Keçid linkləri

Təcili xəbərlər

İnsanı inandırmaq istəyirsinizsə, ona cizgi filmi göstərin


Vizual informasiya insana ciddi təsir göstərir. İllinoy Universitetinin mütəxəssisləri bu yaxınlarda müəyyən ediblər ki, cizgi filmləri insanlara yüksək keyfiyyətli fotoşəkillərdən daha güclü təsir göstərməyə, onların davranışlarını və münasibətlərini dəyişməyə qadirdir.

Subyektiv qavrama baxımından fotolar daha inandırıcı sayılsa da, məlum olub ki, cizgi filmlərinin təsiri daha mühüm əhəmiyyət kəsb edir. Onlar insanın diqqətini daha uzun müddət saxlayaraq müəyyən məlumatı ona çatdırmağa qadirdir. Mütəxəssislər təcrübə yolu ilə bu qənaətə gəliblər.

Nəticələri "Journal of Visual Literacy" elmi jurnalında dərc edilmiş tədqiqat zamanı könüllülərə eyni təqdimatın iki versiyası göstərilib.

Mütxəssislərin təcrübə üçün istifadə etdikləri prezentasiyaların məqsədi alternativ enerji - külək enerjisi barədə mifi dağıtmaq olub. Hər iki təqdimatın dizaynı, mətni, rəngi və ölçüsü eyni olub. Onların arasında bircə fərq var olub: birinci versiyada broşürün yanında külək turbinlərinin professional çəkilmiş fotoları, ikincisində isə mövzuya aid cizgi filmi təqdim olunub. Könüllülər filmdə baş verənləri tam anlamaq üçün daha çox vaxt sərf etməli olublar. Nəticədə onların diqqəti karikaturanın üzərində daha çox fokuslanıb.

"Günümüzün mesajlarla dolu atmosferində bizə lazım olan da budur. Niyə də biz digər mesajları bloklayaraq insanları işə yarayan üsullar barədə məlumatlandırmaq qabiliyyətinə malik alətlərdən yararlanmayaq?" - tədqiqatın rəhbəri, İllinoy Universitetinin kənd təsərrüfatı kommunikasiyaları üzrə professoru Lulu Rodriqez (Lulu Rodriguez) deyir.

Maraqlıdır ki, könüllülərdən təqdim olunan materiallar barədə nə düşündükləri soruşulanda onlar cizgi filminin məzmununun daha yaxşı olduğunu deyiblər. Ancaq məlum olub ki, belə materialların inandırma qabiliyyəti fotolardan ibarət broşürlərdən aşağıdır.

Beləliklə, əgər siz insanları maarifləndirmək, məlumatlandırmaq, inandırmaq, onlara nəyisə tədris etmək istəyirsinizsə, yaxşı çəkilmiş cizgi filmlərinin rolunu nəzərinizdə saxlamalısınız.

“Ola bilsin ki, bu, filmlərin daha yüngül tərzdə olması ilə bağlıdır. Bu, külək enerjisi kimi insanlara qorxulu gələn, ciddi mövzuları daha əlçatan edir. Ancaq bu inandırıcılıq məfhumu başqa məsələdir. Biz tələbələrimizə yazılarını daha çox söhbət tərzində hazırlamağı öyrədirik. Biz onlara deyirik ki, "smokinq" dilini unudun. Ancaq nə qədər olmasa, insanlar belə böyük tərzdə danışığı inandırıcılıqla assosiasiya edirlər", - Rodriguez deyir.

Rodriguezin sözlərinə görə, artıq komikslərdən məktəblərin yuxarı siniflərində kimya kabinetlərində uğurla istifadə olunur.

“Mən elmi geniş ictimaiyyət üçün daha əlçatan etməkdə maraqlıyam. Bu araşdırma bizə elmi geniş auditoriyaya daha yaxşı çatdırmaqla bağlı real tövsiyyələr verir. Elmi anlamaq insanların hər hansı elmi yenilik və ya innovasiya ilə bağlı ziddiyyətin öhdəsindən gəlməsinə imkan verir. Adətən ziddiyyətlər anlamazlıqdan qaynaqlanır”, - Rodriguez deyir.

Ən son yazılan

XS
SM
MD
LG