Keçid linkləri

Təcili xəbərlər

Siyasi dil və üslub


Son illər dünyada siyasi populuzm, aşırı uc cərayanlar, siyasi liderlər önə çıxır. Dünya bu yolu keçən əsrin ilk yarısında keçmişdi, bir daha həmin tələyə düşür. Siyasi liderlər terminləri düzgün bilmirlər, qəsdən siyasi dili və üslubu kəskinləşdirib səs və nüfuz qazanmaq istəyirlər. Bu dünyanı faciələrə doğru aparır.

Putin Ukraynada azadlıq mücadiləsi verənlərə "faşist" deyirdi, Ərdoğan Avropaya "faşist" deyir, Ərdoğanın müxalifəti onun özünə "faşist" deyir...

Son zamanlar ən çox işlədilən termin "faşizm" və "faşist" deyimidir. Putin Ukraynada azadlıq mücadiləsi verənlərə "faşist" deyirdi, Ərdoğan Avropaya "faşist" deyir, Ərdoğanın müxalifəti onun özünə "faşist" deyir, Fransada, Almaniyada, Hollandiyada, Polşada və digər Avropa ölkələrində siyasi rəqiblər bir-birlərinə "faşist" deyir. Hətta Trumpa qarşı nümayişlərdə də insanlar əllərinə "sən faşistsən" plakatları götürür, ona "faşist" deyirlər.

Faşizm (lat. fascio, it. fascismo, "dəstə", "birlik" deməkdir) – Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyandır. Faşizm İtaliyada yaranıb, 1922-ci ildə burada Benito Mussolininin rəhbərliyindəki faşist partiyası hakimiyyətə gələ bilib.

Faşizmin tarixi təcrübəsi göstərir ki, o, yalnız bütün demokratik azadlıqları və institutları ləğv edərək totalitar terrorist rejim yaratmağa qadirdir. İctimai həyatın bütün sahələri hərbiləşdirilir, onun bütün istiqamətləri dövlət tərəfindən ən ciddi nəzarətə götürülür. Həm də bu nəzarət təkcə dövlət strukturları tərəfindən deyil, həmçinin hərbi təşkilatlar, hərbiləşdirilmiş partiya dəstələri (İtaliyada "skuadre" dəstələri) vasitəsi ilə həyata keçirilir.

Faşizm cəmiyyətinə xas olan xüsusiyyətlərdən biri ümumi zorakılıq təcrübəsi və zorakılıq ənənəsinin yaradılmasından ibarətdir. Bu hal cəmiyyətin gündəlik həyatına elə hopdurulur, elə təşviq edilir ki, müəyyən dövrdə qeyri-ixtiyari olaraq adi vətəndaşların yaşayış normasına, həyat tərzinə çevrilir.

Faşizm cəmiyyətinə xas olan xüsusiyyətlərdən biri ümumi zorakılıq təcrübəsi və zorakılıq ənənəsinin yaradılmasından ibarətdir. Bu hal cəmiyyətin gündəlik həyatına elə hopdurulur, elə təşviq edilir ki, müəyyən dövrdə qeyri-ixtiyari olaraq adi vətəndaşların yaşayış normasına, həyat tərzinə çevrilir. Faşizm cəmiyyətində "ümummilli mənafe" deyilən mücərrədləşdirilmiş ideya hər şeyi özünə tabe edir, bütün başqa hissləri əvəz edir. Fərdi fikir, şəxsi mənafe, etik və mənəvi baxışlar arxa plana keçir, insanlar ümumi ideyanın tələblərini yerinə yetirməli olan icraçılara çevirir.

Özünüz düşünün, dünyanın harasında olursa-olsun, kim olursa-olsun mücərrəd "ümummilli" mənafedən danışan, fərdiçiliyin inkarından dəm vuran, başqa fikrə qarşı olmağını hər addımda vurğulayan, bunu büruzə verən kimdirsə, "faşist" düşüncəli də odur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG