Doğma şəhəri Çikaqoda ABŞ prezidenti kimi son çıxışını edən Barak Obama, Twitter-də də vida tvitini yazıb.
Bu tvit Obamanın indiyədək ən çox reytinq qazanan paylaşımına çevrilib. Vida cümlələrini 1.5 milyondan artıq istifadəçi bəyənib, 700 mindən çox paylaşılıb.
Barak Obama @POTUS (President Of The United States) Twitter hesabını da yeni prezident Donald Trump-a təhvil verəcək.
O, bu hesabdan son tvitində yazıb: “Hər şey üçün sizə təşəkkür edirəm. Mənim son xahişim də ilkiylə eynidir. İstərdim mənim yox, özünüzün dəyişiklik yarada bilmə bacarığınıza inanasız”.
Vida tviti @POTUS hesabının ən populyar paylaşımına çevrilib.
13 milyondan çox izləyicisi olan @POTUS hesabı yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ-ın yeni prezidenti Donald Trump-a veriləcək.