Elə insanlar var ki, şirniyyata qarşı çox laqeyddirlər, amma bəziləri da var ki, şirniyyat az qala onlar üçün həyatın mənasını kəsb edir.
Hopenhagen universitetinin alimləri yazdıqları son məqalədə qeyd ediblər ki, torta, şokolada və şirin çaya böyük ehtiras qaraciyərdən, daha dəqiq desək, onun sintez etdiyi hormonların birindən asılıdır. Bu hormon FGF21 və ya 21 fibroblastların inkişaf faktoru adlanır. Onun bir çox funksiyaları var: ümumi funksiyalarından əlavə, bu hormon yağ hüceyrələrinə qlükozanı udmağa imkan verməklə yanaşı, həmçinin enerji xərclərini də artırır, bu isə bədəndə piyin əriməsinə səbəb olur. Bundan başqa, FGF21 artığı diabet simptomlarını zəiflədir və piylənməni aradan qaldırır.
Nils Qrarup (Niels Grarup) və həmkarları tibbi araşdırmaları üçün 30-60 yaş arası olan 13 min nəfərin daxil edildiyi böyük bir məlumat bazasından istifadə ediblər. Araşdırmada onlar insanların adətən nə yediklərini və onun həcmini, bundan əlavə, insanların orqanizmində qlükozanın səviyyəsini və qanda xolesterini ölçüblər. FGF21 geni barədə məlum olan onun iki növünün mövcud olmasıdır. Bu faktorlar orqanizmdə adi hal olaraq karbohidratlardan enerjini almağa çalışır. İndi isə söhbət karbohidratlardan deyil, məhz şirniyyatlardan gedir. Araşdırma onu göstərib ki, həqiqətən də şirniyyatı sevən insanların genomunda FGF21 “karbohidrat”-ların hansısa bir növünü aşkar etmək ehtimalı böyükdür.
Statistik analizlərdən əlavə, müəlliflər daha bir neçə təcrübə də keçiriblər. Ekpserimentdə şirniyyatı sevənlər və ona qarşı laqeyd olan könüllülər iştirak edib. Təcrübədən öncə onlardan 12 saat ərzində ac qalmaq istənilib, daha sonra isə onlara şəkərlə su verilib. Müəyyən edilib ki, şəkəri sevməyən iştirakçılarda FGF21-in “ac” səviyyəsi şəkərsevərlərdən fərqli olaraq, 50 faiz çox qalıb. Şirin içkidən sonra hər iki qrupda bir neçə saat ərzində hormon bərabər səviyyədə olub. Başqa sözlərlə desək, şirniyyata sevgi FGF21-in əks tərəfində qalır: əgər bu hormon qanda çoxdursa, insanın şəkər istəyi o qədər də çox olmur.
Maraqlısı odur ki, tədqiqatçılar FGF21-in müxtəlif növləri və diabetlə piylənmə arasında əlaqəni tapa bilməyiblər. Nəzərə alsaq ki, hormon karbohidrat mübadiləsi ilə sıx bağlıdır, bu əlaqə hər hansı bir formada mövcud olmalıdır. Digər tərəfdən isə diabet də, piylənmə də bir çox faktordan irəli gəlir, bura həmçinin hüceyrəvi və molekulyar faktoru da daxildir. Ona görə də FGF21-in oynadığı rolu anlamaq üçün görüntüyə bütövlükdə baxmaq və araşdırmaq lazımdır.