Keçid linkləri

Təcili xəbərlər

Uber Trampa görə bəlaya düşüb


Uber taksi xidmətinə qarşı təşkil edilən aksiya daha da güclənir. Taksi xidmətlərini təklif edən Uber və Lyft arasında olan rəqabət demək olar ki, artıq siyasi mübarizəyə çevrilir. Baş verənlər isə prezident Donald Trampın ABŞ-a giriş qadağasını qoyduqdan sonra başlayıb.

Uber-in Trampla əlaqəsi olduğuna görə ona sosial şəbəkələrdə hücum edilir. Ötən həftəsonu sosial şəbəkələrdə #deleteUber (və ya “Uber-i sil”) kampaniyasına start verilib. Bu proqramı telefonlardan silmək çağırışının əsas səbəbi taksi xidmətinin Trampın prezident administrasiyası ilə əlaqələrindən irəli gəlib. Eyni zamanda İnternetdə digər rəqib Lyft taksi xidmətindən istifadəyə çağırışlar da geniş yayılıb. Nəticədə Lyft ilk dəfə Apple Store-dan yüklənilməsi sayına görə Uber-i keçib.

İki məqam istifadəçilərin narazılığına səbəb olub. Birinci: Uber şirkətinin direktoru Trevis Kalanik ABŞ prezidenti yanında biznes sahəsi üzrə məşvərət şurasına daxildir. İstifadəçilərin birinci məqamla əlaqələndirdiyi ikinci fakt isə ondan ibarətdir ki, guya Uber Nyu-York taksi sürücüləri ittifaqının ötən həftə Con Kennedi adına hava limanında təşkil etdiyi aksiyaya dəstək verməkdən imtina edib. Aksiya zamanı xidmət qiymətini aşağı endirilməsi də etirazçıların qəzəbinə səbəb olub. Uber qərarının insanları hava limanına rahat gedib-gəlməsi üçün olduğunu izah etməyə çalışsa da, bu addım cəmiyyət tərəfindən neqativ qarşılanıb.

Uber-in hətta bir neçə texnologiya istehsalçısı olan şirkətlərlə bir sırada ABŞ prezidentinin qaçqınlara və immiqrantlara qoyduğu qadağanı pisləməsi də şirkətin köməyinə çatmayıb.

Lyft-in də aksiya zamanı Nyu-York hava limanında işləməsi faktı isə insanların etirazına səbəb olmayıb, belə ki, onlar göstərdikləri xidmətə görə qiymət endirimi etməyiblər.

Analitik şirkətlərin əldə etdiyi göstəricilərə görə, bazar günü istifadəçilərin yüklədiyi pulsuz Lyft proqramı digər proqramlardan daha çox yüklənilib. APP Annie şirkətinin hesablamalarına görə isə Apple Store-da yüklənilən pulsuz proqramlar arasında Lyft ən məşhuru olub.

Lyft şirkətinin dəyəri 5 milyard ABŞ dolları həcmində qiymətləndirilir, Uber isə 70 milyard ABŞ dolları dəyərindədir.

#DeleteUber kampaniyası Uber-in multimilyard dollarlıq biznes trayektoriyasına birbaşa təsir etməsə də bəzi şəhərlərdə kampaniyanın yan ötmədiyini müşahidə etmək olar. San-Fransiskoda Uber taksi sürücüsünün sözlərinə görə, o, indiyədək qarşılaşmadığı bir halla qarşılaıb: “Dünən həqiqətən çox pis gün oldu mənim üçün. Hava limanında qeyri-adi bir mənzərə vardı. Bazar ertəsi olduqca çox sayda Uber taksi sürücüləri müştərisiz qalmışdı”.

Ən son yazılan

XS
SM
MD
LG