Keçid linkləri

Təcili xəbərlər

Biz azərbaycanlılar hansı quruluşda yaşayırıq?


ƏN AZI SEYRÇİ KİMİ HAQQIMIZ VAR

Dərd dərdin üstünə qalanır bu ölkədə... Birini deməyə macal tapmamış başqa birisi peyda olur. Nə isə, keçim mətləbə..

Bir az radio təcrübəm olsa da yenə də özümü radio və xüsusən də televiziya jurnalistikasından uzaq adam hesab edirəm. Amma hamı kimi mən də dinləyici və tamaşaçıyam. Ona görə də düşünürəm ki, bəzi məsələlərlə bağlı iradlarımı bildirməyə haqqım var.

Çoxdandır bir məsələ çox narahat edir məni. Bu da sovet dövrünün jurnalistlərinin, xüsusən də diktorlarının geniş təbliğ edilməsidir.

Çoxdandır bir məsələ çox narahat edir məni. Bu da sovet dövrünün jurnalistlərinin, xüsusən də diktorlarının geniş təbliğ edilməsidir. Mənim bu adamlara qarşı hansısa iradım yoxdur, insan valideynləri kimi, yaşadığı dövrü də seçmir və onların günahı deyil ki, sovetlərin vaxtında doğulub, çalışıblar. Bəlkə başqa dövrdə yaşasaydılar daha yadda qalan və sevilən işlər görərdilər. Amma nə etmək olar?

Təbii ki, heç bir halda keçmişi tamam-kamal kənara tullamaq olmaz. Bütün dövrlərdə hansısa bir pozitiv element tampaq mümkündür. Yada salanda ki, Azərbaycan radio və televiziyasının, eləcə də kino sənətinin (bu haqda bir az aşağıda bəhs edəcəyik) yaranışı başqa bir dövrə deyil, məhz sovetlərin çağına təsadüf edir, məsələ bir az da ciddiləşir.

Bəs bu gün onlardan – keçmiş sovet Azərbaycanının jurnalistlərindən, xüsusən də diktorlarından nələri götürə bilərdik? Tamam fərqli jurnalıst məktəbinə və tamaşaçı auditoriyasına aid olsam da, yenə də düşünürəm ki, bu adamlardan da öyrəniləsi nəsə var.

Məsələn, onların sanbalı, efir görünüşü və Azərbaycan dilini olduqca səlis bilmələri təbii ki, diqqət çəkməyə bilməzdi. Hazırda efirimizdə az qala təlxək kimi atılıb-düşən, ana dilində normal danışmağı belə bacarmayan bəzi jurnalistlərə baxanda fikrindən bir şey keçir: “Əcaba, heç olmasa, keçmiş azərbaycanlı diktor və aparıcılardan nəsə öyrənmək olardı axı!”...

DURUB ŞİMALİ KOREYANI DA YAMSILAYAQMI?

Amma bununla belə böyük iradlarım da var. Bizə nəyi təbliğ edirlər? Nəyi nümunə göstərirlər? Təsəvvür edin ki, sovet dövlətinin, totalitar quruluşun radiosunu və təleviziyasını! Sovetlər vaxtı radio da, televiziya da quruluşun ideologiyasının ruporu idi, DTK-nın ciddi nəzarəti altında idi və bu gün bizə bunları təbliğ etməklə fikri dünya jurnalistikasının ən müasir nümunələrindən yayındırmağa çalışırlar.

Biz yeni dünyanın müasir jurnalistika məktəblərindən öyrənməliyik, yoxsa ki, sovetlərdən? Axı diktor nə deməkdir? Hazır, irəlicədən yazılmış mətni səlis dildə oxuyan adam!..

Biz yeni dünyanın müasir jurnalistika məktəblərindən öyrənməliyik, yoxsa ki, sovetlərdən? Axı diktor nə deməkdir? Hazır, irəlicədən yazılmış mətni səlis dildə oxuyan adam!..

Buna can atırıqmı? Bəli, bizi idarə edənlər də istəyirlər ki, jurnalistlər sadəcə, irəlicədən yazılmış və yaxud razılaşdırılmış mətnləri oxumaqla məşğul olsunlar. Deyim ki, buna nail də olublar. İndi bizim televiziyalara baxanda adam darıxmaqdan az qalır çərləsin!

Dövlət televiziyası ilə “müstəqil” televiziyalar arasında sərhədlər tamamilə itib, baş açmaq olmur, dövlət kanalı hansıdır, “müstəqil” kanal hansı?..

Ona qalsa, sovetlər bir yana, Şimali Koreyanın diktorları daha “nümunəvi” və “ciddi” görünə bilərlər! İndi nə edək? Bəlkə durub onları da təqlid edək?..

İnsanların çoxu yerli televiziyalara yalnız ona görə arabir baxırlar ki, sadəcə, buna məcburdurlar, çünki Azərbaycanda yaşayırlar və burada nələrin baş verdiyindən, daha doğrusu, şanlı hökumətin onların başına daha hansı bəlaları açmasından – hansı qərarları qəbul etməsindən heç olmasa, xəbərdar olmaq istəyirlər. Başqa motiv yoxdur və getdikcə belə bir mənzərə daha dözülməz olur.

Niyə belə olur? Məsələ bundadır ki, sovetlərlə müasir Azərbaycan arasında müəyyən doğmalıq və yaxınlıq var – sovetlər totalitar quruluş idisə, bu da çox sərt avtoritar ölkədir.

Üstəlik, indi Azərbaycanı da idarə edənlər əski kommunistlərdir. Onlarınsa başqa təcrübəsi yoxdur, belə görüblər və belə idarə etməyi bacarırlar. Həm də belə sərf edir, çünki hakimiyyətdə əbədilik qalmaq iddiasındadırlar, bu isə hamının susdurulmasını tələb edir. Ona görə də keçmiş sovetlərin ideoloji maşınının təcrübəsindən bir daha yararlanmaq istəyirlər. Onlara jurnalistika və əsl jurnalist lazım deyil, elə rəsmi bülletenləri səlis dildə oxuyanlar da bəs edir...

ONLAR TAMAM BAŞQA ŞEYLƏR ÇATDIRMAQ İSTƏYİRDİ...

Ümumiyyətlə, sovet dövrlərinə münasibət xüsusi mövzudur. Bəli, bunu bir yazı ilə çözmək qeyri-mümkündür. Bir çox hallarda bu məsələdə bir ictimai nostalji əlamətləri də duyulur.

Ən ağrılısı da budur ki, nəinki idarə edənlər başqa cür bacarmır, bəzən elə idarə olunanlar da başqa itaət formasını, dövlətlə və ya hakimiyyətlə əməkdaşlığın fərqli üsulunu tanımırlar.

Məni narahat edən bir məsələ də var. Bu da sovet filmlərimizdir. Ekranda yalnız onlardır. Üstəlik, bu filmləri elə bayağı və elə ucuz şəkildə təbliğ edirlər ki, adam az qalır, lap intihar etsin. Bağırmaq istəyirsən ki, əcaba, hanı bəs müstəqillik dövrünün filmləri?..

Ona görə də sadalananların günahı yalnız hakimiyyət mənsublarının siyasi keçmişində də deyildir. Amma bütün hallarda onların təqsirləri böyükdür. Normal cəmiyyətin, normal iqtisadiyyatın, normal və hüquqi dövlətin yaranmasına imkan vermədilər və nəticədə insanlar müstəqil olmağın, bəli, həm fərd, həm bir cəmiyyət, həm də dövlət kimi müstəqil olmağın üstünlüklərini görmədilər. O səbəbdən də nəsil dəyişməsi prosesi az qala son mərhələsində olsa da, o dövrü görənlərin sayı ilbəil azalsa da, yenə də nostalji səngimir...

Məni narahat edən bir məsələ də var. Bu da sovet filmlərimizdir. Ekranda yalnız onlardır. Üstəlik, bu filmləri elə bayağı və elə ucuz şəkildə təbliğ edirlər ki, adam az qalır, lap intihar etsin. Bağırmaq istəyirsən ki, əcaba, hanı bəs müstəqillik dövrünün filmləri?..

Məni düzgün başa düşün. Təbii ki, sovet filmlərinin də arasında dəyərliləri var. Üstəlik, bizim milli kinematoqrafiyanın yaranması da o dövrə təsadüf edir və bunu bir daha qeyd etmək zorundayıq. Amma həmin filmlərin hamısında sovetin möhürü vardır. O dövrdə rejissorlar və yaxud ssenaristlər çalışırdı ki, heç olmasa, bir görüntü, bir sözlə və ya işarə ilə nəsə çatdırsınlar və insanlar da bunu tuta bilsin...

Bu yolla da onlar dövrlə və ya siyasi quruluşla bağlı etirazlarını ifadə edirdilər. Di gəl ki, indi həmin filmlər “şərh” edilərkən bütün bu detallar tamamilə yaddan çıxır, onları sadəcə, görmürlər...

Əvəzində isə filmlərin elə bayağı tərəflərini təbiliğ edirlər ki, adamın beynindən bircə fikir keçir: “Əcəba, görən, hansı quruluşda yaşayırıq?”...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG