Keçid linkləri

Təcili xəbərlər

Yeni “troyan” virusdan ehtiyatlı olun


Android platformasında olan qadcetlərin Judy adını daşıyan “troyan” virusuna yoluxma ehtimalı var.

Bu haqda BBC İT-təhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point adlanan İsrail şirkətinə istinad edərək bildirir.

Qadcetlər üçün nəzərdə tutulmuş applikasiya mağazası Google Play-in kontentini analiz edərkən, mütəxəssislər 40-dan çox proqramın bu virusa yoluxduğunu aşkar ediblər.

Məlumatda o da qeyd edilir ki, virusa yoluxmuş proqramlardan 41-i Cənubi Koreya şirkəti Kinivini tərəfindən yaradılıb. Bu şirkət Google Play vasitəsi ilə Enidstudio adlanan bir oyunu yayır. Buraya həmçinin Chef Judy: Picnic Lunch Maker kimi kulinariya və feşn oyunları daxildir. “Troyan” virusu olan proqramlar 18 milyon dəfəyədək yüklənib.

Zərərli şifrə digər şirkətlərin proqramlarında da aşkar edilib. Check Point-in hesablamalarına görə, qadcetlərə yüklənilən bu viruslu proqramların sayı 36 milyondan çoxdur.

“Troyan” virusu avadanlığın proqram təminatına birbaşa zərər vermir və cihazda saxlanılan məlumatların təhlükəsizliyinə də toxunmur. O, sadəcə yoluxmuş qadcetin virus yaradıcılarının saytında quraşdırılmış reklam banerlərinə sorğunu generasiya edir. Reklam internet-biznesində bu üsul fırıldaqçılıq hesab edilir.

Google-a edilən müraciətdən sonra zərərli şifrəli proqramların hamısı silinib.

Bununla yanaşı bu olay səbəbkarları yoluxmuş proqramların yaradıcıları və ya kənar xakerlərin olduğu da hələ ki, məlum deyil.

Check Point onu da qeyd edir ki, yüksək reputasiya hər hansı bir proqramın təhlükəsiz olduğuna zəmanət vermir. Bəzən xakerlər yaratdığı proqramların həqiqi niyyətini gizlədə bilə və ya istifadəçiləri müsbət rəy yazmaq üçün onları bilmədən belə manipulyasiya etməyə qadir olurlar.

Ən son yazılan

XS
SM
MD
LG