Mehmanın həbsi repressiyaların durdurulduğu, islahatlara start verildiyi barədə nağılları növbəti dəfə yalanladı. Təbii ki, bu həbsin arxasında duran əsas motiv elə həminkidir: qorxudan qorxutmaq.
Mehman bloqqer kimi hakimiyyət üçün ciddi başağrısı idi. Onun Sancaqda yerləşdirdiyi korrupsiya, qanunsuzluq, məmur özbaşınalığı mövzusunda süjetlərinə yüz minlərlə insan baxırdı.
Mehman bloqqer kimi hakimiyyət üçün ciddi başağrısı idi. Onun Sancaqda yerləşdirdiyi korrupsiya, qanunsuzluq, məmur özbaşınalığı mövzusunda süjetlərinə yüz minlərlə insan baxırdı. Nazirlərin, millət vəkillərinin, məmurların çoxmilyonlu villaları ilə bağlı reportajların insanlardakı yaratdığı ovqatı həmin reportajların altında “oğrular”, “quldurlar”, “rədd olsun monarxiya” kimi nisbətən yumşaq ifadələrdən tutmuş hakimiyyətin ünvanına ən sərt söyüşlərə qədər şərhlərdə görmək olurdu. Mehman bu reportajları ilə insanları maarifləndirirdi, düşündürürdü, onları şoka salırdı. Onun həbsi onun həmin reportajlara baxanların da, oradakı söyüşlərin də dairəsi xeyli genişləndirəcək.
Mehman adi adamlar arasında da çox populyar idi. Onun çox zaman tənqid hədəfi olan kələ-kötür danışığı çoxlarına doğma gəlirdi, adi adamlar onu özlərinə yaxın bilirdilər, küçədə, bayırda onu barmaqla göstərirdilər.
Mehman ictimai sektorda, gənclər arasında çox populyar idi, onu özünə örnək sayanların böyük bir dairəsi, çoxlu ardıcılları var idi. Onu hər yerdə görmək olurdu. Polis dubinkalarının işə düşdüyü mitinqlərin ən gur yerlərində, siyasi fəalların məhkəmələrində, özünü müsahibi kimi gic yerinə qoyub Hacıbala Abutalovla mırtlaşanda, seçki məntəqələrindəki karusellərdə, polis idarələrinin, həbsxanaların qabağında... Mehman hər yerdə idi, ən çətin anlarımızda da, ən xoş dəqiqələrimizdə də yanımızda idi. Mehman ona görə çox sevilirdi.
Mehmanı qəhrəman sayanların ordusu var idi bu ölkədə. Ordusu olan qəhrəmanı isə hakimiyyət hər zaman özü üçün təhlükə sayıb.
Mehmanı qəhrəman sayanların ordusu var idi bu ölkədə. Ordusu olan qəhrəmanı isə hakimiyyət hər zaman özü üçün təhlükə sayıb.
Mehman həm də girov idi. Emin Hüseynovu xaricə buraxsalar da, qardaşının ölkədə girov kimi saxlandığı ona dinc oturmaq barədə xəbərdarlıq idi. Mehman həm özünün, həm də dinc durmayan qardaşının yatmadığı həbsi çəkəcək.
Mehmanın həbsi hakimiyyət üçün ciddi başağrısına çevriləcək. Gənc fəal, uğurlu blogger, QHT lideri, keçmiş siyasi məhbusun qardaşı olması bir tərəfə, üzündən heç zaman əskik olmayan təbəssüm, orijinal saç düzümü, yaraşıqlı görünüşü – onu kampaniyalar üçün çox simpatik siyasi dustağa çevirir.
Möhkəm ol, əziz dost, səni sevirik!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.