Bəlkə də başlıq fərqli ola bilərdi. Ancaq 8 apreldə baş tutan icazəli mitinqdə gördüklərimdən sonra yenə də bu başlıq, bu sual öz dominantlığını bir daha sübut etdi. Təəssüf ki, bu qədər sosial problemin içində üzən bir toplum kiçicik bir qapalı stadionu belə doldurmaq istəmədi. Təbii ki, burada iqtidarın illərdir qurduğu basqı rejiminin yaratdığı qorxunun danılmaz bir rolu var. Burası zatən bəllidir. Ancaq səbəb təkcə budurmu?!
Səbəblərdən biri, sözsüz ki, Azərbaycanın ənənəvi müxalifətinin elə özündədir. Ümumiyyətlə insan məntiqi də bunu deyir ki, əgər sənin bir-iki dəfə yoxladığın üsullar, yanaşmalar tutmursa geri dönüb onları nəzərdən keçirməli, saf-çürük etməlisən.
Səbəblərdən biri, sözsüz ki, Azərbaycanın ənənəvi müxalifətinin elə özündədir. Ümumiyyətlə insan məntiqi də bunu deyir ki, əgər sənin bir-iki dəfə yoxladığın üsullar, yanaşmalar tutmursa geri dönüb onları nəzərdən keçirməli, saf-çürük etməlisən. Ancaq təəssüf ki, bu illər ərzində ildən-ilə elektorat itirən müxalif partiyalar bircə dəfə də bu addımı atmaq istəmədilər. Hələ də 90-cı illərin havasındadırlar, bizsə artıq 2018-ci il Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünə korrupsiya və özbaşınalıqlarla adını Afrika ölkələri sırasına yazdırmış biabırçı dövlət imici ilə qədəm qoyuruq.
Bu arada indi də özlərinə təsəlli verirlər ki, bəs biz və fəaliyyətimiz olmasaydı indi Şimali Koreya, Türkmənistanla bir sıradaydıq. Zatən o yoldayıq, gec, ya tez…
Digər tərəfdən nə qədər acı olsa da söyləməliyəm ki, ənənəvi müxalifətin zehniyyəti indiki iqtidarın zehniyyətindən heç nə ilə fərqlənmir. Demokratiya şüar deyil, demokratiya həyat tərzidir. İlk növbədə səmimiyyət çox önəmlidir. İqtidarı avtoritarizm qurmaqda, bütün demokratiya qaydalarını çeynəməkdə ittiham etmək üçün özün səmimi bir əks nümunə ortaya qoymalısan. Əgər sən özün öz partiyanı avtoritar qaydalarla idarə edirsənsə, tənqidə bu qədər dözümsüzsənsə, tənqidi ancaq qərəz kimi qəbul edirsənsə, partiya üzvlərinin ümumi qərarlara təsir etmə mexanizmi sıfıra bərabərdirsə və onlar ancaq fanklub görəvini yerinə yetirirsə, iqtidarı avtoritarlıqda suçlamaq qeyri-səmimilikdən başqa bir şey deyil.
Problem həm də insanımızın zehniyyətindədir. Elə iqtidarı da, müxalifəti də formalaşdıran bizim insanımız və onların zehniyyəti deyilmi?!
Başqa bir məsələ, əgər obyektiv tənqid ediriksə bütün səbəbləri müxalifətin üzərinə yıxmaq da ədalətli deyil. Problem həm də insanımızın zehniyyətindədir. Elə iqtidarı da, müxalifəti də formalaşdıran bizim insanımız və onların zehniyyəti deyilmi?!
Ümumiyyətlə, bəşər tarixi və bu günkü yüksək inkişaf səviyyəsinə çatmış toplumların keçdiyi inkişaf yolu dəfələrlə sübut edib ki, bütün dəyişikliklər etiraz və barışmazlıqdan keçir. Səmimi etiraf edək ki, bu toplum səviyyəsində anlaşılmır. Bəlkə də heç toplumun əksəriyyətinin bunu anlaması da şərt deyil. Heç də bütün dəyişikliklər bütün xalqın işə qarışması ilə həyata keçirilmir. Bir toplumun ziyalı sayılan elitar, öndə gedən təbəqəsi passionar kəsimi arxasınca aparır və dəyişikliklərə imza atır. Bizim isə təəssüf ki bu cəhətdən də bəxtimiz gətirmədi. Bu yolu gedənlərin də bir qismi miqrantlara qoşuldu, bir qismi də ancaq klaviatura qəhrəmanlığı edirlər.
Ümumiyyətlə biz nəyisə dəyişmək istəyirikmi?! Bəlkə biz bu toplumun istəmədiklərini onların üzərinə yükləmək, boynuna qoymaq istəyirik?! İnsanımız ümumiyyətlə vətəndaş olmağın nə olduğunu anlamır.
Bu günkü yazımın əsas hissəsinə gəldik. Ümumiyyətlə biz nəyisə dəyişmək istəyirikmi?! Bəlkə biz bu toplumun istəmədiklərini onların üzərinə yükləmək, boynuna qoymaq istəyirik?! İnsanımız ümumiyyətlə vətəndaş olmağın nə olduğunu anlamır.
Son dönəmlər bu məsələ barəsində də çox düşünmüşəm. Biz hər birimiz fərdi maraqlarımızı düşündüyümüz qədər, çox demirəm, onca faiz toplum maraqlarını da düşünsəydik, bəlkə də heç vəziyyət bu səviyyəyə gəlməyəcəkdik və mən də bu yazını yazmayacaqdım. Biz əslində hər birimizin başına gətirilən qanunsuzluqların əslində ümumi problemlərdən qaynaqlandığını, zamanında baş verən biabırçılıqlara etiraz etməməyimizdən qaynaqlandığını bir anlasaydıq?! Zehniyyətimiz dəyişməlidir, zehniyyətimiz…
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.