Misirdə Giza piramidası yerləşən dağın ətəyində 24 ədəd müəmmalı məzarlıq aşkar edilib. Qeyd edilir ki, bu məzarlıqlar möhkəm asuan qranitindən olub və hər birinin çəkisi 100 tondan çoxdur.
Məzar daşları texniki baxımdan mükəmməl dəqiqliklə hazırlandıqlarına görə, bu olay alimlərin məzar daşlarının yadplanetlilər tərəfindən hazırlandıqlarını düşünməyə vadar edir.
Məzarlar Apis öküzlərinin dəfn edildiyi yerdə aşkarlanıb. Apis – misirlilərin müqəddəs öküz simvolu olub, bərəkət allahını təcəssüm edir. Apis allahının kult mərkəzi Memfis şəhəri olub – Qədim Misirin ən mühüm dini, administrativ və mədəniyyət mərkəzlərindən biri.
Bu tapıntılarda alimlər həmçinin naməlum heroqlifləri də aşkar ediblər. Lakin məzar üzərində olan yazılar çox aydın görünmədiyindən onların sadəcə təsvirlər olduğu da iddia edilir. Məzar daşlarının həqiqi məqsədi hələ ki, qeyri-müəyyən olaraq qalsa da, onların hermetik olması, daşları bir neçə minilliklərədək yaxşı qorunma məqsədi ilə hazırlanması alimlərə görə, onların vacibliyini göstərir.