Tesla şirkəti günəş batareyaları ilə təchiz olunmuş dam örtüklərini satışa çıxarır.
Bu dam örtükləri evin dizaynını tamamlamaqla yanaşı, günəş enerjisini elektrik enerjisinə çevirir. Gün ərzində toplanan enerji saxlanır və hər an istifadəyə hazır hala gəlir. Günəş enerjisi gündüz və gecə boyunca toplana, saxlana, işlədilə bilər.
Dam örtüyünün qiyməti gecə akkumulyatoru, çatdırılma, quraşdırılma ilə birlikdə kvadrat metrə 430 dollardır.
Şəffaflıq üçün saytda ev sahiblərinin qiyməti hesablamaları üçün kalkulyator da var. Orta bir evin dam örtüyü təxminən 50000 dollara başa gəlir və ilk 30 il ərzində elektrik enerjisinə 64000 dollar qənaət etməyə imkan verir. Batareyalara 30 il zəmanət verilir, plitələrə isə evin xidmətinin sonuna qədər.
Dam örtükləri hələlik iki dizaynda – hamar və bəzəkli olacaq.
Müştərilər Tesla-nın saytında günəş çatısı üçün sifarişləri indidən verə bilərlər. Onların quraşdırılmasına ABŞ-da bu yay, ABŞ xaricində isə 2018-ci ildə başlanılacaq.