Keçid linkləri

Təcili xəbərlər

Kosmosda ayrıca bir dövlət – Asqardiya


Alimlər kosmosda ayrıca bir dövlətin qurulması üzərində düşünürlər.

Rusiyalı biznesmen dünya qanunlarından asılı olmayan və kosmosda mövcud olan bir dövlət qurmaq niyyətindədir.

Asqardiyanın yaranması haqqında ilk dəfə rusiyalı biznesmen, tenxiki elmlər doktoru və Aerospeys Beynəlxalq Araşdırma Mərkəzinin təsisçisi (Aerospace International Research Center) İqor Aşurbeyli danışıb. Həmin dövlətə Asqardiya adını vermək düşünülür. Bu dövlətə ilk müstəqil kosmik stansiya aid olacaq, daha sonra isə stansiyanı yaşayış kompleksinə çevirmək nəzərdə tutulur.

Layihənin artıq öz rəsmi internet səhifəsi də mövcuddur və demək olar ki, orada artıq 180 min nəfər qeydiyyata düşüb. Asqardiya vətəndaşı olmaq niyyətiniz varsa, buradan https://asgardia.space/en/ qeydiyyata düşə bilərsiniz.

Aşurbeylinin sözlərinə görə, bu ilin sonlarında Asqardiyanın ilk məlumat bazalı peyki də kosmosa göndəriləcək. Peyk Yer orbiti ətrafında məlumatların uzun müddət ərzində saxlanma konsepsiyasını yoxlayacaq. Onun ölçüləri 10*10 20 sm, çəkisi isə 2.3 kq-dır.

Peyk, iki hissədən ibarət olan detektorla, biri daxildən, digəri isə xaricdən quraşdırılacaq. Bu detektorlar qrupun əsas hədəfləri olan texnologiyanın sınaqdan keçirilməsi üçün təchiz edilir.

Verilən məlumatda o da qeyd edilir ki, bu məlumat bazasından günəş axını xəritəsini və radiasiyanın həcmini müəyyən etmək mümkün olacaq.

Buna baxmayraq, mütəxəsislər rus aliminin ideyasına skeptik yanaşırlar. Hər şeydən əvvəl, bu layihə inanılmaz dərəcədə böyük məbləğ də pul da tələb edir.

Ən son yazılan

XS
SM
MD
LG