Keçid linkləri

Təcili xəbərlər

Enerji içkiləri ürəyə zərərlidir


Enerji içkiləri tərkibində sadəcə kofein olan içkilərdən daha təhlükəlidir.

Amerika Ürək Assosiasiyasının yeni araşdırması bu içkilərin ürəyə zərərini ortaya çıxarıb. Tədqiqatçılar Kaliforniyadakı Travis Hava Qüvvələrinin bazasında apardığı araşdırmadan sonra belə nəticəyə gəliblər. Çünki burada hərbiçilərin 75 faizi enerji içkiləri istifadə ediblər.

Mütəxəssislər araşdırmada iştirak edən 18 könüllünü iki qrupa ayırıblar. Onların bir qrupu enerji içkisi, digəri yalnız kofein tərkibli içki içiblər. 6 gün sonra tədqiqatçılar onların ürək aktivliyini, periferik və mərkəzi qan təzyiqini ölçüblər. Enerji içkisi içənlərdə QT intervalı (ürəyin yenidən döyünməsi üçün hazırlandığı zaman) kofeinli içki içənlərlə müqayisədə10 millisaniyə yüksək olub.

QT intervalındakı dəyişiklik anormal ürək atışına və aritmiyaya səbəb olur.

Mütəxəssislər bu içkilərin ürək-damar sisteminə də mənfi təsirini vurğulayırlar. Xüsusilə, ürək problemləri olan insanlar bu içkilərdən qaçmalıdırlar.

İdmanla məşğul olan şəxslərə isə orta miqdarda içmək məsləhət görülür.

XS
SM
MD
LG