Alimlər donorluq üçün yararlı olan qırmızı qan hüceyrələrinin kütləvi şəkildə istehsalını təmin edə bilən yeni texnologiya icad ediblər. Bu hüceyrələr artıq laboratoriyalarda müvəfəqiyyətlə istehsal olunur. Lakin burada yeganə problem onun miqyasındadır. Buna baxmayaraq, Bristol universitetinin və İngiltərə Milli Səhiyyə Xidmətinin əməkdaşları bu problemin də öhdəsindən gəliblər.
Süni qan donor qanından qat-qat bahadır. Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, bu üsul ilk növbədə nadir qan qrupu olan insanlara tətbiq edilməlidir. Hüceyrələrin alınmasında tətbiq edilən köhnə üsul belədir ki, həmin prosesdə kök hüceyrələrindən istifadə edilir ki, ondan da yeni qan hüceyrələri almaq mümkün olur. Digər sözlərlə desək, transformasiya prosesinin təbii mexanizmi imitasiyaya uğrayır. Lakin hər bir kök hüceyrəsi 50,000-dən çox qan hüseyrəsi verə bilmir. Müqayisə üçün, bir qan paketində bir trilyona yaxın qan hüceyrələri olur.
İstehsal potensialını artırmaq mümkünmüş. Bunun sirri isə istehsalı kök hüceyrələrinin ən erkən mərhələsində başlamaqdır. Bu onları hətta ölümsüz də edir. Bu üsuldan yararlanaraq alimlər litlrlərlə qırmızı qan hüceyrələri əldə edə biliblər. Bu ilin sonunda mütəxəssislər əldə edilən qan hüceyrələrinin təhlükəsizliyini yoxlayacaqlar. Bundan əlavə, onlar həmçinin qan hüceyrələrinin kütləvi miqyasda istehsalı üzərində də işləməlidirlər.