Keçid linkləri

Təcili xəbərlər

Meyxana və katarsis


Katarsis ilk dəfə Aristotel tərəfindən işlədilmiş, dramanın auditoriya üzərindəki təsirini ifadə edən sənət terminidir.

Xalqımızın bir çox nümayəndəsində "söz atmaq", "söz soxmaq", "söz altda qalmamaq", "birini deyəndə beşini demək", "elə demək ki,...." ifadələrinin bildirdiyi, real performansın olmadığı, şifahi təfəkkürdə olduğumuz üçün aktların da şifahi qaldığı davranış meyilləri var. Söz atarkən isə, toxunacaq, müəyyən kodlara xitab edən sözlər seçilməlidir.

Bir neçə gün meyxanaya qulaq asdım - "mırt meyxana", "qırğın deyişmə", "muzıkalnı meyxana", "peçat qafiyə" yazanda izlənmə sayı 500,000 və daha çox olan videolar gəlir. Bəzi ifadələr var ki, onların "yerində" istifadəsi dinləyicilər tərəfindən xüsusiylə təqdir olunur. Məsələn, gündəlik söz atmacalarında insanların "çurban" sözünü intensiv istifadə etməklə bir birlərini sözlə yaralamaq cəhdləri meyxanada da görünür.

"Ceyransan sən" qafiyəsinə, "məstansan sən", "dooşansan sən", "kardansan sən" qafiyələr də alqış qazanır, ancaq "çurbansan sən" qafiyəsini ilk dəfə istifadə edən sənətkar böyük alqış alır. Dırnaqlarını gəmirən, ayaqlarını yerə sürtən, gərgin halda qulaq asan dinləyici birdən relaks olur, "ürəyindən tikan çıxmış kimi" rahatlayır, fit çalır, əl çalır, ürəkdən gülür.

Peter Burke, bir kitabında şərqi Avropa ölkələrindən birindəki xoruz döyüşünü sosial münasibətlər kontekstində analiz edir. Sosioloq, sosial psixoloq, tarixçilərin kültür araşdırmalarına daha çox yer vermələri lazım ikən, biz hələ təbiət elmlərini şifahi xalq ədəbiyyatından ayırmamış, "fizika və lirika" festivalı keçiririk. Sağlam humanitar elmlər baxışının formalaşıb yetişməsi deyəsən daha uzun çəkəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG