“Toyota” şirkəti qismən iflic insanlara yardım etmək üçün robotik ayaq dəstəyini tanıdıb.
WelWalk WW-1000 adlı sistem insanın ayağına dizdən aşağı bərkidilən motorlu mexaniki çərçivədən ibarətdir.
Xəstələr bu robotik cihazı onun əlavə ağırlığını saxlamaq üçün hazırlanmış xüsusi qaçış zolağında sınaqdan keçirə bilərlər.
Şirkət bildirir ki, bu ilin sonuna qədər Yaponiyada 100 tibbi müəssisəyə bu sistemdən kirayə veriləcək. İlkin ödəniş 9000 dollar, hər ay isə 3200 dollar nəzərdə tutulub.
Cihaz zərbə və ya müxtəlif xəstəliklər səbəbindən bədəninin bir tərəfi ciddi iflic olmuş xəstələrin bir dəfəyə, tək ayaq üstə geyinməsi üçün nəzərdə tutulub. Xəstənin ayağını dəstək yuxarıdan saxlayır, motor isə əyilməyə və dizi düzəltməyə yardımçı olur. Cihazdakı sensorlar yerişi tənzimləməyə imkan verir. Tibbi personal sistemi uzaqdan sensor ekran vasitəsilə idarə edə bilər.
Həkimlər bildirirlər ki, sistem bir terapist üçün imkansız olan dəstək və hərəkət sərbəstliyi verdiyi üçün xəstələrin daha tez yaxşılaşmasına kömək ola bilər.