Futbol üzrə Avropa Çempionu olmuş Portuqaliya keçən ilin mayında daha önəmli bir nailiyyət qazanıb — düz bir həftə ərzində ölkə əhalisinin müvafiq ehtiyacları bərpa olunan enerji hesabına təmin edilib. Bircə dəqiqəlik bunun nə demək olduğu barədə düşünün… Kim bilir, bəlkə belə olmasaydı, futbolda çempionluq da olmaya bilərdi.
Almaniyada isə ayrı-ayrı günlərdə enerji balansında bərpa olunan enerjinin payı 85 faiz təşkil etdiyindən, elektrik enerjisi bazarında qiymətlər ucuzlaşır, artıq qalan həcmlərsə satışa çıxarılır.
Almaniyada isə ayrı-ayrı günlərdə enerji balansında bərpa olunan enerjinin payı 85 faiz təşkil etdiyindən, elektrik enerjisi bazarında qiymətlər ucuzlaşır, artıq qalan həcmlərsə satışa çıxarılır.
Finlandiyada bu il ilk geotermal istilik stansiyası işə düşməlidir.
Danimarkada isə elektrik enerjisinin 14 faizi bərpa olunan enerji mənbələrinin hesabına əldə edilir. Bu dünyada ən yaxşı göstəricidir…
Cəmi 37 613 nəfər əhalisi və illik əməli büdcəsi 747,2 milyon avro olan Monakoda dənizdə üzən fotoelektrik modullar, bina və tikililərin dam və divarlarına isə havanın turbulent axınlarına uyğunlaşdırılmış külək generatorları quraşdırılır. Nəhəng yel dəyirmanlarına da artıq ehtiyac azalır. Hökümət yaşadıqları evləri müstəqil elektrik stansiyasına çevirmək istəyənlərə 30 min avroluq subsidiyalar da ayırır. Bu işlər 2020-ci ildə yekunlaşdırılmalıdır.
"Tesla” şirkəti damlardakı günəş panellərinin yığdığı enerjini toplayıb saxlayan və axşam düşəndə istifadə etməyə imkan verən 2500 məişət (ev) komplekti satıb.
"Tesla” şirkəti damlardakı günəş panellərinin yığdığı enerjini toplayıb saxlayan və axşam düşəndə istifadə etməyə imkan verən 2500 məişət (ev) komplekti satıb.
Günəş işığının cəmi 45 dəqiqəsinin enerjisi bütün dünyanın bir illik tələbatını ödəyə bilər. Küləyin gücünün 20 faizi isə bizi təlabatımızdan altı dəfə çox enerji ilə təmin edə bilər. Dünya artıq üçüncü sənaye inqilabının astanasındadır. Artıq dünyada yeni-postneft dövrü başlayır. Dünya ölkələri qarşılarına yeni məqsəd qoyublar – enerji tələbatlarını alternativ enerji mənbələri hesabına ödəmək. Bizim ölkənin vətəndaşları isə 150-200 manatlıq çekləri necə ödəyəcəklərini fikirləşirlər. Halbuki Bakının nə günəşinə, nə də küləyinə söz ola bilməz. Onun dəniz kənarında yerləşdiyini isə məncə xatırlatmağa ehtiyac yoxdu.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.