Keçid linkləri

Təcili xəbərlər

Robot-qadının ilk müsahibəsi iflas olub


Çinin Hefey şəhərində yerləşən Elmi-Texnoloji universiteti amerikalı müxbir Kevin Kelli (Kevin Kelly) üçün insanabənzər robot Tszya Tszya (Jia Jia) ilə müsahibə təşkil edib. Lakin humanoid heç bir sualı cavablaya bilməyib.

Müsahibə ingilis dilində Skype üzərindən aparılıb. Böyük Çin səddinin harada yerləşməsi ilə bağlı suala Tszya Tszya sadəcə “Çin” cavabını verib. Robot həmçinin ingilis dili əlifbasının neçə hərfdən ibarət olmasını da cavablandıra bilməyib. Süni intellekt haqqındakı dialoqda isə anlaşılmaz cavablar verib. Bütün cavablar uzun gecikmələrlə müşaiyət olunub.

Robotun hazırlanmasına mühəndislər üç il sərf ediblər. Komandanın rəhbəri Çen Syaopin (Chen Xiaoping) əmindir ki, bir çox suallar çox çətin olub. Onun fikrincə, Tszya Tszyanın cavabları kifayət qədər yaxşı olub. Lakin jurnalistlə humanoidin müsahibəsini izləyən tamaşaçılar da təəssüf edərək, robotun Alexa və Siri xidmətlərinin səsli köməkçilərindən də betər olduğuna təəccübləniblər.

“Robot-ilahə” Tszya Tszya ötən ilin aprel ayında təqdim edilib. Robot insanlarla ünsiyyətə proqramlaşdırılmaqla yanaşı, müxtəlif növ virtual xidmətlərə qoşulur və həmsöhbətçiləri qarşısında hörmət əlaməti olaraq başını əyir.

Daha öncə bu kollektiv xidmət robotu olan Ketszyanı da hazrlayıb. Bu robot 2014-cü ildə keçirilən RoboCup çempionatında birinci yerə layiq görülüb.

Ən son yazılan

XS
SM
MD
LG