Keçid linkləri

Təcili xəbərlər

Ədalət uğrunda çarpışmaq da lazımdır


NİYƏ BƏZƏN ACİZ QALIRIQ?

Həqiqətən də dəhşətli hadisə idi – körpə bir uşaq və qadın... Adamın ürəyi parça-parça olurdu...

Məni bir adam, həm də ki, jurnalist kimi daim uzağa gedən ümumiləşmələr etməməyə və ekstrapolyasiyalarla məşğul olmamağa öyrədiblər. Amma etiraf edirəm ki, körpə Zəhranın və nənəsinin ölümü məni də özümdən çıxardı, bir neçə gün özümə yer tapa bilmədim.

Hərçənd, bu ağır illər ərzində hətta belə vəhşiliklər bizə adi görünməli və hansısa mənada buna alışmalı idik...

Hərçənd, bu ağır illər ərzində hətta belə vəhşiliklər bizə adi görünməli və hansısa mənada buna alışmalı idik.

Həqiqətən də, Xocalı faciəsini yaşayan xalq, ən yaxşı oğullarını bu müharibədə itirmiş atalar və analar, principcə, Ermənistanın növbəti vəhşiliyini nisbətən sakit, hətta emosiyasız qarşılamalı idilər. Məgər bu cür vəhşiliklər münaqişə zonasında birinci dəfə baş verirmi? Məgər uşaq və qadınlar Ermənistanın təcavüzünün və vəhşilyinin birinci dəfə qurbanı olurmu? Yox, yox və yenə də yox...

Amma bütün bunlara alışmaq, bu haqda sakit danışmaq və yazmaq sadəcə mümkün deyil, adamdan böyük, bəzən qeyri-adi səy və ya iradə tələb edir.

Heç özüm də bilmirəm necə oldu ki, Ermənistanın növbəti vəhşiliyi haqqında eşidəndə dərhal özümdən soruşdum: “Mən erməni körpələrinin ölümünü istərdimmi? Erməni qadınına nəinki silah, sadəcə, əl qaldıra bilərdimmi? Buna çağıra bilərdimmi?”

Səmimi şəkildə etiraf edirəm ki, bacarmazdım... Bizim fərqimiz də bundadır. Bəzən bu keyfiyyətimizə görə Ermənistanın qeyri-insani hərəkətləri qarşısında aciz də qalırıq...

Səmimi şəkildə etiraf edirəm ki, bacarmazdım... Bizim fərqimiz də bundadır. Bəzən bu keyfiyyətimizə görə Ermənistanın qeyri-insani hərəkətləri qarşısında aciz də qalırıq...

Əslində bu vəhşiliyinin əvəzini çıxmaq, ona adekvat cavab vermək olduqca asan bir iş idi. Bunun üçün Ermənistan ərazisini digər sərhəd bölgələrimizdən güclü artilleriya atəşinə tutardıq və onun mülki əhalisinə istədiyimiz qədər ziyan vurardıq. Amma biz belə bacarmırıq və belə bacarmamalılıyıq da, etməməliyik də, çünki adi, normal insanlarıq, insanlığımız buna yol vermir.

Normal insanlar hətta müharibə zamanı da qocaları, qadınları və körpələri öldürmür. Burada Cenevrə Konvensiyası və başqa beynəlxalq sənədlər haqqında heç danışmayacam, ona görə ki, artıq “beynəlxalq” sözünün özü belə adamı iyrəndirir, onda allergiya yaradır...

ƏDALƏTİ DİLƏNMƏZLƏR

Əvəzində özümüzü qınayacam. Bəli, özümüzü – məni, səni və bizi... Ən qəribəsi heç bilirsinizmi, nədir? Bizim getdikcə böyük Dünyaya yönəlik ədalət çağırışlarımız artır. Bu da ki, təbiidir. Dünyadan ədalət diləməyib kimdən bunu istəyəcəyik ki?

Amma sizə elə gəlmirmi ki, ədalət tələb etməkdən çox, dünyadan ədalət dilənməklə məşğuluq?

Ədaləti dilənməzlər, mənim əzizlərim, gecə-gündüz onun uğrunda çarpışarlar və bir gün də təntənə ilə deyərlər: bir daha bunlar heç bir vaxt təkrar olunmayacaq!

Ədaləti dilənməzlər, mənim əzizlərim, gecə-gündüz onun uğrunda çarpışarlar və bir gün də təntənə ilə deyərlər: bir daha bunlar heç bir vaxt təkrar olunmayacaq!

Nə gizlədim? Bəzən bizim həqiqətlərimizə, bizim səmimiyyətimizə inanmırlar dünyada. Ona görə ki, bizim böyük yanlışlıqlarımız da var və elə iradlar var ki, onlar izhar olunanda tamam aciz qalırıq...

Məsələn, götürək, elə demokratiyanı... Təbii, Ermənistanın özü də bir qəpiyə dəyən demokratiya sahibi deyil. Amma işlərini elə qururlar ki, son nəticədə “borclu” biz qalırıq, çünki onlar işlərini daha tədbirli qurur, məsələn, seçkini 51-55 faizlə başa vururlar! Bizdə isə sanki köhnə vaxtlarda olduğu kimi, sosializm yarışıdır – 99 faizdən bir qətrə enmirik!

Nəticəsi nə olur? Məlum olur ki, Dağlıq Qarabağın erməni əsilli “demokratik” əhalisi həqiqətən də avtoritar Azərbaycanın tərkibində yaşaya bilməz! Və biz sübut edə bilmirik ki, bizim avtoritar adlanan Azərbaycanımız belə “demokratik” Ermənistandan qeyri millətlərə və dinlərə daha dözümlə yanaşır.

Həmişə demişəm ki, Qarabağ probleminin həlli həm də Azərbaycanın demokratikləşməsindən keçir. Biz tolerantlıq və multi-kulturalizmlə bağlı yazılar yazanda hakimiyyətdəkilərin çoxu heç bunların mənasını da anlamırdı.

Özü də bu, heç də indi belə olmayıb – əsrlərlə belə olub. Buna əmin olmaq üçün durub sadəcə, Azərbaycana gəlmək lazımdır... Amma bizə inanmırlar, çünki hamının Azərbaycana gəlmək imkanı yoxdur, elə ona görə də qəzetlərdə yazılanlara, televiziyalarda deyilənlərə inanırlar.

Həmişə demişəm ki, Qarabağ probleminin həlli həm də Azərbaycanın demokratikləşməsindən keçir. Biz tolerantlıq və multi-kulturalizmlə bağlı yazılar yazanda hakimiyyətdəkilərin çoxu heç bunların mənasını da anlamırdı.

Azərbaycan demokratik ölkəyə çevriləndə Ermənistanın bir çox bəhanələri puç olacaq. Dünya əhli baxıb görəcək ki, bəs bunlar çox normal seçki keçirirlər, bütün demokratik prosedurlara əməl edirlər və burada hətta azlıqların da hüquqlarının qorunması üçün siyasi təminat var.

Qərəz, gəlin ədalət dilənməyək. Əvəzində ədalət yaradaq. Bütün sferalarda və bütün mənalarda. Həm də unutmayaq ki, ədalət naminə, ədalət uğrunda həm də çarpışmaq lazımdır – gecə və gündüz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG