“Gənclik bir dənizdi” ifadəsi gözümə dəydi. Və bu yazını yazmaq istədim. Amma indi o dəniz ölüdür artıq. Bu gün əksər gənclik cəmiyyətdə balıq kimi susqun, passiv və pessimistdir. Gələcək barədə nəsə soruşsan umidsiz cavab eşidəcəksən. Bir qarın çörəyə səhər işə, axşam evə. Heç bir mədəni, elmi, biznes yeniliyi etmirlər (söhbət ölkədə yaşayan gənclikdən gedir). Niyə bu belədir?
Otaqda, gözündə burnunun sonuna qədər endirilmiş gözlük olan biri dilinə də əziyyət vermədən başı ilə “otur” işarə edir. Bir dəqiqədən sonra “danış görüm” və başlayırsan...
Universiteti yeni bitirən iyirmi iki yaşlı gənc – enerji, həyat dolu. Büsbütün yeni ideyalarla çağlayan, gerçəkləşdirə biləcəyi xəyallarıyla, ağlına, savadına güvənərək, diplomu elində başlayır iş üçün dövlət və özəl idarələrin qapılarını döyməyə. Elə ilk döydüyü qapının arxasından zəif, amma özündən razı yorğun səs “gəl” deyir. Otaqda, gözündə burnunun sonuna qədər endirilmiş gözlük olan biri dilinə də əziyyət vermədən başı ilə “otur” işarə edir. Bir dəqiqədən sonra “danış görüm” və başlayırsan...
Sən ideyalarından, edə biləcəklərindən, oxuduqlarından, yeniliklərdən danışdıqca laqeyidliklə səni dinləyir “yola verir” və nəhayət yorulduğunda, dinləmək istəməyəndə isə “bura xariş deyil” (bəli, məhz “ş” ilə tələffüz edir), sonra “biz xəbər edərik, uyğun olsa” və otaqdan çıxırsan.
Burdan sorağını alanlar “fəxrimiz” deyib “vətənə dəvət” edirlər səni. Çəkdiyin əziyyətlərdən sonra bura qarşı soyuq olursansa “nankor, “vətən çörəyi qənim olsun” və s. bu kimi ifadələr əvəz edir o “fəxrimiz”i.
Bu get gəllər 25 yaşına kimi davam edir. 26 yaşında ayılırsan ki, həyatda boş-boş qapı döyməkdən başqa heç nə etməmisən. Ya ruhdan düşüb tabe olursan, bu tabelikdə ətraf aləmin, yaxınlarının təsiri güclü olur və bütün arzularını kimsəsizlər qəbristanlığında basdırırsan. Yox, əgər bacarıqlısansa, özünə əmin, yenilikçi, ən əsası sxematik işə meyilli deyilsənsə, gedirsən buralardan. Burdan sorağını alanlar “fəxrimiz” deyib “vətənə dəvət” edirlər səni. Çəkdiyin əziyyətlərdən sonra bura qarşı soyuq olursansa “nankor, “vətən çörəyi qənim olsun” və s. bu kimi ifadələr əvəz edir o “fəxrimiz”i.
Gənclərə imkan yaradılmalıdı. Özlərini reallaşdırmaq üçün. Pensiya yaşı artırmaqla, onların gələcək barədə arzularının yolu kəsilir. Gənc beyinin ölkəyə gətirdiyi xeyir daha çoxdu. Çünki inkişaf olan yerdə gəlir çox olur. Bu gəlirə daha erkən və dolancaq miqdarda təqaüd və yaşayış təmin etmək olar. Bu daha faydalıdır. Təsəvvür edin, əksər yerlərdə işçilər 45-50 yaş arasındadı. 22 yaşlı gənc nə zaman işləyəcək, özü haqqında nə fikirləşəcək bu halda? Nə qədər gözləyəcək, nəyi gözləməlidir?. Hardasa, nə vaxtsa iş lazım olanda tələbləri maksimum 27 yaş, 3-5 il iş təcrübəsi. Yaxşı bu təcrübə harda, necə qazanılsın?..
P.S. İlk dəfə maaşlı işə başlayanda (buna qədər könüllü olmuşdum), şirkətlərin birində orta yaşlı müdür köməkçisiydim. Iyirmi beş yaşlı dürüst, işini layiqincə görməyə çalışan gənc. Müdürün işçilərlə qəbulunu təşkil edirdim. Nəsə düz getmədi, mənə dedi ki, “Nazir qəbuluna necə düşürlərsə, elə təşkil et qəbulumu”. Mən də bir az amiranə “mən nazir qəbulunda olmamışam dedim”. Tam ad günüm günü işdən azad olma əmrimi verdi cavab olaraq...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.