Keçid linkləri

Təcili xəbərlər

Valideynlərin boşanması uşaqların səhhətinə pis təsir göstərir


Santyaqo-de-Kompostela universitetinin apardığı araşdırmada 2-18 yaşarası olan 467 uşaq iştirak edib. Bəzi iştirakçıların valideynləri boşanmış olub, digərlərində isə əksinə. Alimlər müəyyən ediblər ki, boşanmış valideynlərin övladlarının səhhəti digər ailəli uşaqlara nisbətən iki dəfə daha pis olub.

Valideynlərinin boşanması səbəbinə görə, uşaqlarda sinir sistemi, bağırsaq, dəri və sidik-cinsiyyətlə bağlı problemlərin riski artmağa meylli olub. Boşanma prosesi nəfəsə, ürəyə, əzələlərə, eşitmə və görmə qabiliyyətinə və hər hansı bir allergiyanın yaranma ehtimalına təsir etməyib. Mütəxəssislər hesab edirlər ki, uşaqlarda yaranan bu problemlərin səbəbi boşanma prosesinin özü yox, valideynlərin bunun öhdəsindən necə gəldiyi ilə bağlıdır.

Bir çox valideynlər boşanarkən konflikt yaşayırlar və yaxşı münasibətləri qoruyub saxlaya bilmirlər. Belə bir situasiya uşaqlarda xroniki stressə səbəb olur. Bu hal isə uşaqların səhhətinə mənfi təsir göstərir. Alimlərə görə, stressi azaldaraq neqativ fəsadları aradan qaldırmaq mümkündür.

XS
SM
MD
LG