O toplumlar ki, hüquqsuzluq və ədalətsizlik altında inləyir, despotik rejimlərin zülm maşınının təkərləri altında əzilir, həmin toplumlarda aydın insanların – yazıçısından akademikinədək! – cəsarətinə və vicdanına həmişə böyük ehtiyac duyulub, bu gün də duyulur, bundan sonra da duyulacaq.
Yazıçının yalnız masasının arxasına qısılıb qalması, öz sakit hücrəsinə çəkilib ali dəyərləri vəsf etməsi yüzillər öncə də qəbuledilməz idi, bu gün də qəbuledilməzdir.
O toplumlar ki, hüquqsuzluq və ədalətsizlik altında inləyir, despotik rejimlərin zülm maşınının təkərləri altında əzilir, həmin toplumlarda aydın insanların – yazıçısından akademikinədək! – cəsarətinə və vicdanına həmişə böyük ehtiyac duyulub, bu gün də duyulur, bundan sonra da duyulacaq.
Quş tək uça bilməyəcəyi kimi, yazıçı da sadəcə, yazdıqları ilə kimlik qazanmır, onu insanların gözündə ucaldan həm də yaşadığı ölkədə baş verənlərə cəsarətli və vicdanlı münasibətidir.
Böyük yazıçılar (kiçik istisnalarla!) həyatı ilə yaradıcılığını birləşdirmiş və bütünləşdirmiş yazıçılardır.
Hansı ki, Azərbaycanda belə bir yazıçı defisiti xüsusilə son 70-80 ildə hiss olunmağa başlayıb.
Bizdə qələm adamı bir qayda olaraq, haqlının deyil, güclünün yanında dayanmağı seçib, bununla da şəxsi mənfəət, maddi imtiyaz dərdində olub.
Bizdə qələm adamı bir qayda olaraq, haqlının deyil, güclünün yanında dayanmağı seçib, bununla da şəxsi mənfəət, maddi imtiyaz dərdində olub.
Bir çoxları hətta istedad və intellekt baxımdan layiq olmadığı halda, sırf hakim gücün istəyi və iradəsi ilə “ədəbi etalon”a çevriliblər, xalqa zorla “ədəbi düha” kimi sırınıblar. Məqsəd aydındır: məhz belələrinin sayəsində hakim rejimlər toplumun beynini yumağı, onları düşüncə, dünyagörüş sarıdan istədikləri kimi yönləndirməyi bacarıblar!
Ədəbi baxımdan təsadüfi adam olmayanlar isə könüllü şəkildə güclü, amma ədalətsiz, güclü, amma haqsız rejimin səfində yer almağı üstün tutublar, bədəlini lap ağır formada ödəmək hesabına da olsa həqiqətləri söyləmək yerinə, yalana qahmar çıxmaq, zülmü mədh etmək yolunu seçiblər. Sadəcə, ona görə ki, bu onlara maddi fayda imkanı, qayğısız, şən, komfort həyat sürmək fürsəti verir.
Və nəticədə onların hətta ən istedadla yazılmış əsərlərini belə indi kimsə xatırlamır.
Bunun sonuncu ən parlaq nümunəsi Maqsud İbrahimbəyovdur.
Və nəticədə onların hətta ən istedadla yazılmış əsərlərini belə indi kimsə xatırlamır. Bunun sonuncu ən parlaq nümunəsi Maqsud İbrahimbəyovdur.
Onu ilk dəfə 90-cı illərin ortalarında, hələ orta məktəbin yuxarı sinif şagirdi ikən oxuduğum “Gərgədan buynuzu” adlı povestlə tanımışdım və nə gizlədim, çox bəyənmişdim.
Sonra “Bütün yaxşılıqlara – ölüm”, “Ondan yaxşı qardaş yox idi”, “Bayquş gəlmişdi” kimi əsərlərini də oxudum və həmin vaxtlar bu əsərlərlə gözümün qarşısında tamamilə fərqli bir “dünya” yarandı.
Hansı ki, o çağacan daha çox İsmayıl Şıxlı, Süleyman Rəhimov, Əkrəm Əiylisli, İsi Məlikzadə kimi yazıçıların kitablarını oxumuş, ucqar kənddə yaşayan bir yeniyetmənin gözündə “dünya” daha çox yaşadığı, şahid və bələd olduğu mühitə xas yazıçıların qəhrəmanlarından, ədəbi süjetlərindən, hadisələrindən ibarət idi.
Maqsud İbrahimbəyovun povestləri ilə tanış olduğum başqa bir “dünya” isə – şərti olaraq, “şəhər nəsri” adlandıra biləcəyimiz həmin o əsərlərin ilham qaynağı olan şəhər həyatı idi.
Sonra aradan illər keçdi və Maqsud İbrahimbəyovun yazıçı kimliyi sülalə rejiminə təriflərinin mükafatı olaraq aldığı deputat mandatı altında əzilməyə başladı.
Və nəhayət:
Ən adi həqiqətləri belə ən ürəkbulandıran formada təhrif etməsi bir yana, günlərin birində xaincəsinə öldürülən Elmar Hüseynov haqqında dedikləri ilə 40 illik yaradıcılığının üstündən belə xətt çəkmiş oldu.
Ən adi həqiqətləri belə ən ürəkbulandıran formada təhrif etməsi bir yana, günlərin birində xaincəsinə öldürülən Elmar Hüseynov haqqında dedikləri ilə 40 illik yaradıcılığının üstündən belə xətt çəkmiş oldu.
Onillər boyu cild-cild kitablar yazasan, amma axırda qələmindən, sözündən başqa heç bir gücü olmayan bir jurnalistin “başını kəsib parlamentdə futbol oynamağı” təklif etməklə yadda qalasan, bundan dəhşətli faciə ola bilərmi?!
Çox ağrılı, ağrılı olduğu qədər də ibrətamiz sonluqdur.
Elə bir sonluq ki, ondan dərs almalı, ibrət götürməli çox adam var.
Hətta bəlkə peşəsindən, məşğul olduğu işindən asılı olmayaraq, hər kəs üçün unudulmaz görkdür.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.