Keçid linkləri

Təcili xəbərlər

Yuxulayan ictimai şüur


Azerbaijan -- refugee, 13Jan2012
Azerbaijan -- refugee, 13Jan2012

"İctimai şüur"deyilən "obrozovonski" söz var. Arada bir diskusiyalarda, yazılarda işlədirik ki, bəs amanin günüdür, bundan bizim də cəmiyyətin qazanında qaynayır.

...el arasinda "hərləmək" kimi fundamental münasibət mexanizmi var ki, bu da fərdilikdən coxdan cıxmışdır, yəni kütləviləşmişdir.

İctimai şüuru formalaşdıran şərait elə olmalıdır ki, o şərait ictimai şüurun sonradan ona qarşı edəcəklərinə adevkat olsun. Bizim toplumda ictimai şüurun formalaşma mexanizmindən cox, onu idarəetmə mexanizmi işləkdir. Çünki, el arasinda "hərləmək" kimi fundamental münasibət mexanizmi var ki, bu da fərdilikdən coxdan cıxmışdır, yəni kütləviləşmişdir.

Məsələn, Qarabağ müharibəsindən sonrakı 25 il susqunluq (bəzi kənarcıxmalar istisnadır) şəraiti məhz: "əşşi, nə hərləyirəm eee" düşüncəsinin anestezik təsiridir. Arada ayılmalar olan kimi nəticə məlumunuzdur: "dubinka" ilə isti munasibətlər və s.

Qarabağ artıq köhnəlmiş problem kimi toplum olaraq təhtəlşüurumuzda bir küncdə, nastolji kimi mışıl-mışıl yatır. O gözəlim diyarın bir qisim coxbilmişləri, bacarıqlıları, vaxtilə traktor, bədəbəd ayaqda eşşəkdən-zaddan sürənlər indi ölüsü "Prado"-zad sürürlər. Ə, nə veclərinə. Əksər qismi isə gerçəkdən olanını-olmazını muvəqqəti geridə buraxıb, tərk etdikləri torpaqlarına qayıtmaq ümidiylə quruca canlarını götürərək, paytaxta pənah gətirib indiyədək dövlətdən ayrılan çox cüzi yardımla öz həyatlarını məhdudlaşdıranlardır.

Bunun bir gün belə olacağını Qarabağın ən həssas şəhərlərinin adıyla tikilmiş şadlıq saraylarında "Cütcü" rəqslərinə oynayıb, "Lacınım" mahnısına kədərlənib içə-içə ağlaşanda düşünəcəkdilər.

Son zamanlar məlumunuzdur ki, o "lütf"lər də kəsilməkdə. Bunun bir gün belə olacağını Qarabağın ən həssas şəhərlərinin adıyla tikilmiş şadlıq saraylarında "Cütcü" rəqslərinə oynayıb, "Lacınım" mahnısına kədərlənib içə-içə ağlaşanda düşünəcəkdilər. ATƏT-matət kimi guya mühüm təşkilat və qurumların, elə turistfason "komandirovka"lar edib, münaqişə durumlu hər iki ölkənin tarixi mübahisəli ortaq yemək menyusunun vazkeçilməzi olan "dolma" ve "qutab" kimi təamlarını yeməkdən başqa, yadda qalan real işləri olmadı.

Nə isə, nə başınızı ağrıdım. Sözüm odur ki, Qarabağ problemini arxivə atmış adamlarıq e. Nə ictimai şuur, nə dirəniş, nə bu və ya digər ictimai-sosial problemlərə ciddi reaksiya. İndi bu dəqiqə orta statistik azərbaycanlının bir şey başını qatıb: sabaha ev əhlinin dolanışığını necə yola verəcəyi haqqında həndəsi düsturlar qədər çıxılmaz çarəsizlik...

O yüz min iş yerinin açılması haqqında fantastik məlumatı otürən məsuliyyət sahibləri görəsən nə yeyib-içirlər?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG