BU AD GƏNCLƏRƏ ÇOX ŞEY DEMƏSƏ DƏ...
Qızmar yayın isti nəfəsi özünü getdikcə daha çox hiss etdirməkdə olsa da siyasi həyatda əsla durğunluq duyulmur. Hətta proseslər o qədər intensiv cərəyan edir ki, bir də görürsən, diqqət çəkməli bir məsələ tamam arxa tamam plana keçir, daha çox aktuallığı ilə seçilən olayların arasında görünməz olur. Elə Almaniyanın keçmiş kansleri Helmut Kolun ölümü də belə oldu.
...ötən həftənin sonunda Almaniyanın keçmiş kansleri Helmut Kol dünyasını dəyişdi. Bəlkə də bu ad indiki gəncliyə heç nə demir. Amma vaxt vardı, dünya siyasətində üç ad yeni mərhələnin simvolu kimi hallanırdı.
Bəli, ötən həftənin sonunda Almaniyanın keçmiş kansleri Helmut Kol dünyasını dəyişdi. Bəlkə də bu ad indiki gəncliyə heç nə demir. Amma vaxt vardı, dünya siyasətində üç ad yeni mərhələnin simvolu kimi hallanırdı.
Ronald Reyqan, Marqaret Tetçer və Helmut Kol... Bu üç ad soyuq müharibənin həlledici anlarının personifikasiya olunmuş forması idi. Bunlardan söz açarkən qeyri-ixtiyari olaraq yadıma ötən əsrin daha üç ən böyük siması düşür – İosif Stalin (tarixin ən böyük diktatorlarından biri), Franklin Delano Ruzvelt və bir də Uinston Çerçill.. Bu üç sima da dünyanın ən azı yarıməsrlik sifətini, yarımsərlik bir dövrün geosiyasi arxitekturasını müəyyən etdi...
Elə bunun özü də çox maraqlıdır ki, indicə sadaladığım üç nəhəng simanın təmsil etdiyi ölkələr faşizm üzərində böyük qələbədən dərhal sonra böyük düşmənlərə çevrildirlər.
Bu üç böyük isimlərdən biri, bəlkə də ötən əsrin ən nəhəng siyasətçilərindən olan Uinston Çerçill məşhur “Fulton nitqi”ndə növbəti 50 il üçün böyük siyasətin konturunu cızdı.
Beləcə, daha bir müharibə, özü də beş illik, on illik deyil, yarım əsrlik “müharibə” başladı - adına da soyuq müharibə deyildi...
İRİ CÜSSƏLİ ADAM...
Kimsə bilməzdi ki, bu soyuq müharibəni daha üç ad – Reyqan, Kol və Tetçer tamamlayacaqdı...
O vaxtlar yaxşı yadımdadır. Biz gənclər hiss edir, duyurduq ki, dünya yeni dəyişiklik ərəfəsindədir. Amma dəyişikliyin coğrafiyasını təsəvvür etməyə çətinlik çəkirdik.
O vaxtlar yaxşı yadımdadır. Biz gənclər hiss edir, duyurduq ki, dünya yeni dəyişiklik ərəfəsindədir. Amma dəyişikliyin coğrafiyasını təsəvvür etməyə çətinlik çəkirdik.
İndi bəzi “təftiştçi-politoloq”lar iddia edir ki, guya o vaxtlar hər şey aydın idi və hər şey böyük dövlətlər arasında “razılaşdırılmışdı”. Amma qətiyyən belə deyildi. Keçmiş SSRİ rusların məşhur oyuncağını - “matryoşkası”nı xatırladırdı. Rusiya imperiyası özünü iki örtüklə əhatə etmişdi – bunlardan biri sosialist düşərgəsi, digəri də keçmiş sovet respublikaları idi.
Aydın olanı bu idi ki, proses sosialist düşərgəsindən – Şərqi Avropadan başlamalı idi və əvvəlcə bu ölkələr azad olmalı idi.
Bəlkə də onda dünya nəhənglərinin yadına sovet respublikaları heç düşünmürdü də, çünki diqqətləri, bir daha deyirəm ki, Şərqi Avropaya tərəf yönəlmişdi – burada sosialist düşərgəsi çökməli və Varşava müqaviləsi ömrünü başa vurmalı, Almaniya da birləşməli idi.
İndi adam bunları xatırlayanda heç inana bilmir ki, bütün bu proseslər qansız-qadasız, heç bir hərbi qarşıdurma olmadan başa çatdı. Amma ki, artıq tarixin bir faktıdır bu...
Bəlkə də heç kim düşünmürdü ki, yarım əsrlik bir parçalanmaya son qoyacaq və Almaniyanı birləşdirəcək adamlardan biri də məhz həmin iri cüssəli siyasətçi – Helmut Kol olacaqdı.
Qərəz, həmin dövrdə ekranlarda tez-tez görünən, adı tez-tez hallanan bir iri cüssəli siyasətçi vardı. Bəlkə də heç kim düşünmürdü ki, yarım əsrlik bir parçalanmaya son qoyacaq və Almaniyanı birləşdirəcək adamlardan biri də məhz həmin iri cüssəli siyasətçi – Helmut Kol olacaqdı.
Amma oldu və artıq bir keçmişdir bütün bunlar. Fəqət, bu sözləri yazarkən qəfil özümdən soruşuram: doğrudanmı, keçmişdir? Bəli, geosiyasətin keçmiş “aktor”ları yenə də səhnədədir. ABŞ da, Rusiya da, elə Almaniya da yenə də vurnuxmadadır...
Təbii, daha yaxın keçmişdə olduğu kimi qlobal sistem qarşıdurması ola bilməz, çünki Rusiya artıq qlobal ideyanın daşıyıcısı deyil. Amma geosiyasi ziddiyyətlər qalır və böyük hesabla bundan sonrakı qarşıdurmalar və geo-siyasi alyanslar da məhz o ziddiyyətlər zəminində qurulacaqdır.
Amma güman etmirəm ki, bütün bu hipotetik çarpışmalar soyuq müharibə çağı ilə müqayisəyə gəlmək iqtidarında olsun. Böyük hesabla belə olmayacaq və hətta Almaniya da bundan sonra nə etsə belə, yenə də o dövrün Almaniyası ilə müqayisəyə gəlməyəcək...
Həmin vaxt deyirdilər ki, İkincü dünya müharibəsini uduzan Almaniya Üçüncünü uda bildi – bir güllə atılmadan Berlin divarı çökdü və dünyanın ən böyük birləşmələrindən biri– vahid Almaniyanın yaranması baş çatdı.
Sonradan, az müddətdən sonra rus qoşunları da Almaniyadan çıxarlacaqdı... Və bütün bunlar daha əvvəlki eyforiyanı yaratmayacaqdı, çünki ən böyük iş artıq başa çatmışdı.
BÖYÜKLƏR VƏ “BÖYÜK” GÖRÜNƏNLƏR
Həmin işi başa çatdıranlardan biri də Helmut Kol idi. Bilirsiniz, “böyük siyasət adamı” adına “iddialı”lar çoxdur və çox adam özünü bu sferanın nəhəngləri ilə müqayisə etməyə çalışır. Amma kimininsə timsalında bu bir komedik farsa çevrilir, kiminsə haqqında isə “Bəli, o, həqiqətən də böyük siyasət adamı idi!” deyirlər...
Bəzən deyirlər ki, böyük siyasət adamlarının böyük dövrlər, böyük millətlər yetişdirir. Amma mənim yadıma başqa bir siyasət adamının - Yasir Ərafatın dəfn mərasimi düşür...
Bəzən deyirlər ki, böyük siyasət adamlarının böyük dövrlər, böyük millətlər yetişdirir. Amma mənim yadıma başqa bir siyasət adamının - Yasir Ərafatın dəfn mərasimi düşür. Ərazisinin bir hissəsi işğal olunmuş, o biri hissəsisə hələ tam müstəqiliyini əldə etməmiş kiçik Fələstin...
Ərəfat belə bir yarımölkənin başçısı idi, amma dünyanın ən nəhəng dövlət və hökumət başçıları onun necə dəfn edilməsinə yalnız qibtə edə bilərdi...
Kol da belə siyasətçilərdən idi. Amma burada daha maraqlısı heç bilirsiniz nə idi? Vahid Almaniyanı yaratmış bir adamı sonradan hətta məhkəmələrə də çəkirdilər – guya hakimiyyətdə olarkən maliyyə pozuntularına yol veribmiş! Bəli, bu da böyük millətlərin xüsusiyyətidir. Özü də qanunauyğun bir xüsusiyyəti – böyük millətlər büt yaratmağı sevmirlər – lap Talmudda deyilən kimi: “Özünə kumir yaradıb ona sitayiş etmə”...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.