Borçalı Gürcüstanda bəlkə də kənd təsərrüfatına ən yararlı torpaqlardır. Kəndlinin istədiyi məhsulu becərməsi, istənilən işlə məşğul olması üçün heç bir administrativ maneə də yoxdu. İnsanları da çox çalışqan və zəhmətkeş, qarışqa kimi səhərdən axşama kimi çalışırlar, ildə bir yerdən 2-3 dəfə məhsul da götürürlər. Amma baxırsan bu qədər zəhmətin və imkanların qarşılığında zəhmətlərinin layiqli qarşılığını ala bilmirlər. Ola bilər elə gürcü kəndlilərindən, Azərbaycandakı kəndlilərdən nisbətən daha yaxşı dolanırlar. Amma yenə də vəziyyətləri heç ürəkaçan deyil. Çünki, sahəyə sistemli, planlı və elmi yanaşmırlar. İllərlə baxırsan insanlar məhsulun yetişdiyi vaxt eyni problemlərlə üzləşirlər.
Məhsulun yetişdiyi vaxt qiymətlər məhsul bolluğundan aşağı düşür və kəndlilər bəzən istehsal etdiyi məhsulun maya qiymətini çıxara bilmirlər. Əsas problem daxili bazarın çox kiçik olmasıdı.
Məhsulun yetişdiyi vaxt qiymətlər məhsul bolluğundan aşağı düşür və kəndlilər bəzən istehsal etdiyi məhsulun maya qiymətini çıxara bilmirlər. Əsas problem daxili bazarın çox kiçik olmasıdı. Hələlik tək ümid ölkəyə gələn ölkə əhalisindən 2 dəfə çox 6 milyon turistin də istehsal edilən məhsul ilə qidalanmasıdı. Ona görə də problem sadəcə kənd təsərrüfatında heç bir yeniliklər olmadan on illərlə eyni üsullarla becərilməsi, başqa sözlə məhsuldarlığın artırılması deyil.
Təbii məhsuldarlığın artırılması istehsal edilən məhsula çəkilən xərclərin aşağı salınması, çəkilən zəhmətin daha az olması, effektivliyin artırılması baxımından zəruridir və vacibdir. Ancaq yenə deyirəm hazırda əsas problem məhsuldarlığın və məhsul istehsalının artırılması deyil. Əsas problem istehsal edilən məhsulun reallaşdırılmasıdı. Dediyim kimi ölkə daxili bazarı çox kiçikdi, ölkədən kənarda isə istehsal edilən məhsulun bazarlara çıxarılması üçün Gürcüstan hökuməti heç bir şey etmir və ya edə bilmir.
Rusiyanın isə kənd təsərrüfatı mallarının öz ölkəsinə idxalından təzyiq vasitəsi kimi hətta Türkiyəyə qarşı istifadə etməsini və məşhur "pomidor" mövzusunu yəqin ki, eşitmisiniz.
Avropa İttifaqı ilə imzalanan Assosiativ Müqavilə və gömrük sazişindən sonra da nə istehsal edilən məhsulun Avropa bazarına çıxarılması istiqamətində addımlar hiss olunmur, nə də kənd təsərrüfatına innovasiyaların gətirilməsi və istehsal edilən malların Avropa standartlarına çatdırılması istiqamətində addımlar atılmır. Əvəzində əvvəllər olduğu kimi yenə də Gürcüstanda istehsal edilən kənd təsərrüfatı mallarının hazırki səviyyəsində onun yeganə real alıcısı Rusiyadır. Ən yaxşı halda digər alternativ ərəb və digər üçüncü dünya ölkələri ola bilər. Rusiya da bu məsələdən həmişə istifadə etməyə çalışır, Gürcüstanda isə əsas Rusiyapərəst qüvvələrdən birini şərti olaraq "kənd təsərrüfatı lobbisi" adlandıra bilərik. Onlar hətta ölkənin ərazisinin işğalı məsələsinin üstündən keçməklə Rusiya ilə münasibətlərin normallaşdırılmasına çağırırlar. Rusiyanın isə kənd təsərrüfatı mallarının öz ölkəsinə idxalından təzyiq vasitəsi kimi hətta Türkiyəyə qarşı istifadə etməsini və məşhur "pomidor" mövzusunu yəqin ki, eşitmisiniz.
Kənd təsərrüfatı mallarının istehsalından və onların Avropaya ixracından bəhs edərkən həmçinin onun emalı nəticəsində izafi dəyərin yaradılmasını da (added value) qeyd etmək lazımdı. Sadə bir misal. Keçən il 3,5 milyon insanın çalışdığı fındıqçılıq sahəsi rekord miqdarda gəlir yəni 3 milyard dollar gətirmişdir. Bu fındığın ancaq bir hissəsini alan, cəmi 22 min insanın çalışan, İtaliyanın qənnadi Ferrero şirkəti isə 11 milyard dollar qazanıb. Yəni, 22 min insan 3,5 milyon insandan 3 dəfə daha çox qazana bilib. Gürcüstanda iqtisadi azadlıqlar olsa da, ÜTM-in üzvü olsa da, Aİ ilə müqaviləsi olsa da, hələlik nə mallarını Aİ bazarına çıxara bilir, nə mallarını o standartlara uyğunlaşdırmır, nə də izafi dəyər yarada məhsullar emal və istehsal edə bilmir. Bütün bu problemlərin kökündə isə təhsil problemi durur. Borçalıda isə bu daha ağır formadadır. SSRİ dağılandan sonra ali təhsildən düz iki nəsil itirildi. Belə görünür ki, bunun ağır nəticəsini çox çəkəcək insanlar. Ali təhsillə bağlı vəziyyət Saakaşvilinin ali təhsildə milli azlıqlara xüsusi güzəştlərindən sonra nisbətən yaxşılaşdı. Mən hələ ümumi təhsildən danışıram, kənd təsərrüfatı ilə bağlı ixtisaslı təhsildən heç danışmıram.
P.S. İqtisadçı deyiləm, ona görə yazdıqlarım sırf şəxsi subyektiv müşhidələrim və düşündüklərimdi.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.