Keçid linkləri

Təcili xəbərlər

Bax, budur ANALIQ!


mother baby
mother baby

(Qızıma məktub - ANA olan və gələcəkdə ANA olacaq bütün qızlara həsr olunur)

Həyatım, bilirəm, indi çox ağrıyırsan...

Ömründə ilk dəfədir bu cür şiddətli acıyla üz-üzəsən...

Eybi yox, həyatım, döz!

Əvəzində səni sevənlərə gözəl bir Can bəxş edəcəksən!

TELEFONDA...

9 aydır onu görmək üçün səbirsizlənirik...

Həyatımızda heç nəyin, heç kimin gəlişini belə həsrətlə gözləməmişik.

Bunları xəstəxana foyesində, telefonumda yazıram.

Ətrafımda insanlar danışır-gülür, yeyib-içirlər.

Telefonun yanımdadır və bilirəm ki, sən hər şey arxada qalandan sonra yazdıqlarımı oxuyacaqsan.

Amma mən yazmaya bilmirəm...

Çünki bundan başqa əlimdən heç nə gəlmir, həyatım...

Buna da bax: Döyüntü...

ANA GÖZÜ...

Bir azdan ANA olacaqsan!

Bilsən, bu nə dəhşətli hissdir!

Bilsən, bu nə anlaşılmaz duyğudur!

Sanki dünyaya təzədən gəlirsən.

Bundan əvvəl yaşadıqların bir heçdir.

Bundan əvvəl düşündüklərin təfərrüatdır.

Ətrafında hər şey dəyişir.

Hər şeyə başqa gözlə baxırsan.

Şəfqətlə,

ANA gözüylə...

BAX, BUDUR ANALIQ...

İndiyədək baxdığın gözlə həyatı adi axarıyla görürdün-

Ağ və qara

İndi hisslər bambaşqa olur.

Dünyanı ANA gözüylə görürsən!

Rəngli! Parlaq! İmisti!

Artıq yanında səndən bir parça var və sən ondan ötrü dünyada hər şeydən keçməyə hazırsan!

Hətta dünyanın özündən belə!

Hətta dünyanın özünü yıxmağa belə qadirsən!

Bax, budur ANALIQ, həyatım!

Buna da bax: «ANA!» desən, yetər!​

CAN...

Bundan sonra gecələr yuxusuz qalacaqsan.

Gündüzlə gecə bir-birinə qarışıb səni üzəcək.

Sanki həyatdan geri düşəcəksən.

Həyat davam edəcək, fərqinə varsan da, varmasan da günlər bir-birini əvəzləyəcək.

Sənsə alaqaranlıq bir otaqda gecəni gündüzə qatıb, balaca bir varlıqla həyat davasına, yaşam savaşına çıxacaqsan.

Amma heç üzülməyəcəksən, heç deyinməyəcəksən, heç peşman olmayacaqsan.

Çünki yanında səni dünyanın xoşbəxti edən bir balaca Can olacaq...

Bax, budur ANALIQ, həyatım!

ARAMIZA XOŞ GƏLDİN!

Səni qarşıdan gələn bu müqəddəs missiya münasibətilə təbrik edirəm!

Ağrılara-sancılara sinə gər!

Gör bununla nə qədər sevdiyini xoşbəxt edəcəksən.

Döz, həyatım!

Dünyaya, eynən bütün Analar kimi, “Həyatım!” deyəcəyin bir Can gətir!

Aramıza xoş gəldin!!!

Ən son yazılan

XS
SM
MD
LG