Tək olan Yaradan və onu sevdirməyin yollarını öyrədən bir neçə (səmavi) din. Çox düşündüm yazarkən, yazım mı, necə yazım, yazsam necə qarşılanar (həssas mövzudu), düşüncələrim tam ifadə olunacaqmı, hardan başlayım, diqqəti nəyin üzərində cəmləyim?
Bu gün din üzərində - insanların dini inancından istifadə edərək bir çox münaqişələr, müharibələr yaradılır, günahsız insanlar məhv edilir.
Bu gün din üzərində - insanların dini inancından istifadə edərək bir çox münaqişələr, müharibələr yaradılır, günahsız insanlar məhv edilir. Bir dinin müxtəlif qolları (təriqətləri, məzhəbləri və s.), və ya iki müxtəlif din qarşı-qarşıya qoyularaq, dini inanclılar arasında düşmənçilik yaradılır. Düşünürəm... Əgər Yaradan təkdirsə (inanclıyam, buna da inanıram) və bu qədər din də sırf onu onu sevmək, sevdirmək üçün yaradılıbsa, o zaman Sırf onun ibadət etdiyi dindən, təriqətdən, məzhəbdən deyil deyə digərlərini öldürüb, sanki qəhrəmanlıq qazananlar və bütün bu qarmaqarışıqlıqdan öz məqsədləri (lazım olanda bu odu alovlandıran) üçün istifadə edənlər necə olsun?..
Quranı ağlımın yetdiyi qədər oxumuşam, digər dinlərin əsas kitablarını da oxuyub anlamağa çalışmışam. Demək olar ki, hamısının əsasını Tanrını (Allahı) sevmək təşkil edir (təbii, bəzi ayrıntıları var kitablarda). Bu, sanki eyni mənzil başına müxtəlif yollarla gedib çatmağa bənzəyir. Sadəcə yolgöstərən bələdçilər (peyğəmbərlər) fərqlidirlər. Bütün kitablar bu və ya digər mənada bunu aşılayır.
Sevginin söz olaraq tərcüməsi var, hiss olaraq isə yox. Bütün dinlər dinclik, doğru yaşamaq üçün yaradılsa da, dinlər yaranandan dinclik yox olub. Bütün qanlı müharibələrin, toqquşmaların əsasını, səbəbini dinlər təşkil edib və ya bəhanə olub.
Axı nəyə görə sənin dinindən deyiləm deyə pis olmalıyam? Bu mənə Allahı sevməyə mane olmur ki... Sevginin söz olaraq tərcüməsi var, hiss olaraq isə yox. Bütün dinlər dinclik, doğru yaşamaq üçün yaradılsa da, dinlər yaranandan dinclik yox olub. Bütün qanlı müharibələrin, toqquşmaların əsasını, səbəbini dinlər təşkil edib və ya bəhanə olub. Əsas etnik dəyişikliklər (köç) də bunun sayəsində baş verib. Necə görmədiyin bir Cənnət üçün təmənnalı can yandırırsan, amma yaşadığın dünyanı cənnətə çevirmək üçünsə heç nə etmirsən? Sırf orda əbədi yaşamaq üçün (bəli məhz əbədi yaşamaq eşqi) Cənnəti düşünürsən. Bir azca əziyyət çəksən dünyada da elə yaşaya bilərsən. Əlbəttə ölümdən sonra orda yaşayacaqların bir başqa mövzudu. Əsas bugündu.
Binayi-qədimdən cəmiyyətin ən zəngin insanları dini rütbələri olan ruhanilər olub. Məhz onlar bizi dünya malının dünyada qalacağına inandırıb, dünyaca mala sahib olublar. Necə deyərlər, bizim elimizdə kitab, onların əlində sərvət. Bütün saray çevrilişlərində, üsyanlarda yaxından iştirak edib, xeyirlərini güdüb, titul və statuslarını, sərvətlərini qoruyublar. İnsanları əzabla qorxudub, əbədi mükafatla şirnikləndirib, yönləndiriblər, idarə ediblər.
Məncə hər kəs Allahı anlayacağı qədər sevir, sevəcəyi qədər də anlayır. Nə qədər Cənnət arzulasa da artığını edə bilmir. Amma biz istədiyimiz gözəl həyatı bu Yer üzərində də qurub, yaşaya bilərik.
Məncə hər kəs Allahı anlayacağı qədər sevir, sevəcəyi qədər də anlayır. Nə qədər Cənnət arzulasa da artığını edə bilmir. Amma biz istədiyimiz gözəl həyatı bu Yer üzərində də qurub, yaşaya bilərik. Sadəcə bunun üçün cümləcə çalışmaq lazımdır. Amma yox, elə deyil, biz axı elə Cənnətdən bir almaya və ya bir buğdaya görə qovulmuşlarıq. Yəqin ki, səhvimizi anlayanda Allah (Yaradan, Tanrı) bizə onu düzgün sevməyin ən yaxşı (doğru) yolunu göstərəcək.
- Bu yer üzündə bir-birindən ayrı din ola bilər mi?.. Dinlərimiz eyni olmalıdır, biz də bir olan Tanrıya inanırıq...
- Tanrıya dua edərkən biz ondan heç nə istəmirik... ondan nəsə istəməyə gərəyimiz də yoxdur, nə lazımdırsa hamısını o bizə verib...
Volter, “Kandid yaxud Optimizm”
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.