Keçid linkləri

Təcili xəbərlər

Yadplanetlilərin mövcud olma şərtləri


Mövcud fərziyyələrə istinad edərək, alimlər hesab edirlər ki, ağıllı məxluqların yaranması üçün Yer planetinə çox oxşar bir planetin olması vacibdir. Fizik Enriko Fermi “Yerin paradoksu” adı altında araşdırma məqaləsini dərc edib. O, məqalədə bəşəriyyətin yadplanetlilərlə görüşə bilmədiyinin səbəbi kimi onların mövcudluğuna bizim planetdə uyğun şəraitin olmadığını qeyd edir.

Yadplanetlilərin axtarışı hələ ki, heç bir nəticə verməyib. Lakin buna baxmayaraq, bir neçə astronom öz kəşflərinə əsaslanaraq kosmosda şüurlu məxluqların mövcud olma ehtimallarını hesablayıblar. 50 il öncə kosmosda mövcud və əlaqə saxlanılması mümkün olan sivilizasiyaların sayını hesablamaq üçün formula yaradılmışdı.

Nəticədə Fermi və Dreyk formulaları paradoksunun araşdırmaçıları, uzun sürən müzakirələrdən sonra belə bir qənaətə gəliblər ki, yadplanetlilər Kainatda özlərinə məskən salıblar, lakin biz bu sivilizasiyalarla tanış deyilik. Bir çoxları deyir ki, onların tez yoxa çıxdığına görə biz onları görməmişik və ya yadplanetlilər bizim onları tanınmamızı istəmirlər.

Alimlərin hesablamalarına görə, yadplanetliləri, naməlum uçan obyektləri görmə şansımız 0,5 faizə bərabərdir. Bu isə elə də böyük bir göstərici deyil. Bunu dəqiqləşdirmək üçün kosmosu hərtərəfli araşdırmaq və Yer planetinə bənzər bir planeti tapmaq lazımdır.

Ən son yazılan

XS
SM
MD
LG