Keçid linkləri

Təcili xəbərlər

Atatürk düşmənçiliyinə aydınlıq gətirmək lazımdır


Kimlərdir düşmənçilik edən? Özünə dindar deyən Osmanlı zehniyyəti. Nəyə görə düşməndirlər? Çünki Atatürk kafirdir, İslami sistemi yıxıb, yerinə dünyəvi - dinsiz cümhuriyyət rejimini gətirdi.

Məsələyə növbəylə baxaq. Doğurdanmı Osmanlı İslami sistem idi? Əlbəttə ki, yox...

Məsələyə növbəylə baxaq. Doğurdanmı Osmanlı İslami sistem idi? Əlbəttə ki, yox. Adi istibdad rejimi, səltənət sistemi idi. Osmanlılar olsun, Səfəvilər olsun, Əməvilər olsun, Abbasilər olsun, Səlcuqlular olsun, fərq etmir; bu "...lər"lərin heç biri İslamı təmsil edən quruluşlar deyildi. İslami quruluş olsaydı, ilk növbədə dövlətə babalarının adını qoymazdılar. Tarix oxuyanlar da bilir ki, səltənət sistemini xəlifə Müaviyyə gətirdi. Ondan əvvəl səltənət quruluşu yox idi. İslamın bayraqdarlığını şahlar və sultanlar yox, salehlər və İslam alimləri edirdi.

Hər bir hökmdarlığa formal olaraq bir din lazım gəlir. Bir istibdad xristianlığı seçir, digər istibdad İslamı, digəri də nə bilim nəyi... Ancaq nəticədə bu quruluşların İslamın siyasi ideologiyası ilə yaxından-uzaqdan əlaqəsi yox idi. Hökmdarın, sultanın, şahın iradəsi Allahın iradəsindən üstün sayılırdı. Din xalqı yönləndirmək üçün formal olaraq gərəkli idi. İslam heç vaxt hökmdarların dini olmayıb, həmişə xalqın dini olub. Gəldik əsas məsələyə, xalqın dinidirsə, İslamın siyasi sisteminə daha yaxın quruluş hansıdır? Əlbəttə ki, cümhuriyyət..

Sənin sultanların şərab içib rəqqasə oynatmırdı? Hərəmxanalarda yüzlərlə arvadları yox idi? Cavan oğlanları xədim edib hərəmxanaya başçı təyin etmirdilər?

Nə imiş, Atatürk içki içirmiş. Sənin sultanların şərab içib rəqqasə oynatmırdı? Hərəmxanalarda yüzlərlə arvadları yox idi? Cavan oğlanları xədim edib hərəmxanaya başçı təyin etmirdilər? Oğlanbazlıq yox idi? Hamısı var idi. Nə olsun ki, Osmanlı 600 il hökm sürüb? Əməvilər də İspaniyada 700 il hökmran olublar bundan əvvəl. Bunun məsələyə nə aidiyyatı? Osmanlı çöküb gedirdi zatən, bünövrəsi sağlam deyildi.

Yusuf Akçuranın əsərlərində də Osmanlının ölümünün labüdlüyünü görə bilərsiniz. Onu diriltmək mümkün deyildi. Atatürk o bölgəyə uyğun quruluşla yenidən can verdi. Barbar bir quruluşu mədəniləşdirdi. Atatürk dindar deyildi, ancaq din düşməni də deyildi. Bu Osmanlı toruncuqları da indi at oynada bilirlərsə, elə bu da Atatürk sayəsindədir.

Gəlinən nəticə budur, İslamın siyasi sistemi cümhuriyyət sisteminə səltənət sistemindən daha yaxındır. Çünki İslami sistem xalqa yönəlikdir, aristokratizmə yox.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG