Hakerlər getdikcə daha yenilikçi üsullardan istifadə edirlər. İndi də onlar kompüterləri hak etmək üçün elektron siqaretləri vasitəyə çevirirlər.
Təhlükəsizlik araşdırmaçısı Ross Bevington “BSides London”da təqdimat zamanı elektron siqaretin kompüterlərə hücumlar üçün necə istifadə olunduğunu izah edib.
Bir çox elektron siqaretlər xüsusi bir kabellə və ya siqareti birbaşa USB portuna taxmaqla enerji yığır. Mütəxəssislər bu zaman kompüterin ələ keçirilə biləcəyini bildirirlər. Cihaz bunu internet şəbəkəsinə müdaxilə etməklə və ya kompüteri klaviatura olduğuna inandırmaqla edir. Hücum zamanı kompüter kilidlənir və açılması üçün müxtəlif tələblər irəli sürülür.
Bevington bu cür hücumlardan qorunmaq üçün təhlükəsilik proqramlarını vaxtaşırı yeniləməyi, güclü paroldan istifadə etməyi və kompüterdən uzaq olarkən onu kilidləməyi məsləhət görür. Bir iş quran zaman bu cür hücumlar zamanı təhlükəsizlik komandasını xəbərdar etmək üçün ekran bildirişlərindən istifadə etmək lazımdır.
Ən əsası, kimsə kompüterinizə bir cihaz taxmaq istəyirsə diqqətli olmaq gərəkir.