BİR NƏSİL DƏYİŞƏNDƏN SONRA...
Ola bilsin, bizdən sonrakı nəsillər üçün daha “asan” olacaq. Mümkündür ki, bizi heydən salan, ürəklərimizi ağrıdan gerçəklikləri onlar daha sakit qəbul edəcəklər. Bəli, daha sakitcə yaşı altmışı ötmüş “gənc” şairlərin vətən, millət və dövlət haqqında şeirlərini, hakimiyyət adamlarının dürlü yalanlarını, “siyasi şərhçi”lərin “dünyaya səs salmış möhtəşəm Cocuq Mərcanlı qələbəsi” haqda qaravəllilərini dinləyəcəklər. Daha bizim kimi siqareti siqaretə calamayacaqlar...
...sovetlərin vaxtında bundan çox asan idi. O vaxt çox şeydən xəbərsiz idik, çox şeyləri bilmirdik. Ona görə də yalanları daha rahat qəbul edirdik. İndi isə vəziyyət bir qədər fərqlidir.
Bizə gəldikdə isə, düşünürsən ki, sovetlərin vaxtında bundan çox asan idi. O vaxt çox şeydən xəbərsiz idik, çox şeyləri bilmirdik. Ona görə də yalanları daha rahat qəbul edirdik. İndi isə vəziyyət bir qədər fərqlidir.
Hələ ki, alternativ informasiya mənbələrinə çıxışımız var və hər bir şeyi bilməsək də, çox şeydən xəbər tuta bilirik. Bəlkə də gələcək nəslin “üstünlüyü” onda olacaq ki, onların belə çıxışı olmayacaq. Necə deyərlər, çox bilib, tez qocalmayacaqlar...
Həm də ki, ölkə o ölkə deyil – Sovet İttifaqının bir tərəfində gecə olanda o biri tərəfində gündüz olurdu. Azərbaycan isə çox kiçik ölkədir. Burada hər şeyi yerli-yataqlı, əvvəllər deyildiyi kimi, “simsiz teleqrafla” öyrənmək elə də çətin iş deyil...
Həm də elə yalanlar olur ki, sanki özləri də “Mən yalanam!” – deyə bağırır. Elə ilk cümlədən anlayırsan ki, axı belə ola bilməz, bu nəsə heç həqiqətə bənzəmir. Amma kimə deyirsən? Ağına-bozmadan danışır, üyüdüb tökürlər. Bir də ki, niyə etməsinlər axı? Etiraz edən yox, sözlərini kəsən yox, necə deyərlər, dövran da bunlarındır, meydan da...
YASAQ SARIDAN BOLLUQDUR
Qərəz, bunları niyə deyirəm? Ölkədə yasaqlar o qədər artır ki, birindən xəbər tutmamış digərini təsdiq edirlər. Bəlkə də mənim üçün böyük bir qüsur hesab edilə bilər. Amma yalnız bu yaxınlarda eşitmişəm ki, sən demə, məhkəmə-filan olmadan da saytları bağlamaq mümkündür! Bu mənə olduqca əcaib göründü. Bəli, deyə bilərlər ki, saytlar o qədər artıb ki, hamısına bir məhkəmə təyin etsən, onda gərək onların işi elə saytları araşdırmaq olsun!
Amma belə bir məntiqlə vətəndaşlara qarşı da məhkəmənin qərarı-filan olmadan cəza kəsmək olardı, axı vətəndaşlar da bir deyil, iki deyil, milyonlarladır...
Amma belə bir məntiqlə vətəndaşlara qarşı da məhkəmənin qərarı-filan olmadan cəza kəsmək olardı, axı vətəndaşlar da bir deyil, iki deyil, milyonlarladır...
Özü də bu yasaqdan xəbər tutmağımın da çox maraqlı tarixçəsi oldu. Ötən həftədən başlayaraq bir sıra saytlara giriş-çıxış çətinləşdi, əslində tamam mümkünsüz oldu. Mediada hadisə “bəzi tənqidçi saytlara girişin çətinləşməsi” kimi yozuldu.
İndi demirəm ki, həmin saytlar artıq bir azca əvvəldə bəhs etdiyim yasağın təsiri altına düşübdür. Hələ də bir oxucu və həm də yazar kimi ümid edirəm ki, bu, müvəqqəti məsələ olacaq və həllini tapacaq, amma heç buna oxşamır, çünki bu ölkədə bağlanan qapılar bir daha açılmır.
Mənə həm də “tənqidçi saytlar” ifadəsi təsir etdi. Deməli, media da özünü iki qismə ayırır – hakimiyyəti tənqid edənlərə və etməyənlərə. Bu, adama sarsıdıcı təsir edir, çünki bu ölkədə tənqidçilərin sayı getdikcə azalır, onların meydanı gündən-günə daralır. Adam hər dəfə yazı yazanda beynindən ixtiyarsız olaraq bircə fikir keçir: “Bəlkə də bu sənin sonuncu yazındır...”
Halbuki bir vaxtlar, özü də çox da uzaq olmayan keçmişdə mediaya dördüncü hakimiyyət deyilir və onun missiyasının digər üç hakimiyyətə nəzarət etmək olduğu bildirilirdi.
Halbuki bir vaxtlar, özü də çox da uzaq olmayan keçmişdə mediaya dördüncü hakimiyyət deyilir və onun missiyasının digər üç hakimiyyətə nəzarət etmək olduğu bildirilirdi.
Medianın həqiqətən də dördüncü hakimiyyət olması və tamamilə müstəqil fəaliyyət göstərməsi üçün isə ölkədə bir yox, düz üç hakimiyyət olmalıdır, məhkəmələr və parlament müstəqil olmalıdır ki, media da özünü müstəqil hesab edə bilsin.
Azərbaycanda bunların heç biri olmadı. Deməli, medianın müstəqilliyindən danışmaq tamam yersizdir, hətta gülüncdür. Sadəcə, bu gün media və ümumiyyətlə, jurnalistika sonuncu etiraz ocaqlarıdır. Çalışırlar ki, onları da söndürsünlər, çünki belə olsa, yalan danışmaq lap asan olacaq və yalanlar daha asan “qəbul” olunacaq...
BƏLKƏ BELƏ EDƏK?
Yazının əvvəlini yalanlar haqqında başladım. Onlar o qədər çox və o qədər intensivdir ki, bir-bir üstlərində dayanmaq olmur. Məsələn, o gün baxıram, deyirlər ki, ötən il apreldə Qarabağda hansı məqsədi qarşımıza qoymuşduqsa, ona da çatdıq...
Olsun. Etirazım yoxdur. Bunu da qəbul edirik. Amma bir sualım var. Doğrudanmı, bizim strateji məqsədimiz Qarabağda kiçik bir təpəni, bir yüksəkliyi ələ keçirmək idi?!
Bilirsiniz, Qarabağın hər qarışı müqəddəs və əzizdir. Amma demək olmaz ki, on illərlə kiçik təpəni ələ keçirmək uğrunda çarpışırdıq? Və yaxud da on illərdən sonra kiçik kəndin bərpasını böyük bir qələbə kimi qələmə verməyi hazırlaşırdıq?
Ən əziz şey həqiqətdir. Ən böyük örnək də şəxsi nümunədir. İnsanlar, idarə olunanlar görəndə ki, idarə edənlər doğru danışır və hər bir şeyin önündə gedir, onda inam da artır, ruh yüksəkliyi də...
Mən hər şeyi başa düşürəm, nikbinlik, ruh yüksəkliyi və yaxud da optimizm gərəkli məsələlərdir. Bunlarsız keçinmək olmaz. Amma yalan üstündə də qurulmamalıdır onlar...
Ən əziz şey həqiqətdir. Ən böyük örnək də şəxsi nümunədir. İnsanlar, idarə olunanlar görəndə ki, idarə edənlər doğru danışır və hər bir şeyin önündə gedir, onda inam da artır, ruh yüksəkliyi də...
İndisə insanlar ya susurlar, ya da ki, tutuquşu kimi onlara deyilənləri efirdə üyüdüb-tökürlər. Amma inanmırlar... Bax, elə ən böyük faciə də məhz budur – insanlar heç nəyə inanmırlar...
Amma buna rəğmən hakimiyyət yalan “istehsal” etməkdə davam edir. Bilirlər ki, çox adam buna inanmır. Amma düşünürlər ki, əgər insanların dilini qapatsalar, yalanların həqiqət kimi qəbul edilməsi daha asan olar.
Ona görə də artıq adi tənqid də az qala yasaq olunur. Artıq ümumi sözlərlə gileylənmək, yüngül tənqid etmək cəhdləri belə bu hakimiyyətə böyük təhlükə kimi görünür.
Ona görə də düşünürəm ki, bu ölkədə nə vaxtsa daha bir fleşmoba ehtiyac olacaq – bunu sadəcə, xəyal edirik. Bəlkə də bu, elə sonuncu fleşmob olacaq. Qərəz, ola bilsin ki, bir gün insanlar etiraz kimi dodaqlarını tikəcəklər. Bir qədər sərt də gələ bilər bu, insanlara. Gəl ki, insan boğaza yığılanda daha nələr etməz? Həm də bir az əvvəldə dedim axı, bu, bir xəyaldır, bir yazarın fantaziyasıdır...
İndi nə deyirsiniz? Xəyallara dalmağı da yasaq ediblərmi? Hərçənd, etsələr də təəccüblü görünməz. Bir də gördün etdilər. Bunlara nə var ki? Bu hakimiyyət üçün çətin iş nəyəsə icazə verməkdir. Yasağa nə var ki? Su içmək kimi işdir bunların əlində...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.