Keçid linkləri

Təcili xəbərlər

Anonymous: NASA başqa planetdə həyat olduğunu elan edə bilər


NASA yadplanetlilərin varlığı ilə bağlı sübutları ortaya çıxarmağa hazırlaşır. Bu iddianı Anonymous haker qrupu yayıb. İddia qrupa aid YouTube kanalında videoda səsləndirilib.

Haker qrupu fikri NASA-nın adminstratoru Tomas Zurbuchen-in aprel ayında konqresdə “Həyat axtarışında irəliləyişlər” mövzusunda çıxışından sitatlarla əsaslandırır.

“Sivilizasiyamız kosmosda həyatın varlığının sübutunun astanasındadır. Yad planetdə həyat axtarışı üçün edilən araşdırmaları, missiyaları nəzərə alsaq, tarixdə ən dərin və bənzərsiz kəşflərdən birinə yaxınlaşırıq”, sitatına diqqət çəkilir.

Videoda bildirilir ki, Saturnun ayında hidrogenin varlığı, Yupiterin aylarından biri olan Europa-da okeanların olması və digər tapıntılar yerdən başqa bir planetdə həyatın mövcudluğu barədə optimizm yaradır.

Ötən həftə NASA günəş sistemi xaricində 229 şübhəli planetin kəşf edildiyini açıqlayıb. Bunlardan onunda Yerlə bənzər xüsusiyyətlər var.

Onlar bizim planetimiz kimi qayalıqdır və özlərinin günəş sistemi Goldilocks zone-da mövcuddurlar. Bu planetlər suyun varlığı üçün öz ulduzlarından optimal məsafədə yerləşirlər.

Anonymous bu kimi kəşfləri sadalayır və NASA-nın başqa həyatın varlığını sübut etməyə yaxın olduğunu iddia edir.

Ən son yazılan

XS
SM
MD
LG