Bir müddətdir ki, iPhone 8 modelinin necə olacağı barədə fikirlər söylənilir.
Ən çox yayılımış söyləntilərdən biri onun bu günə qədərki ən bahalı model olacağıdır. Müxtəlif qaynaqlar iPhone 8-in qiymətinin 1000 dollar ola biləcəyini bildirirlər.
ABŞ-ın yatırım bankı Goldman Sachs-ın eksperti Simona Yankovski (Simona Jankowski) Apple təchizat zəncirindəki qaynaqlarına istinadən yeni iPhone-un təxmini qiymətləri barədə qeyd yayıb. Bu qeydə görə,128 GB-lıq versiya 999 dollar, 256 GB-lıq versiya isə 1099 dollar ola bilər.
Müqayisə üçün deyək ki, bu gün Apple-ın ən bahalı modeli iPhone 7 Plus (256GB) 969 dolllardır.
Jankovski iPhone 8-in 5.8 düymlük OLED ekran, 3D skaner, artırılmış reallıq kimi özəlliklərə sahib olacağını düşünür.
iPhone 8 və iPhone 8 Plus-un 8 sentyabr tarixində tanıdılacağı gözlənilir.