Keçid linkləri

Təcili xəbərlər

Elə bildik ermənilər silahı yerə qoyacaq, ancaq...


1918-ci ildə Bakıda ermənilərin törətdiyi soyqırımın nəticələri
1918-ci ildə Bakıda ermənilərin törətdiyi soyqırımın nəticələri

Atan kazaklar, öldürən ermənilərdir

Bizi o zaman aldatdılar ki, ermənilər tərəfindən atılan gülləni kazaklara aid edib ədəbiyyatımıza da, məişətimizə də daşıdıq.

İnandıq ki, əslində, bizi öldürən ermənilər deyil, onları qızışdıran ruslardır, imperiyanı bürüyən inqilabların qarşısını almaq üçün çar tərəfindən oynanılan oyundur.

Ona da inandıq ki, iki tərəfdə ölən bu qədər insandan, xaraba qoyulan Qafqazın acınacaqlı vəziyyətindən sonra ermənilər silahı yerə qoyacaq, bir daha iddia edilən bu oyuna alət olmayacaqlar.

Ona da inandıq ki, iki tərəfdə ölən bu qədər insandan, xaraba qoyulan Qafqazın acınacaqlı vəziyyətindən sonra ermənilər silahı yerə qoyacaq, bir daha iddia edilən bu oyuna alət olmayacaqlar. Elə təzəcə bu vəziyyətə alışmışdıq ki, 11 il sonra ermənilər bu dəfə Bakıda, Qubada, Şamaxıda soyqırımlar həyata keçirdilər. Üstəlik, bu dəfə gülləni atacaq nəinki kazak, heç çarın özü də yox idi.

Yəni 1918-ci il mart soyqırımı göstərdi ki, baş verənlər kazakın, rusun və ya başqasının ürəyincə olsa da, gülləni atan ermənilərin özləridir.

Cənubi Qafqazda Azərbaycan torpaqlarında cümhuriyyət qurdular, hətta onlara siyasi mərkəz də verdik, amma türkü öldürmə və torpağını ələ keçirmə siyasətindən əsla əl çəkmədilər.

Bolşeviklər güclənən kimi onlarla anlaşıb, Qarabağda üsyan qaldırıb Azərbaycan ordusunun iki cəbhədə vuruşmasına və məğlubiyyətə uğramasına səbəb oldular. Halbuki, Azərbaycan hökuməti Cümhuriyyətin de-fakto tanınması şərəfinə Mart soyqırımı ilə bağlı aparılan təhqiqata son qoymuş, Qafqazın gələcək taleyi üçün barış yolu seçmişdi.

Hələ bundan öncə Azərbaycan hökuməti erməni əsilli vətəndaşlarına nazir kürsüsü də, millət vəkilliyi də vermişdi.
Amma erməni tərəfi ilk fürsətdəcə bolşeviklərin tərəfini tutdu, Qarabağda yaratdıqları silahlı quldur dəstəsi türk kəndlərində qətliam törətdi.

Hələ bundan öncə Azərbaycan hökuməti erməni əsilli vətəndaşlarına nazir kürsüsü də, millət vəkilliyi də vermişdi.

Amma erməni tərəfi ilk fürsətdəcə bolşeviklərin tərəfini tutdu, Qarabağda yaratdıqları silahlı quldur dəstəsi türk kəndlərində qətliam törətdi. Bununla kifayətlənməyib mühacirətə gedən, Tiflisdə qüvvələri bir araya toplayıb yeni mübarizəyə başlamaq istəyən Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi öldürdülər. İstanbulda isə Behbud xan Cavanşiri qətlə yetirdilər.

Qafqazda Sovet hakimiyyətinin ilk dövrlərində isə Azərbaycan torpaqlarını tədricən ələ keçirməyə çalışdılar və buna müvəffəq oldular.

O dövrdə Qarabağı işğal etmək cəhdləri boşa çıxdığına görə səbirlə ittifaqın dağılmasını gözlədilər. Sovet imperiyası çökməyə başladığı zaman isə əvvəlcə Qərbi Azərbaycandan türklərin çıxarılmasına nail oldular, sonra isə Qarabağı işğal etdilər.

Azərbaycan türklərinin bu işğallardan gözü qorxsun deyə, Xocalıda soyqırım törədib, körpə uşaqları da qətlə yetirdilər. Sərkisyan sonralar bunu açıq şəkildə etiraf etdi.

Doğrudur, Xocalıda da həmin kazakların 366-cı motoatıcı alayı vardı, amma körpə uşaqları öldürən, hamilə qadınlara işgəncə verən ermənilərin özləri idilər.

Doğrudur, Xocalıda da həmin kazakların 366-cı motoatıcı alayı vardı, amma körpə uşaqları öldürən, hamilə qadınlara işgəncə verən ermənilərin özləri idilər.

Eləcə də iki yaşlı Zəhranın öldürülməsini istəyən, Qafqazda sülhün olmasına imkan verməyən “kazak qüvvələr”, şübhəsiz ki, var. Amma körpəni nənəsi ilə birgə qətlə yetirən Sərkisyanın quldur dəstəsidir.

Yəni atan kazaklar, öldürən isə ermənilərdir.

Qafqazda sülhün olması, müharibələrin tarixə gömülməsini istəyən hər zaman azərbaycanlılar olub. Təkcə Üzeyir Hacıbəylinin “Biz hamımız qafqazlı balalarıyıq” məqaləsi Qafqazın sülh manifesti hesab ediləcək yazıdır.

Azərbaycan istər ilk cümhuriyyət dönəmində, istərsə də indi sülhdən yanadır. Bu, dəfələrlə dövlət başçısı tərəfindən səsləndirilib, işğal edilmiş torpaqlardan çıxdıqları təqdirdə Qafqazda sülh hərəkatının başlanacağı bildirilib. Amma istər Rusiya, istər başqa güclər nə müharibənin başlamasına imkan verir, nə də sülh yolu ilə məsələnin həllinə.

Tarix isə eynilə təkrarlanır:

Atan kazaklar, öldürən isə ermənilərdir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG