlərimizi etiraf etməyi bacarırıq, nədə uğurlarımızı.
İndi də, məncə Ramil Quliyevin uğurunun miqyasını anlamırıq.
Bu nəinki atletizm üzrə bütün idmanımız üzrə ən parlaq hadisədi. Şəxsən mən Ramil Quliyevi ikimincilərin (o biri əsrləri hələ ki qoyaq kənara) ən parlaq idmançısı sayiram.
Mənimlə razılaşmaya bilərsiniz amma idmanla da məhdudlaşmazdım. Bu 17 ildə bütün sahələri götürdükdə böyük uğurumuz sayıram.
Mənimlə razılaşmaya bilərsiniz, amma idmanla da məhdudlaşmazdım. Bu 17 ildə bütün sahələri götürdükdə ən böyük uğurumuz sayıram. Sadəcə olaraq başqa sahələrdə aşkar ölçü olmadığından “uğurlarımızdan” danışa bilərik, hamı bilir ki yalandı, amma necə subut eləyəsən.
Nəhayət Ramil Quliyevin qələbəsi ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm.
Prezidentimizin təbrik məktubuna aldanmayaq, mövcud idman sistemimiz Ramil Quliyevi Azərbaycandan kənarlaşdırdı.
“Contact. az” portalında çap edilmiş Natalya Maryançikin məqaləsində dəqiq qeyd olunur ki
"Bыстрадал" свое золото - пафосные слова, но в случае с Гулиевым они правдивы на все "сто". По юниорам он считался звездой наравне с самым известным "белым" спринтером французом Кристофом Лемэтром. Потом Лемэтр установил свой рекорд Европы на стометровке, а у Гулиева начался крайне сложный период. Скончался его отец и личный тренер. Руководство азербайджанской федерации отказалось предоставлять нужные условия. С переходом в Россию не срослось. B итоге Гулиев начал выступать за Турцию, но из-за конфликта с родной федерацией вынужден был отсидеть целых три года в карантине и без международных стартов. Для спринтера в самом продуктивном возрасте это катастрофа.
Beləliklə Ramil Quliyev bizim korrupsiyalı idman sistemizə qarşı çıxdı və qələbə qazana bildi. Bu mənada da Ramilin qələbəsi bizim üçün inam mənbəyidi. Özümüzə inamımızı itirməmək üçün.
Ramil gənc olarkən “ulduz” sayılırdı, atası onun məşqçisi idi, sonradan Azərbaycanın Atletizm federasiyamızla anlaşılmazlıq yarandı (səbəblərini təsəvvür etmək olar), atası vəfat etdi, Ramil Türkiyəyə köçdü (Rusiyaya köçmək məsələsi də var idi, indiki məşqçisi də Russlyadandır) və düz üç il (fikir verin, Maryançik bunu “fəlakət” adlandırır) yarışlardan kənarda qaldı.
Beləliklə Ramil Quliyev bizim korrupsiyalı idman sistemizə qarşı çıxdı və qələbə qazana bildi. Bu mənada da Ramilin qələbəsi bizim üçün inam mənbəyidi. Özümüzə inamımızı itirməmək üçün.
İnanıram vaxt gələcək Ramil Quliyevdən sənədli film çəkiləcək, ağıllı, dəqiq, dürust film. Və bir də inanmaq istəyirəm ki Ramilin idman karyerası bitəndən sonra, o Azərbaycana dönəcək və idmanımızın rəhbərlərindən biri olaçaq.
O zaman ki, bütün sahələrin idarə etməsində ciddu dəyişiklik olacaq.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir