Keçid linkləri

Təcili xəbərlər

Qərbin "eynəyi", və ya "örnək" ölkə


Xarici səfərlərdə olanda, ya da Azərbaycanda müxtəlif ölkə vətəndaşları ilə - istər xarici ölkələrin hökumət və dövlət xadimləri, diplomatları, istər də jurnalistləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəndə ən qıcıq olduğum məqam odur ki, adamlar klişelərlə, beyinlərində qurduqları çərçivələrlə düşünürlər. Onlar üçün Azərbaycan cənubda İran, Şimalda Rusiya ilə sərhədi, hər iki ölkənin geniş təsirləri olan müsəlman dövlətidir.

Həmən müsəlman ölkələrində gördükləri, eşitdikləri, oxuduqları beyinlərində canlanır, bura səfər edəndə artıq o şablonlarla gəlirlər.

Həmən müsəlman ölkələrində gördükləri, eşitdikləri, oxuduqları beyinlərində canlanır, bura səfər edəndə artıq o şablonlarla gəlirlər.

Bu fikrin formalaşmasında hökumətin illərdir onlara pompaladığı "İslam təhlükəsi" də mühim rol oynayır. Təəssüf ki, tək hökumət yox, bəzi müxalif çevrələr, vətəndaş cəmiyyəti nümayəndələri də bu təhlükəni çox şişirdirlər.

Beləliklə, Con, Mişel, Qans gəlir Bakıya və görür ki, ölkədə jaz-klublar, opera-balet var, publarda rahat içki içmək olur, küçələrdə bikinidə xanımların reklam posterləri asılıb, "elita" çox müasir və ingilisdillidir, xanımlar Avropasayağı geyinirlər, hökumətlə anlaşsan yaxşı pul qazanmaq imkanları var - həmin conların və mişellərin beynində öncədən qurduqları "müsəlman ölkəsi" görüntüsündən çox üst və gözəl mənzərə ilə qarşılaşırlar.

Onlar üçün "müsəlman ölkəsində" belə vizual görüntünün olması çox vacibdir, önəmlidir və buna çox böyük qiymət verirlər. Düşünürlər ki, Şimalda avtoritar Rusiya, cənibda teokratik İranla sərhəd olan, əhalisi müsəlman olan ölkədə bu şərait maksimum ola biləcək ən yaxşı şəraitdir. Düşünürlər ki, bəli, demokratiya yoxdur, insan haqqları qorumur, amma zatən onların "müsəlman ölkədən" demokratik gözləntiləri də yoxdur. Və belə şəraiti, "sabitliyi" indiki sistemin yaratdığını, qoruduğunu düşünərək hökumətə "full" dəstək göstərirlər.

Onlar bizi ərəblərlə, farslarla səhv salıblar, bizdə islam dinlə bərabər həm də bir ürfdür, adət-ənənədir, bizlər tarix boyu bütün imperiyaları yola vermişik, içinə girib, özləşdirməmişik.

Onlar bizi ərəblərlə, farslarla səhv salıblar, bizdə islam dinlə bərabər həm də bir ürfdür, adət-ənənədir, bizlər tarix boyu bütün imperiyaları yola vermişik, içinə girib, özləşdirməmişik.

İslam dini bizim milli kimliyimizin bir parçasıdır, amma biz dünyəvi dövlətik, ona görə də "Azərbaycan İslam ölkəsidir" fikrini qəbul etmirəm - Azərbaycan əhalisinin böyük bir hissəsi müsəlman olan dünyəvi dövlətdir - tanıtım belə olmalıdır.

Xaricilərə dəfələrlə bunu demişəm, başa da salmışam ki, sizi anlayıram, amma siz də anlayın ki, real radikalizm təhlükəsi ƏDALƏT olmayan ölkələrdə olur, ilkin mərhələdə demokratiya olmaya bilər, amma ƏDALƏT (geniş anlamda, sosial, hüquqi, iqtisadi) olmasa, hamımızın, həm hökumətin, həm müxalifətin, həm Qərbin, hətta Rusiyanın belə çəkindiyi radikalizm mütləq artacaq və doğrudan da təhlükəyə çevriləcək.

Düşünun xanımlar və cənablar, düşünmək təhlükəli vərdiş deyil...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG