Keçid linkləri

Təcili xəbərlər

Tesla yük maşını üzərində iş gedir


"Tesla" şirkətinin baş direktoru İlon Mask (Elon Musk) "Semi" adlı ağır kommersiya yük maşınının yaradıldılacağını elan edib. Yük maşını sentyabr ayında təqdim olunacaq. Mask bu məlumatı özünün Twitter hesabından paylaşıb. "Komanda gözəl iş görüb", deyə Mask yazıb.

O qeyd edib ki, Tesla "yeni səviyyəyə çıxıb. Yaxın 18-24 ay ərzində isə Tesla həm də özünün yeni pikapını təqdim edəcək.

Hələlik Teslanın yeni avtomobillərinin sürücüsüz idarə olunub-olunmayacağı məlum deyil. 2016-cı ilin oktyabr ayında Musk bildirmişdi ki, şirkət bütün avtomobillərin sürücüsüz idarə olunmasına imkan verən yeni proqram təminatının sınaqdan keçirilməsinə başlayacaq.

Ötən il iyul ayının əvvəlində Tesla ilk dəfə Model S sürücüsünün ölüm halı barədə məlumat verdi. İnsident Model S-in trasda avtopilot rejimmində hərəkəti zamanı baş vermişdi. Avtomobil maşının hərəkətinə perpendikulyar dayanmış traktorun qoşqusunun altına düşmüşdü. Nə avtopilot, nə də sürücü açıq rəngdə rənglənmiş qoşqunu təhlükə kimi görə bilməyib. Şirkətin verdiyi məlumata görə, avtomobilin sürücüsü yerindəcə həlak olub.

Teslanın baş direktoru artıq bir neçə ildir ki, şirkətin tamamilə elektriklə işləyən pikap yük maşını üzərində işlədiyini deyir. Ancaq o həm də deyib ki, hazırda Model 3 və Model Y kimi üçüncü nəsil maşınlar şirkətin prioritetidir. Özünün ‘Master Plan Part Deux‘ adlı planını açıqlayan Mask Teslanın pikap yük maşını üzərində işlədiyini bir daha təsdiq edib. Ancaq o qeyd edib ki, şirkət hələ də "işin ilkin mərhələlərindədir".

Buna baxmayaraq, o sonradan əlavə edib ki, biz yaxın 6-9 ay ərzində konseptin açıqlanmasını gözləməliyik. Bu isə 2017-ci ilin əvvəlinə, yaxud da ortalarına təsadüf edir. Pikap yük maşınının istehsalına isə yaxın 3-4 il ərzində (2019-2020) başlanılacağı gözlənilir.

Hal-hazırda sözügedən yük maşını haqqında çox şey məlum deyil. Əldə olan məlumat sadəcə rəssamların çəkdikləri qeyri-rəsmi eskizlərdən ibarətdir. Bu eskizlər Teslanın yeni pikap yük maşınının necə görünə biləcəyi haqda müəyyən təsəvvür yaradır.

Musk bundan başqa deyib ki, Tesla özünün hələlik hazırlanma mərhələsində olan pikap yük maşınının əsasında tamamilə elektriklə çalışan karqo veni də işləyib hazırlaya bilər.

Teslanın ağır kommersiya yük maşınlarının və yük pikaplarının istehsalına başlamaq planları Amerikanın çox gəlirli pikap bazarında qarışıqlığa səbəb ola, daşıma biznesinə problemlər gətirə bilər. Bir çoxları artıq yaxın on il ərzində özü idarə olunan maşınların bu bazara daxil olacağını proqnozlaşdırırlar.

Üç gün öncə isə Tesla ən dəyərli ABŞ avtomobil istehsalçısı kimi General Motors şirkətini bir qədər geridə qoyaraq investorların diqqətini cəlb edib. Cümə axşamı gününün sonu üçün Teslanın səhmlərinin qiyməti 2,4% və ya 7,16 dollar yüksələrək 304 dollara çatıb.

2016-cı ildə Musk şirkətin "karqo daşımalarının qiymətində ciddi azalma yaradacağını, təhlükəsizliyi isə artıracağını, bununla yanaşı idarəetməni maraqlı edəcəyini" bildirmişdi.

Hələlik detallar məlum olmasa da, iri kommersiya yük maşınının bazara çıxarılması əsl qəhrəmanlıq olardı. Məsələ burasındadır ki, "Tesla"nın hələlik belə maşınları istehsal etmək üçün avadanlığı yoxdur. Şirkətin pikap yük maşınları istehsal etmək üçün də imkanları yoxdur. Bu isə o deməkdir ki, onlar üçün müştəri bazası yaratmaq asan olmayacaq.

"Bu, böyük, böyük sınaqdır" - Trucks.com saytının redaktoru Cerri Hirş (Jerry Hirsch) Teslanın planları barədə deyib. Onun sözlərinə görə, Almaniyanın "Daimler" şirkəti kimi əsas yük maşını istehsalçıları artıq elektriklə işləyən yük maşınları üzərində çalışırlar.

Bu ona görə çətin işdir ki, yük maşınına güc verən nəhəng batareyalar maşının çəkisinə əlavə çəki qatır və potensial yük yerini azaldır. Bundan başqa, yük maşını sürücülərinin maşınlarını yükləmək üçün yerlərə ehtiyacı olacaq. Hirşin sözlərinə görə, belə yük maşınları potensial olaraq limanların konteyner qarajlarında, yaxud da paylama mərkəzlərində işə yaraya bilər. Çünki bu yerlərdə maşınlar nisbətən az məsafə qət etməli olacaq.

Bununla yanaşı, Hirş deyir ki, bazarda elektriklə işləyən yük maşınlarının yeri var. "Kommunal şirkətlər, hökumət və daşıma operatorlarının elektriklə işləyən pikaplara marağı çoxdur", deyə o əlavə edib.

Ən son yazılan

XS
SM
MD
LG