Keçid linkləri

Təcili xəbərlər

Adı "homo sapiens"dir…


Adı "homo sapiens"dir, ancaq bu adı seçəndə təvazökarlıqdan uzaq davranıb. Çünkü ağlı ilə instinktlərini anlayıb onları məqbul şəkildə tərbiyə edəcəyinə, zəkasını instinktlərin doyurulmazlığının xidmətinə verib. Ərazi, qarşı cins, sosial status kimi doyurulmaz istəklərini uca məqsədlər ardında gizlədib.

Qaynaqlarını və zamanını real, dünyanı və hamını gözləyən problemlərə deyil, eqosunu doyurmaq istəyənlərin icad etdiyi psevdoproblemlərə həsr edib. Onlara görə problemlər nədir?

Qaynaqlarını və zamanını real, dünyanı və hamını gözləyən problemlərə deyil, eqosunu doyurmaq istəyənlərin icad etdiyi psevdoproblemlərə həsr edib.
Onlara görə problemlər nədir? Buzlaqların əriməsi və ya müharibələr deyil, "mason komploları", "təkamül nəzəriyyəsi" kimi aldadıcı psevdoproblemlərdir.

Biri masonları "ifşa edən" kitablar yazır, milyonlarla satıb pul qazanır. Nurçu abilər gecə çay söhbətlərində böyük ciddiyət içində gəncləri bu problemdən "xəbərdar" edib real dünyanı anlamalarına mane olur. O gənclər sonra ömürlərini mənasız axtarışlara, "gizli gücləri" kəşf etməyə sərf edirlər. Bazar dolanda, bu səfər masonları tərifləyir. Heç vaxt iqtidarlara, gücə sahib konkret mərkəzlərə yönəlmir tənqidləri. İndi yeni "düşmən" kəşf edib – ingilislərin dövləti və təkamül nəzəriyyəsi.

Ömür keçir, problem çox, əgər xilaskar (Özünün iddiasına görə Mehdi) isən, bir an əvvəl elan et və inandıra bilsən, dünyanı xilas et. Yoxsa bu mövzunu da istismar üçün qəsdən uzadırsan?

Təzə superlüks villasının şəkillərini paylaşarkən, bir tərəfdən də dünyanın sonunun yaxın olduğunu, qiyamət qopacağını, özünün xilaskar olduğunu iddia edir. Dəfələrlə xilaskar olduqlarını iddia edən insanlar ortaya çıxdı, özlərini belə xilas edə bilmədilər, dünyanın sonu da minillərdir elan olunmasına baxmayaraq gəlmədi. Amma diqqətləri həqiqi ekoloji, siyasi, demoqrafik problemlərdən yayındırmaqla o yaxınlaşan real qiyaməti heç kim təhlükə kimi görmür. Ömür keçir, problem çox, əgər xilaskar (Özünün iddiasına görə Mehdi) isən, bir an əvvəl elan et və inandıra bilsən, dünyanı xilas et. Yoxsa bu mövzunu da istismar üçün qəsdən uzadırsan?

Belə psevdoproblemlər, psevdonəzəriyyələr ölkəmizdə geniş yayılır. Çünkü biz mistifikasiyaya meyilliyik. Ziyalıların söhbətində "burda nəsə mistika var", "bu nəsə başqa şeydir" ifadələri (ədəbiyyat bizdə sadələşdirməyə, göz açmağa yox, mistifikasiya etməyə xidmət edir) mistifikasiyaya, möcüzələr dünyasında yaşadığımıza inamdan qaynaqlanır. Möcüzə yoxdur, olmayacaq. Möcüzə gözləyənləri Şeyx Nəsrullahlar kəpənək kimi tutur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG