Müharibə bütün cəmiyyəti “biz” kəlməsi altında birləşdirə bilən nadir hadisələrdəndir. Mövzu günahsız insanların ölümü, ərazi bütövlüyü, düşmən təhdidi olduqda müxtəlif dünyagörüşünə, ictimai statusa, siyasi əqidəyə sahib insanlar eyni mövqeni sərgiləyə bilirlər. Azərbaycan kimi müharibə şəraitində olan ölkələrdə isə bu mövzu hər zaman aktuallığını saxlayır.
Əslində, bir-birinə düşmən olan xalqlar deyil, mövcud problemlər hökumətlər, siyasi dairələr arasındadır. Bu səbəbdən həmişə “Fars, rus, erməni – bunlar türkün düşməni” tipli şüarların əleyhinə olmuşam.
Şübhəsiz ki, zorakılıqla müşaiət olunan istənilən hadisə mahiyyət etibarı ilə mənfi hadisədir. Sağlam düşüncəyə sahib insan müharibə tərəfdarı ola bilməz. Dünyanın gələcəyi də məhz beynəlxalq sülhdə, bütün xalqların, millətlərin birgə yaşayışındadır. Əslində, bir-birinə düşmən olan xalqlar deyil, mövcud problemlər hökumətlər, siyasi dairələr arasındadır. Bu səbəbdən həmişə “Fars, rus, erməni – bunlar türkün düşməni” tipli şüarların əleyhinə olmuşam.
Əgər düşmən varsa, bu, sadə xalq deyil, həmin xalqları idarə edən hökumətlərdir. Çünki az bir qismi istisna olmaqla, xalqlar öz hökumətlərinin təsiri altında olurlar. Müharibələr də əksər hallarda bir ovuc insanın mənasız maraqları ucbatından baş verir. Buna görə, insanların zaman-zaman öz hökumətlərinin yanlış siyasətlərinə etiraz olaraq, müharibə əleyhinə çıxması təbiidir.
Məsələn, Vyetnamın işğalı zamanı çox sayda amerikalı bu müharibəyə etirazını bildirdi, müharibə uzandıqca isə etirazlar daha da şiddətləndi. Vətəndaş haqqları fəalı Martin Lüter Kinq Nyu-Yorkda ABŞ-ın Vyetnama müdaxiləsini pisləyən məşhur çıxışını etdi, müharibədə vuruşmaqdan imtina edən boksçu Məhəmməd Əlinin çempion adı və boksçuluq lisenziyası ləğv olundu. Tolstoy isə Qafqazda Rus imperiyasına qarşı mübarizə aparan, minlərlə rus əsgərinin ölümünə səbəb olan dağlı hərəkatına heyranlıq duyurdu, hətta bu mübarizənin əsas qəhrəmanlarından olan Hacı Murad haqqında məşhur “Hacı Murad” əsərini yazmışdı.
Pasifistlər hər cür problemin yalnız dinc yolla, şiddət və zorakılıq olmadan həll edilməli olduğuna inanırlar. Realda olmasa da, Qarabağ barədə virtualda açılan müzakirələrdə bu cür pasifist yanaşmalar zaman-zaman sərgilənir.
Müharibəni rədd edən bu cür düşüncə tərzi pasifizm adlanır. Pasifistlər hər cür problemin yalnız dinc yolla, şiddət və zorakılıq olmadan həll edilməli olduğuna inanırlar. Realda olmasa da, Qarabağ barədə virtualda açılan müzakirələrdə bu cür pasifist yanaşmalar zaman-zaman sərgilənir. Xüsusilə, cəbhədə vəziyyət gərginləşəndə, şəhid xəbərləri yayılanda “pasifizm” sosial şəbəkələrdə ən çox işlənən kəlmələrdən birinə çevrilir.
Bu müzakirələrdə adətən iki tərəf olur: Bir qrup insan ultrapatriotluq hissləri ilə hətta erməni uşaqların belə öldürülməli olduğunu vurğulayır, digər qrup isə ifrat pasifizmləri ilə vətənini qoruyan əsgərlərin ölümünü belə mənasızlaşdırmağa çalışır. Müharibələr mənasız ola bilər, pasifizm yox, müharibə qorxaqların ideyasıdır, bəli. Amma bu gerçəklik belə, öz torpağını, xalqını qoruyan əsgərin mübarizəsinə kölgə sala bilməz.
İsti çaydan içə-içə, rahat divanda əyləşib işğalçıya qarşı döyüşən əsgərə “boşuna öldü” demək olar, amma bu sözləri deyən şəxsin buna mənəvi haqqı çatırmı? – məsələ budur. Ən azından, hər şəhid xəbəri hansısa siyasi gücün öz marağı naminə işlətdiyi “vətən” sözünə yeni məna qatır, onu dərinləşdirir, nəhayət müqəddəs bildiyini qorumaq uğrunda olduğu üçün yeni baxış bucağı yaradır. Tək bununla da kifayətlənmir, hamını bu bucağdan baxmağa vadar edir.
Tolstoy “patriotluq fırıldaqçıların son sığınacağıdır” deyirdi. Bəli, insanların patriotluq hissindən siyasətçilər məharətlə istifadə edir, ən böyük cinayətlər dövlət marağı adı altında törədilir.
Tolstoy “patriotluq fırıldaqçıların son sığınacağıdır” deyirdi. Bəli, insanların patriotluq hissindən siyasətçilər məharətlə istifadə edir, ən böyük cinayətlər dövlət marağı adı altında törədilir. Hitler yəhudilərin məhv edilməsinin labüdlüyü kimi absurd bir ideyaya məhz dövlət marağı adı ilə Alman xalqını inandıra bilmişdi. Bu cür yanaşma təbii ki, qəbuledilməzdir. İşğala məruz qalmış dövlətin öz ərazi bütövlüyünü qoruması isə tamam ayrı vəziyyətdir.
Tolstoyun, Kinqin, Məhəmməd Əlinin pasifizmləri öz dövlətlərinin qatı millitarist mövqeyinə etiraz xarakteri daşıyırdı. ABŞ Vyetnamı, Çar Rusiyası isə Qafqazı işğal etmişdi. İndiki halda isə Azərbaycanın heç bir işğalçılıq əməlindən söhbət gedə bilməz, bu müharibədə biz haqsızlığa məruz qalan tərəfik. Bu kontekstdə Ermənistanla Azərbaycanı eyniləşdirmək ən böyük ədalətsizlik olardı. Odur ki, silahı yerə qoymalı, iddialarından əl çəkməli olan tərəf də Ermənistandır.
Sülh göyərçini missiyasını daşımaq gözəldir, amma ədaləti qorumaq şərti ilə.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.