Qöteburqdakı "Svartedalens" ahıllar evinin tibb personalının iş günü artıq iki il idi ki, altı saat idi. Ancaq bu ilin fevral ayında şəhər hökuməti maliyyə çatışmazlığına görə eksperimenti dayandırmağa məcbur olub və iş gününü yenidən 8 saata qaytarıb. Bu addım şəhərə 12 milyon kronaya (1,34 dollar) başa gəlib. Qısaldılmış iş növbələri səbəbindən yaranan boşluqları doldurmaq üçün işə əlavə 17 işçi götürmək zərurəti yaranıb.
Tədqiqatçı Bengt Lorentson qeyd edir ki, gündə 6 saat işləyən adam daha az yorulur və nəticədə daha az xəstələnir. O, iş yerindəki vəzifələrini daha həvəslə yerinə yetirir.
Qısaldılmış iş qrafiki üzrə çalışan tibb bacıları daha az xəstəlik məzuniyyətinə çıxıblar. Belə ki, eksperimentdə iştirak edən tibb bacılarının xəstəlik məzuniyyətləri eksperiment dövründə 62,5 faiz azalıb. Ahıllar evində qulluğun səviyyəsi yaxşılaşıb. Ailəli qadınların ailə münasibətləri möhkəmlənib.
Ümumiyyətlə, İsveçdə tibb bacılarının səhhətinin orta isveçlinin səhhətindən daha zəif olduğu bildirilir. Bu sahədə çalışan qadınların bədən kütləsi indeksi daha yüksək olur. Aparılan tədqiqat qısa müddətli olduğu üçün qısa iş günlərinin işçilərin sağlamlığına təsirini tam öyrənə bilməsə də, alimlər eksperimentdə iştikak edən tibb bacılarının səhhətinin yaxşılaşacağını deyirlər.
"Svartedalens" ahıllar evində çalışan və eksperimentdə iştirak edən tibb bacılarının qan təzyiqi bu sahədə çalışan digər qadınlarınkından daha aşağı olub.
Artıq İsveçin digər bələdiyyələri də eyni eksperimenti həyata keçirməyə başlayıb. Конец формы
Eksperimentin siyasi proseslərə təsiri də maraqlıdır. Bu addımın təşəbbüskarı olan Solçu Partiya İsveçdə keçirilən sonuncu ümumxalq seçkisində səslərin cəmi 6 faizini toplamağa nail olub. Mühafizəkar siyasətçilər artıq iş gününün qısaldılmasına etirazlarını bildiriblər. Onlar hətta "Svartedalens" eksperimentini vaxtından bir il əvvəl dayandırmağa da cəhd göstəriblər.
ABŞ-ın Mayo Klinikasının mütəxəssisləri də müəyyən ediblər ki, daha sağlam əməkdaşların tibbi xərcləri 2 dəfə az olur. Floridada səhiyyə sistemində çalışan 10000 əməkdaşın iştirakı ilə aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, ürək-damar sistemi «ideal» vəziyyətdə olanların tibbi xərcləri ürək problemi olanlardan 4000 dollar daha azdır.
Alimlər müəssisələrə əməkdaşlarının iş qrafikinə yenidən baxmağı məsləhət görürlər.