Berlin divarları sökülməyə başlayanda dünya ölkələri artıq yeni bir çağın gəldiyini, dəmir pərdələrin yoxa çıxdığını zənn etdi. Əslində bir müddətə qədər fikirləri doğru idi.
Bəşər övladının ən böyük rəzaləti və daim təhdidlə, hədə-qorxu ilə dünyanı təzyiq altında saxlamaq istəyən bir şər imperiyası çökmüşdü. Lakin bir məsələni hər kəs yaddan çıxartmışdı. Necə deyərlər, mafioz ölər, amma mafia yox. Belə də oldu. Sovetlər öldü. Amma onu quran, milyonlarla insanı əsarətdə saxlayan Rusiya sağ qaldı.
BÖYÜK GÜCLƏR NİYƏ BİGANƏ QALDI?
Sovetlərin dağılması dünyada mütləq qüvvənin bərpasına gətirib çıxardı, ən azından bir müddətlik. Amerika Birləşmiş Ştatları, Sovetlərin çöküşünü hazırlayan institutlar sonradan nələr olacağını hesaba qatmadılar. Corc Fridman (George Friedman) özünün “Gələcək 100 il” kitabında yazır ki, Amerika və dünya ikinci sovetlərin-Rusiyanın dağılmasına hazır deyildi.
Böyük güclər Sovetləri tam dağıda bilmədi. Ən təhlükəlisi isə odur ki, Sovetlərin özündən daha betər və həyasızlığa aludə olmuş bir varis qalıb. İndi də biz bunun bəlasını çəkirik.
Bunu cənab Fridman öz səhvlərini ört-basdır etmək üçünmü deyir, yoxsa həqiqətən də vəziyyət belədir deyə deyir, bilmirəm. Lakin məlum olan bir məsələ var ki, Sovetlərin dağılması məsələni bitirmədi. Eynilə xərçəngin müalicəsində radio terapiyada olduğu kimi, bəzi hüceyrələri dağıtmaqla, kök hüceyrə məhv olmur. Böyük güclər Sovetləri tam dağıda bilmədi. Ən təhlükəlisi isə odur ki, Sovetlərin özündən daha betər və həyasızlığa aludə olmuş bir varis qalıb. İndi də biz bunun bəlasını çəkirik.
ƏGƏR RUSİYA DA DAĞILSAYDI?
Bir təsəvvür edək ki, Sovetlərin ardınca, Rusiya da parçalandı. Qafqazlar, Uzaq Şərq müstəqil oldu. Mənzərə necə olardı? Bir baxaq:
İllərlə Sovetlərin büdcəsini yemlə, daha sonra sənə “çox sağol” kimi bir soyqırım, bir də müharibə versin. İlahi, belə “təşəkkür” axı harda var?
Qarabağ münaqişəsi. İllərlə Sovetlərin büdcəsini yemlə, daha sonra sənə “çox sağol” kimi bir soyqırım, bir də müharibə versin. İlahi, belə “təşəkkür” axı harda var?
İkinci : Dnestryanı. Moldova da bizim qəbildən olan problemlə üz-üzədir. Danışmağa ehtiyac yoxdur bu barədə çünki onları anlamaq üçün böyük tarix oxumağa ehtiyac yoxdur. Rusiya üçün adi proseslərdən biri. Ha Zəngəzur oldu, ha Dnestryanı nə fərqi? Öz torpaqları deyil ki.
Üçüncüsü Gürcüstan: əsrlərlə osetinlərin və abxazların yaşadığı yerləri ölkədən qopart və öz torpağına qat. Mülahizəyə ehtiyac yoxdur. İndi bütün bunları nəzərə alaraq tam əminliklə demək olar ki, əgər o vaxt Rusiya dağılsaydı, şübhəsiz ki, Qafqazlar rahatlaşacaqdı. Ona görə yox ki, aranı qızışdıran biri olmayacaq. Ona görə ki, Qafqaz xalqları, onsuz da, bir-birinə düşmən deyil. Ermənistan istisna olmaqla.
Bu dövlətin ipinin kimin əlində olduğunu izah etməyin özü belə sadəlövlük olardı. Varisin çöküşü həm də, dünyaya müstəqilliyin nə olduğunu çoxdan unudan xalqların gəlişinə rəvac verərdi. Dünyada yeni bir mənzərə, yeni bir sistem görülərdi. Ən əsası isə, şərin varisinin çöküşü, “Nüvədən istifadə istisna edilmir” deyərək dünyanın onsuzda tarıma çəkilmiş əsəbini bir az da gərginləşdirən birinin yox olmasına səbəb olardı. Bununla da biz, dünyada sonuncu feodal təfəkkürlü dövlətin sonunu görərdik.
Sovet dağılmayıb!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.