Keçən əsrin 70-90 cı illərində Braziliya iqtisadiyyatı hiperinflyasiyalardan yaxa qurtara bilmirdi. Tutaq ki, bu gün 1 manat olan yumurta hər gün bahalaşaraq il sonuna 1000 manat olurdu. Milli valyutaya inam ölmüşdü. Bu cür hiperinflyasiya mühitlərində insanlar pullarını sabaha saxlamaq istəmirlər, bu gündən mümkün qədər xərcləyib qurtarmaq istəyirlər, çünki aldıqları malları sabah daha baha qiymətə alacaqlar. Bele artan tələbin özü də onsuz da yüksək olan inflyasiyanı daha da yüksəldir.
Fernando Cardosonun bizim iqtisadi qərarverici orqanların başında duranlardan əsas fərqi iqtisadiyyatı bilmədiyini bilməsi olur. Buna görə də işi əhli olana tapşırır...
Nəticədə iqtisadi çıxılmazlıq tez-tez hökümətlərin dəyişməsinə səbəb olur. Braziliyada da bunlar baş verirdi. Sonunda 1993-cü ildə əvvəllər xarici işlər naziri olmuş, sosyologiya professoru Fernando Cardoso yeni hökümətdə maliyyə naziri olur. Fernando Cardosonun bizim iqtisadi qərarverici orqanların başında duranlardan əsas fərqi iqtisadiyyatı bilmədiyini bilməsi olur. Buna görə də işi əhli olana tapşırır. Tələbəlikdən bu hiperinflyasiyalar üzərinə düşünən və rahat həlli olduğuna əmin olan Edmar Baça-nı dəvət edir və deyir ki, 'mən iqtisadiyyatı bilmirəm, xahiş edirəm ölkəmizi xilas edək'.
Edmar Baça isə əsas məsələnin milli valyutaya inam olduğunu anladığı üçün 'vahid real dəyəri' adı ilə virtual valyuta yaradır və qiymətlər ona uyğun sabitlənir. Bundan sonra hiperinflyasiya səngiyir, Braziliya iqtisadiyyatı relsə düşür və növbəti 20 ildə əsasən uğur hekayələri ilə yadda qalır. Fernando Kardoso isə sonradan dövlət başçısı seçilir.
Əsas makro iqtisadi qərarlardır, fərdlərin edə biləcəyi çox shey yoxdur,onsuz bu cür olmasa bəzi millətlərin iqtisadiyyatı daha yaxşı inkişaf etmiş, bəzilərininki isə geridə qalmış olmazdı.
Burdan çıxarılacaq dərs bunlardır:
a) Əsas makro iqtisadi qərarlardır, fərdlərin edə biləcəyi çox shey yoxdur,onsuz bu cür olmasa bəzi millətlərin iqtisadiyyatı daha yaxşı inkişaf etmiş, bəzilərininki isə geridə qalmış olmazdı.
b) Ölkənin, müəssisənin inkişafı kadrlardan asılıdır, təssadüfi adamların vəzifə tutması ilə inkişaf olmur
c) Bilməmək və bilmədiyini qəbul etməmək bəladır, əksinə isə bilmədiyini bilmək özü bir səviyyə göstəricisidir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.