Keçid linkləri

Təcili xəbərlər

Genofondumuza hücum


Cəmiyyətimizin, xalqımızın, millətimizin necə dəyişdiyini görmək dəhşətlidir. Xatırlayıram, uşaq vaxtı bayram gələndə sevinc içində olurduq. Ona görə yox ki, masanın üstündə dadlı və ya xüsusi yeməklər olurdu. Ona görə ki, bu əsl bayram idi. Üzlərdə sevinc, gözlərdə işıq vardı. Qarabağ problemimiz, iqtisadi çətinliklər olsa da, sevincimiz hələ də qəlbimizdə idi. Bütün bunlar insanları haldan salmırdı. Çünki ümid vardı.

... Əslində bir müddət yaşadılar da. Krandan axan neftin iynənin ildızı boyda damlasından xalqa düşən payla, insanlar zərrə qədər də olsa dirçəldilər. Lakin irəli getmədilər.

İnsanlar sabahın daha yaxşı olacağına, daha dolğun və kefiyyətli həyat yaşayacaqlarına ümid edirdilər. Əslində bir müddət yaşadılar da. Krandan axan neftin iynənin ildızı boyda damlasından xalqa düşən payla, insanlar zərrə qədər də olsa dirçəldilər. Lakin irəli getmədilər.

Səbəb isə ölkədə hökm sürən amansız və qatil abu-hava idi. İnsanlar kefiyyətlərini itirmişdilər. Əvvəllər bizim üçün ali dəyərlər sayılan şeylər, getdikcə adiləşdi. Millətin genofondu dağıldı. Sanki Üzeyir Hacıbəyli Şərqdə ilk operanı yazarkən Tokyoda, Şəfiqə Axundova isə Berlində idi. Niyə belə oldu deyə düşünürsən? Nə dəyişdi?

Pul desən azdan çoxdan var idi. Güc desən pisdən yaxşıdan var idi. Bəs bizi bu günə qoyan nə oldu? Niyə valideyn övladının yaxşı təhsil əvəzinə, “Yağlı beş” almasına çalışır? Niyə məmur vəzifəyə keçəndə, ilk görəcəyi iş “yapışdırıcı” axtarışına çıxmaq olur? Niyə kimsə bir işə başlamamışdan qabaq hüquqi yardım əvəzinə, “tanış” axtarır?

Axı biz belə deyildik. Biz kefiyyətli millət idik. Saymaqla bitməyən uğurlarımız, saysız hesabsız şəxsiyyətlərimiz, daha neçə-neçə qələbələrimiz olub. Bəs niyə bu günlərə qaldıq?

Axı biz belə deyildik. Biz kefiyyətli millət idik. Saymaqla bitməyən uğurlarımız, saysız hesabsız şəxsiyyətlərimiz, daha neçə-neçə qələbələrimiz olub. Bəs niyə bu günlərə qaldıq? Çünki sistem bizi dəyişdi. Çünki bu sistemi tətbiq edənlərin də düşüncəsi bu yöndədir. Onlar bir işə başlayanda, “100 milyon bu işə, 90 milyonu cibə, 10 milyondan 5 milyonu filankəsə, yerdə qalanı da proyektə” deyir. Belə bir vəziyyətdə kim nə görüb nə götürsün?

Millətin DNT-si bu amanısz virusa qarşı necə mübarizə aparsın? Vaksin tapılmır. Vaksini tapanları didərgin saldılar ölkədən. Əslində bir qədər də özümüz günahkarıq. Azərbaycan dəhşətlər içində boğulur. Və öz-özünə sual edirsən, əcdadlarımız dirçəlsəydi, deyəcəkləri ilk söz nə olardı? Yəqin ki belə olardı: “Biz Azərbaycanı sizə əmanət etməklə bizdən əvvəlkilərə xəyanət etmişik”. Mənsə hərdən düşünürəm ki, bu torpaqlar başqa kəslərin əlində dünyanın mərkəzinə çevrilə bilərdi.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG